Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Genetik ölüm

 

 

 

            Qadağan olunmuş “Əs-Səfra elmi” - sivilizasiyası genetikamızda

 

"Xeberinfo.com":Araşdırma materiallarına görə təbiətin fauna və florasında, eləcə də göy cisimlərinin quruluşlarında, yəni forma və səthində birbaşa insan genetikasına, qan hüceyrələrinə ciddi təsirlər var. Bu təsir dairələri həmişə, hər vaxt araşdırılıb, öyrənilib, təhlil edilib. Lakin insan bütövlükdə öyrənilmədiyindən, o dərk edilmədiyindən... bəşəriyyət üçün “başağrısı” olaraq qalır. Biz nə üçün doğulduq? Yəni bizə qədər milyardlarla insan doğulub, sonra köçünü çəkib, gedib, nə qədər nəsillər batıb, məhv olub, yaddan çıxıb, itib. Heç bir elm öz gücündə deyil bütün bunları araşdırıb, ortaya çıxarsın. Nəticədə nə baş verir? Allahın, yaradanın ehtiyacı nədəndi ki, bizi yaratdı. Və məntiqə görə biz hələ də Allahın ehtiyacını ödəyə bilmirik. (Şübhəsiz, Allah Quranda göstərir ki, onun heç bir şeyə ehtiyacı yoxdur). Amma fikrimizcə biz Allahın ehtiyaclarını ödəyə bilmədiyimiz üçün müəyyən zaman həddinə qədər yaşayırıq. O, bizi ehtiyacı üzündən tez-tez, nəsilbənəsil dəyişir. İstədiyini ala bilmədiyi üçün dəyişir, məhv edir, yenisini yaradır. Allah bizə yaşamaq, qurmaq, düşünmək üçün hər şeyi verdi - ləyaqət, şərəf, namus, qeyrət, vicdan, ədalət, səxavət, rəhmət olmaq, düzgünlük, xeyirxahlıq, məhəbbət və sevgi və s. Söhbət bizim millətdən gedir. Amerikalı tədqiqatçı, ölkənin ilk təhlükəsizlik mexanizmini quran (XIX əsr) professor A.Haver yazırdı: “...Allah bu millətə (söhbət bizim millətdən gedir – R.N.) yaşamaq üçün, tarixdə qalmaq üçün, iti ağıl və düşüncə saf, təmiz bir qan verib”. (Bax. A.Q.Haver “Millətlər, ərazilər...” İraq, Bağdad. 1968.)

Düşünməmək olmur. Bu qədər əlimizdə Allah vergisi ola-ola hələ də bir yerə gedib çıxa bilmirik. Səbəb? Nədəndi, məsələn yaponlar öz tarixlərini təkcə ləyaqətlə qoruyub, saxlayırlar. Yəni bir ləyaqətli olmaq bəs edir ki, yapon milləti tarixdə və cəmiyyətdə, millətlər arasında yaşasın. Millətinə ona məxsus siyasəti bəs edir.

Mən mövzudan kənara çıxmaq istəmirəm. Qayıdıram başımızın üstündən Domoxl qılıncı tək asılan genetik ölümdən. Elm hələlik X,Y, xromosomlarını tam mənada ayırd edib, oxuya bilmədi. Orqanizmdəki bütün bəlaların, xəstəlik və fasadların əsas “nüvəsi” məhz X,Y anlayışlarıdır. (Orqanizm üçün ən böyük faciə hüceyrənin ölümüdür). Tədqiqata görə xromosomların başlıca rolu genetik informasiyanın nəslə ötürməsini təmin eməkdən ibarətdir. Məsələn 1948-ci və 1950-ci illərdə Qafqaz və Orta Asiya regionlarında xromosomların (Söhbət ancaq insandan gedir) zədələnməsi, çürüməsi, sıradan çıxması, iflic olması nəsillər arasında genetik informasiyaların pozilmasına, nəticədə doğulan yeni nəsillər arasında ağıl çatışmamazlıqların, “debil” övladlaırın artıb, çoxalmasına gətirib çıxarmışdı... Məlumata görə bu məsələ o vaxt Azərbaycan KP MK-nın qapalı iclasında bir gün müzakirə mövzusuna çevrildi. (Bax. RF. Siyasi Arxiv. Qovluq 19/22.s.83 S.N.Tartin “Məktublar”) Kremldən xəbərsiz keçirilən bu iclasın materiallarının Moskvaya göndərilməsi isə M.Bağırov tərəfindən qadağan edildi. Amma digər araşdırma materiallarına görə keçirilən qapalı iclasdan cəmi 3 dəqiqə sonra Kreml baş verənlərdən ətraflı xəbər tutdu.

(Biz bu məsələyə ola bilsin qayıtdıq). Nə idi səbəb? Bu məsələlərin arxasında nə dayanırdı? Və yaxud bu bədnam layihələrin icraçıları kimlər idi? Regionlar, hökumət və dövlət müəssisələrində belə mövzuların müzakirəsi qadağan olmuşdu.

Araşdırma materiallarına görə Azərbaycanda nəsillər arasında genetik informasiyaların pozulması və qurulan körpülərin dağıdılması istiqamətində Moskvanın, Leninqradın, Rostovun, Kiyevin, Minskinin hərbi-sənaye komplekslərinə məxsus mikrobioloji, toksikoloji, kimyəvi və ekoloji tədqiqatlar institutların elmi mərkəzləri 1948-ci ildən 1950-ci ilədək 16 müxtəlif layihələri icra ediblər. (Bax: SSRİ Səhiyyə Nazirliyinin RF materialları. 1949-1953-cü il. “Əsas və qapalı sənədlər məcmuəsi”). Nəticədə regionlarda millətin hər şeyə qarşı etinasız və biganə nəsilləri formalaşdırdı. Yetişən belə nəsillərə isə bel bağlamaq, iş tapşırmaq, nə isə yaxşı bir şey gözləmək faciələrə gətirib çıxarırdı. (Məndən bütün bu problemlərin mənbələrini xahiş edən oxuculara çatdırıram: - gedin, Rostovdakı hərbi sənaye kompleksinin arxiv sənədlərinə nəzər salın. 1948-ci ilin 3,7,14 saylı “Xüsusi Qovluq”ların  materiallarına, eləcə də Azərbaycanda bu layihələrin keçirilməsinə başçılıq edən hərbi həkim, polkovnik A.D.İqnatenkonun həmin qovluqlardakı xüsusi arayışlarına nəzər salın). (Bax: RF. Rostov vilayəti. HSK-nin “Ariv sənədlər şöbəsi”nin materialları. 14-cü cild. s.75.)

Araşdırma materiallarına görə ötən əsrin 40-50-ci illəri arasında Moskvada yaşayan azərbaycanlı alim-mikrobioloq və coğrafiyaşünas, etnoqraf Ə.M.Qəhrəmanov adlı bir tədqiqatçı gözlənilmədən Bakıya gəlir. (Bax: A.D.İqnatenkonun “Şəxsi Arxivi” Rostov. “Tanınmış adamların əl yazmaları” fondu. Tərtib edilib: 1977. 3-cü cild). Məlumata görə alimə yaşadığı ərazini tərk etmək qadağan olunmuşdu. Bu da onun apardığı araşırmalarla bağlı idi. Hər şeylə təmin olunmuş və dövlət qayğıları ilə əhatə edilmiş alim  Əli Murad Qəhrəmanov 1948-ci ilin mayın ortalarında M.C.Bağırovla görüşür. Alim bu zaman Moskvanın Bakıya qarşı ölüm saçan layihələrini şərh edir. O, M.C.Bağırovun təklifin nədir? – sualına, qadağan olunmuş Əs-Səfra elmini, Əs-Səfra layihəsini irəli sürür və xatırladır: - Milləti ancaq qadağan olunmuş, lakin tarixin sınağından çıxan elmlə xilas etmək mümkündür...

Məlumata görə Əs-Səfra qadağan olunmuş elmi III əsrdə Azərbaycan (Adurbadaqan) ərazisində qüdrətli hunların və V əsrdə formalaşan, daha da möhkəmlənən Sabirilərin elmi idi. (Mən tarixi araşdırmıram. Bunu tarixçilərin öhdəsinə buraxıram). Əs-Səfra elmi Qəbələnin Dəryal keçidində yaradılmışdı. Tarixi araşdırmaya görə 515-ci ildə Sabirilər Sasanilərin müqavimətini qırmış, güclü bir imperiyanın özülünü sarsıdaraq Qafqazda tanınmaqda idi...

(XX əsrin 80-ci illərində rusların Qəbələ ərazisində saldıqları “Dəryal” RLS-də, Dəryal keçidilə bağlıdır). Sabirilərin belə möhtəşəm qələbələrinə səbəb məhz, Əs-Səfra elminin sirləri idi.

Araşdırma materiallarına görə Əs-Səfra elmi işarələr üstündə formalaşan elmdir. Azərbaycanlı alim Əli Murad Qəhrəmanov bu elmin bilicilərindən olduğu üçün uzun müddət Kremlin diqqətində olub. Məlumata görə Kreml bütövlükdə Əs-Səfra elminin işarələri altındadır və heç zaman məğlub omaz. Əs-Səfra işarələri altında Kreml həmişə qüdrət və qüvvət sahibi olaraq qalır. (Bu gün RF-nın hökumət və dövlət maşınlarının bir qismində-dini idarələr də daxil olmaqla – Əs-Səfra elminin xüsusi işarələri asılıb. Oxunuşu çətin olan bu işarələr həmin maşınları və dövlət və din xdimlərini baş verə biləcək qəzalardan, terror hadisələrindən və hücumlardan saxlayır). Məlumata görə ötən 50-60-cı illərində, eləcə də yeni yüz illiyin birini beş ilində Böyük Britaniyanın, ABŞ-ın, Fransanın, Almaniyanın (Əs-Səfra elmi Hitleri məğlub etdi). İsrailin kəşfiyyat mərkəzləri Moskva ilə bu elmin sirlərinə yiyələnmək istiqamətində “soyuq müharibə”də olublar. Moskva isə öz sirrini heç kəsə verməyib...

Professor Ə.M.Qəhrəmanov Yazır ki, üstündə gəzdiyimiz, qurub-yaratdığımız torpaq, yer üzü xüsusi işarələrlə döşənib, tənzimlənib, Ay, Günəş və Ulduz işarələrilə tarazlıq tapıb. Və bu işarələrin hər birinin öz ölçüsü, “hərəkət cədvəli” var...

Fikrimcə insn özü də işarələr toplusudur və bu Allahın ən qüdrətli və möhtəşəm möcüzəsi olaraq qalır. Araşdırma materiallarına görə insan hər gün 1716 (min yeddi yüz on altı) dəfə yaşamaq üçün hərəkət edir. Yəni 1716 işarəni icra edir. O biri tərəfdən isə ölmək üçün 2128 (iki min yüz iyirmi səkkiz) işarəni özündən xəbərsiz icra edir. Qadağan olunmuş Əs-Səfra elmində bu rəqəmlər açılır. Professor Ə.M.Qəhrəmanovun bu açıqlaması isə maraq doğurmaya bilmir. (Bax: U.M.Stepanov. “Akademik Mişinin məktubları. Ə.M.Qəhrəmanov”. MH. BKİ-nin arxiv sənədləri. 2-ci sıra. Azərbaycan bölməsi).

Araşdırma materiallarına görə Əs-Səfra qadağan olunmuş elmində genetikanın əss xüsusiyyətləri geniş şərh olunur. Professor Ə.M.Qəhrəmanov (1952-ci ilin aprelin 18-də ona MH-yinin BKİ tərəfindən polkovnik rütbəsi verilir və bu elmin əsas funksiyaları ilə bağlı siyasi büronun üzvlərindən bir neçəsinə dərs keçir. Sonra bu elmin sirlərilə bağlı ölkənin Diplomatik Akademiyasında xüsusi dərs saatları təşkil edilir. Professor Ə.M.Qəhrəmanov 1952-ci ilin iyul ayında xərçəng xəstəliyinə tutulur. Dostları artıq onunla vidalaşmağa hazırlaşanda, professor sağaldığını, ağrılarının çəkilib getdiyini, bədənini bürüyən şişlərin əriyikb itdiyini bildirir. Kəşfiyyat generalı, akademik A.S.Mişin onunla bağlı xatirələrində yazır: “...O, gözlərimiz qabağında möcüzələr yaratdı...”

