Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

  1992-ci ildə Tehranda imzalanan Şuşa sənədi necə oğurlandı!? -ARAŞDIRMA

Vatikanın məxfi arxivi Azərbaycan tarixi ilə bağlı şok faktları

Yenixeber.org: Araşdırma materiallarına görə düz on il bundan öncə İslam Əməkdaşlıq Təşkilatı ölkələrini birləşdirən Parlamentlər İttifaqı erməni terror təşkilarlarının Azərbaycan ərazilərində törətdikləri soyqırımlarını (kütləvi qətliamları, hamilə qadınların güllələnməsini, diri-diri yandırılan adamların ölümünü) əks etdirən video lentləri, rəsmi sənədləri, kəşfiyyat materiallarını üstündə “Məxfidir” yazılmış 14 qovluğu yoxa çıxıb. Halbuki həmin qovluqlardakı sənədlərin bir qismində qeydə və qərara alınmışdı ki, törədilmiş cinayərlərlə bağlı məlumatlar, yazılar, sənədlər İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin təhsil sistemində geniş təbliğ olunsun. Lakin həmin ölkələrin parlamentlərində nədənsə bu məsələ tamam unuduldu. Beynəlxalq tarix boş qaldı... Günahkarlar isə tapılmadı. Bu adamlar anlamadılar ki, tarixi ləngitmək olar, lakin onu rədd etmək, tarixdən silmək olmaz. 
Paralel olaraq apardığımız araşdırmalar göstərdi ki, məsələn ABŞ-ın altı ştatında (Nyu-Meksika, Texas, Corciya, Nyu-Cersi, Arkanzas və s. parlament arxivlərindən) erməni terrorçularının Qarabağ ərazilərində törətdikləri cinayətləri təsdiq edən sənədlər isə birdəfəlik yandırılıb. Məlumata görə bütün bunların özləri də əsl 
cinayət hesabındadır. 
Bütün bunların arxasında dayanan kimlərdir? Eləcə də hələ də Şuşanın 1992-ci ilin may ayında Tehranda (İran) məğlub olması kimi millətə utancaqlıq gətirən beynəlxalq sənədlər, orada iştirak edənlərin kimliyi haqqında hələ də susuruq... 
Və yaxud Rusiya Federasiyasının Tarix Arxivlərindən oğurlanmış (erməni tarixçilərinin və politoloqlarının zavalına gəlmiş) Qərbi Azərbaycanda törədilmiş ermənilərin genetik təmizləmələrilə bağlı 17 qovluq haqqında isə müfəssəl məlumat yoxdur. Amma kimdə imformasiya varsa, hakimiyyət də ondadır. Fikrimcə Azərbaycan tərəf ermənilərdən informasiya hakimiyyətini birdəfəlik almalıdır. 

Milli Təhlükəsizlik məsələləri üzrə ekspert, Rövşən Novruzoğlu: xüsusi olaraq Yenixeber.org üçün.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam