Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Tehran yenə Yerevanın vəkilliyini etmək istəyir-ŞƏRH

Açiq mənbələrdən foto.

Bir müddət əvvəl Rusiya sərhədçiləri Sünik vilayətində