Professor Ə.M.Qəhrəmanov isə sağalmasını, yenidən həyata qayıtmasının kökünü Əs-Səfra elminin gücündə tapır... Əslində möcüzə bu elmdə idi...

Professor Ə.M.Qəhrəmanovun, eləcə də ABŞ-ın keçmiş Dövlət Katibi H.Kissincerin fikrincə dünyanın gizli qalmış və yaxud qadağan olunmuş elmləri axtarılarsa, ciddi şəkildə təhlil olunarsa bəşəriyyət ən ağır millətin tarixində, yaşayışlarında, həyat tərzində və düşüncələrində bir öyrənilməmiş, tədqiq olunmamış sivilizasiyaların işartıları var. Azərbaycan mühitində "Əs-Səfra sivilizasiyası"na biganəlik və unutqanlıq onun üçün genetika sahəsində problemlər yaradıb. Məsələn, hər hansı bir çinar ağacı, palıd və yaxud dəmir ağacları sərçə civiltisi eşitməsə göyərməz, yarpaq açmaz. Sərçə civiltisində hikmət nədir? Və yadux ana bətnindəki uşaq doqquz ay ananı da qoruyur, onu bilavasitə ölümdən saxlayır. Əksinə, ana da öz bətnindəkini doqquz ay qoruyur. Bütün bunları həyatın simmetriya qanunları kimi qəbul edən əslində araşdırma materiallarına görə qadağan olunmuş sivilizasiya - Əs-Səfra elmi (bu elm general A.S.Qurinin fikrincə Qəbələ yaşayış məntəqəsinin Dəryal keçidində yaradılıb) elə simmetriya qanunları əsasında yaranıb. Qəbələnin bu gün yaşaması, qalması da bu elmin üstündədir. Qəbələ tarix boyu Əs-Səfa elminin qanunları çərçivəsində idarə olunub.

Azərbaycanda məlumata görə hər bir rayon, kənd,  yaşayış məntəqəsi  və yaxud yaşayış üçün, əkin üçün ayrılan torpaq sahəsi işarələr toplusu üstündə qərar tutub. Məlumatlara və hələlik tam oxunmamış, araşdırılmamış materiallara əsasən Azərbaycan bir dövlət, azərbaycanlı bir millət, xalq kimi özünə mənsub, öz köklərinə dayaqlı möhtəşəm (tarix boyu çoxlarını: - həm Şərqi, həm Qərbi çaşdıran və qorxudan) bir varlıqdır. O, heç bir xalqa və heç bir millətə aid deyil.

Professor Ə.M.Qərhəmanovun açıqlamalarına görə "Əs-Səfra" elmi və yaxud sivilizasiyası, həm də Müqəddir (yəni fəlakətləri, gələn bəlaları nizamlayan, dəf edən) sivilizasiyası kimi, həm də Baqi (yəni əbədi varlıq), Həfiyyə (məxvi də yaxud gizli həqiqət), fəal (dünyanı idarə edən) sivilizasiya kimi tanınıb. Amma nə öyrənilib, nə də axtarılıb.

Mən bilmirəm, Azərbaycanda Əs-Səfa elminin sirlərinə bələd ola bilən şəxs varmı? Məlumata görə ruslar öz genetik bazalarını, millətə məxsus genetik “davranışlar”ı araşdırarkən bu gün də qadağan olunmuş Əs-Səfra elminin prinsiplərindən istifadə edirlər. Tarixə nəzər salanda görürük ki, dünya hökmdarlarının böyük bir qismi öz geyimlərində, taxt-taclarının, nəsillərinin və ailələrinin qorunmasında Əs-Səfra elmindən geniş və hərtərəfli istifadə ediblər.

Araşdıma materiallarına görə Rusiya, Almaniya, Fransa, Böyük Britaniya, ABŞ, İsrail, İsveçrə, Kanada, Səudiyyə Ərəbistanı, İran, Türkiyə, İtaliya və bir sıra demokratik qanunları və islahatları ilə tanınan dövlətlərin bayraqlarında, gerb və digər rəsmi sənədlərində “Əs-Səfra” sivilizasiyasının işarələrinə, xətlərinə... rast gəlmək mümkündür. Akademik A.S.Mişin azərbaycanlı professor Ə.M.Qəhrəmanova istinadən Kreml üşün (Siyasi Büro nəzərdə tutulur) hazırladığı “Xüsusi təlimatlar və göstəricilər” adlı arayışda qeyd edir: “...Əlavə bildirirəm ki, ölkənin elmi-tədiqat institutlarına kompleks və mərkəzlərə (hərbi sənaye kompleksləri nəzərdə tutulur) həvalə olunsun: - professor M.Qəhrəmanovun “Əs-Səfra” haqqında araşdırmaları geniş təqdim olunsun. Şübhə etmirəm ki, belə qadağan olunmuş sivilizasiyaları öyrənmək, ona bələd olmaq dövlətimiz və insanlarımız üçün faydalı olar. Həyatımız başdan-başa məxvi, ilahi və yaxud səmavi işarələrlə doludur. Onları öyrənmək və öyrətmək bizə ancaq xeyr gətirər. Nə üçüb bizə qədər mövcud olan imperiyalar dağılıb, məhv olub? Çünki o imperiyalar Allahın verdiyi işarələr altında qurulsa da, o işarələr altında böyüsə də, genişlənsə də, qüdrət sahibi olsa da sonradan bu işarələrə xəyanət oldu. Professor M.Qəhrəmanov bu xəyanətləri açıb göstərir və şərh edir.

Məlumata görə akademik A.S.Mişinin arayışına ilahi don geyindirmək istəyənlər də tapıldı. Lakin İ.Stalin son sözünü dedi: "...Professor Qəhrəmanovla razılaşıram. "Əs-Səfra" elmini öyrənmək, təhlil etmək vacibdir. Başqa batıb getmiş, atılmış sivilizasiyalara nəzər salım..."

Professor Ə.M.Qəhrəmanovun fikrincə A.Hitler Almaniyanı və ordusunu, hakimiyyətini, "Əs-Safra" elminin işarələrilə saxlayıb. Ə.M.Qəhrəmanov yazır: "...Mənim təhlillərim mənim üçün və mənə düşmən mövqedə dayananlar üçün başağrısı olacaq... A.Hitlerin "Əs-Səfra" elmilə bağlı, Dəryal keçidi və Qəbələ yaşayış məntəqəsilə bağlı xüsusi təyinatları olub.

O, hərbi kəşfiyyatı qarşısında Qəbələ, Bərdə, Gəncə, Astara, Culfa və Qarabağ haqqında geniş məlumat toplamış, informasiya əldə etməyi göstəriş vermişdi. Nə üçün? Bu yerlərlə bağlı onun ilkin məlumatları nə idi? Mən bu barədə heç nə bilmirəm və heç nə əldə edə bilmədim... "Əs-Səfra" elmi isə almanlar üçün böyük imkanlar açmışdı... Mən araşdırmalarımda göstərirəm ki, dünyanın əksər ölkələrində "Əs-Səfra"elminin işarələrindən və işarələrə həkk olunmuş yazılardan istifadə edib..." (Bax: RF Mİ BKİ-nin arxiv sənədləri "Ə.M.Qəhrəmanov Azərbaycan həqiqətlər, reallıqlar" çap olunmayan əlyazma 347 s-də).

Araşdırma materiallarına görə professor Ə.M.Qəhrəmanovun fikirlərinə istinad etsək, görərik ki, hər bir yaşayış məntəqəsinin onu saxlayan, qoruyan xüsusi işarələri var. Bu işarələr ərazinin şərq və qərb hissələrində daha çoxdur. Hər bir yaşayış məntəqəsi özünəməxsus xüsusi işarələrilə qorunur. İşarələr dağılanda, pozulanda həmin ərazi məhvə məhkum olur... Həmçinin hər bir ailənin də, nəslin də öz işarəsi var...

Məlumata görə "Əs-Səfra" elminin, xüsusi işarələrlə yüklənmiş "Hunlar və yaxud Sabirilər sivilizasiyası"nın "Dünya genetik aləmi"ndə öz yeri var. Etiraf edək ki, nə hunlar, nə də Sabirilər (tarixdə bu Sabirlər kimi verilir. Bu səhvdir) elm kimi öyrənilməyib... Tədqiqata görə şaiyə, yalan, böhtan, şərləmə, hərbə-zorma, zorakılıq kimi problemlərinin ümumən genetika aləminə təsiri çox böyükdür. Məsələn şayiələrin yayılması və bilərəkdən yayılması genetik inkişafın simmetriyasını pozur, qan hüceyrələrini zədələyib, iflic edir, öldürür. Qeyd edim ki, hələlik bu məsələ dünya elmləri cərgəsində az tədqiq edilir.

Araşdırma materiallarına görə Sovet Kəşfiyyat sistemi (eləcə dünyanın kəşfiyyat seti) şaiyə ilə kəndlər, şəhərlər, yaşayış məntəqələri, nəsillər adlı-sanlı şəxsiyyətlər, ailələr viran qoyulub, məhv edilib, sıradan çıxarılıb. Şaiyə Azərbaycana qarşı

düşmənin əlində  bir nömrəli strateji plan olub. Məsələn, 1901-ci ildən Çar Rusiyasının Azərbaycan ərazilərlə bağlı xüsusi təyinatlı "Şayiə dəstələri-könülləri" olub. Çar II Nikolay Aleksandroviçin bununla bağlı xüsusi və tam məxvi formalı olub. Çar Rusiyasında bu işləri general (sərhəd qoşunlarının generalı) M.O.Krılov icra edib. Araşdırma materiallarına görə bu məsələ 1938-ci ildən daha ciddi nəzarətə götürülüb. 1939-cu ilin sərəncamında (kəşfiyyat sərəncamında) bu işlər Q.Q.Andrianov adlı kəşfiyyat zabitinə, genetika və köçürmə məsələlərilə məşğul olan professor U.Ş.Sanayevə ( bu adam professor O.M.Qəhrəmanovun araşdırmalarına görə Azərbaycana qarşı qəddar bir mövqedə dayanıb. Azərbaycanla bağlı onun xüsusi nizamnaməsi olub) həvalə olundu. Bütün bunlardan bir az öncə, yəni 1937-ci ilin mart ayının 26-da isə Azərbaycanın doğum evlərinə, səhiyyə mərkəzlərinə müzakirə olunması qadağan olunan məktub göndərildi. Məktub SSRİ Səhiyyə Nazirliyinin rəsmi məktubu olduğundan, nazirliyin "Xüsusi Şöbə"sində çalışan, professor mikrobioloq N.S.Barışkin tərəfindən Azərbaycan KP MK-ya təqdim olundu. Professor mikro-bioloq N.S.Barışkin əslində Azərbaycana ezam olunmuşdu. Həmin vaxt doğum evlərində belə bir şayiə yayılmışdı ki, hamilə qadınlar arasında kütləvi epidemiya halları baş verəcək və bu epidemiyaların sonu isə ölümlə nəticələnəcək. Professor N.S.Barışkin Azərbaycanda genetik durumu, doğum evlərindəki vəziyyəti şərh edərək yazır: "...Şöbə müdirim, professor İ.N.Nikolayev üçün hazırladığım arayışa istinadən yazıram: - Mən 28 gün Azərbaycanda qaldım. Özümlə apardığım altı min dərman preparatlarını (həb və iynələri) doğum evlərində payladım. Hamilə qadınlar mənə öz xilaskarları kimi baxırdı. Şayiələr, xüsusən hamilə qadınlar arasında yayılmış epidemiya şaiyəsi adamlar həm yorub, həm də qorxudub. Qadınlar hamilə qalmağa qorxur, qızlar isə ərə getməyə tələsmirlər. Hamilə qadınlar könüllü olaraq verdiyimiz həbləri qəbul edir, iynə vurdurmaq üçün növbəyə dayanırlar. Mərkəzi doğum evində həkimlərdən Ə.D.Mürsəlova, S.Q.İmranova və M.Ş.Şadiyeva doğum evlərində paylanmış dərman preparatları ilə bağlı respublikanın Baş Səhiyyə İdarəsinə (?-R.N.) etiraz məktubları hazırladılar. Lakin onların bu məktubları qəbul edilmədi və hər üç həkim öz vəzifələrini itirdilər, işdən qovuldular..." (Bax: N.S.Barışkin. "üsusi şöbə" RF "MH" - 1966).

Araşdırma materialların heç birində, eləcə də Azərbaycanın səhiyyə və yaxud tibb tarixində adları qey olunan həkimlərlə bağlı heç bir əlavə məlumata rast gəlmədik. Amma əldə olunan digər bir məlumata görə (bu məlumat da zərərli, genetikaya ciddi fəsadlar yaradan və nəticədə döş xərçəngi xəstəliklərinin yaranmasına, sonsuzluğa gətirib çıxaran xəstəliklərə səbəb olan preparatların hazırlanmasını təmin edən Moskvadakı 2 saylı əczaxananın həkimi olmuş və 1952-ci ildə ölümə məhkum olunmuş A.Andreyenkonun azərbaycanlı həmkarı S.Quluzadəyə

ünvanladığı məktubdan götürülüb). Şaiyə Azərbaycanda 1939-1940-cı illərdə irili-xırdalı 17 doğum evinin bağlanmasına səbəb oldu. Doğum evlərində kütləvi ölüm hallarının artması Azərbaycan genetikası üçün əsl faciələr yaradırdı. Evlərə qeydsiz-şərtsiz hücum edən soxulan şaiyələr ailə münasibətlərini iflic etmişdi. Bir yandan ailələr dağılır, bir yandan hamilə qadınlar və südəmər uşaqlar tələf olub sıradan çıxır, boşanmalar artır, tək yaşamağa cəhd edən anaların sayı çoxalıb, artırdı. Əsasən, bünövrəsi olmayan şaiyələr Azərbaycanda tüğyan edirdi. Doğulan uşaqlara gəlincə onların da əksəriyyəti beyin və ürək xəstəliklərindən şikəst olurdular. Qorxu sindromları və yaşamağa ümidsizlik insanları dəlisov vəziyyətinə salmışdı.

Məlumata görə təkcə Azərbaycanda başlanılan (bu kompaniya 1945-ci ilin iyulun 2-dən başlandı) böhtan və yalan kompaniyası həmin ilin son üç ayı ərzində 755 ziyalı ailəsini məhv edib, başsız qoydu, dağıtdı, Deyilən və yazılan yalanlar psixoloji kəşfiyyat elminin məlumatına görə 1946-cı ilin üç ayı ərzində dörd min 286 nəfər ziyalının həyatını zəhərə döndərdi... onları müxtəlif xəstəliklərlə məhv etdi.

Mən qayıdıram, yenidən qadağan olunmu"Əs-Səfra" elminin paslarına. Məlumata görə araşdırmaları yarımçıq qalmış və sonradan qadağan olunmuş (?) bu elmin gözəl və müqəddəs xüsusiyyətlərindən biri insanlar arasında yayılan şayiə, yalan, böhtan kimi eybəcərlikləri aradan qaldırmaq üçün güclü vasitə idi. Məsələn, Sasanilər hakimiyyətinin biliciləri bu elmə məxsus işarələrdən hakimiyyəti zəiflədən, onun gücünü, qüdrətini əlindən almağa çalışan “on bir”, dövrü üçün məşhur olan işarələrdən geniş istifadə edib. Döyüşçü və sərkərdələrin, imperiya atributlarının hər birində bu işarələrə rast gəlmək mümkün idi. Bu fa orduda və qurulan imperiyada, insanlar arasında şaiyəyə, yalan və böhtana qarşı ən güclü inanc mənbəyi olaraq qalırdı. Ailələrdə doğulan uşaqlar üçün şaiyə, yalan və ??? və mənasız bir hal kimi sayılırdı. Torpaq və hakimiyyətin qorunması, sevgisi... vicdanlı olmaq, ana və ataya hörmət və ehtiram... əsas faktorlardan biri kimi qalır. Nəsildən-nəslə ötürülərək, yaşayırdı...

(P.S. Mən bu yazıları, bu tədqiqatı bazar üçün, əsassız və məntiqsiz müzakirələr üçün yazmıram. Mən bütün bunları sizlərə çatdırmaq istəyirəm ki, görün bizdən əvvəl nələr baş verib və bu gün onun sindromları necə cücərir).

Mən Siz oxuculara bəzi ədəbiyyat nümunələrini təqdim etdim. Hiss edirəm ki, çoxunuz hələ də nədən söhbət getdiyini hələlik dərk etmirsiniz. Dərk olunmayan həqiqət həmişə dərdə çevrilib.

 

 

 

 

(Ardı var) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam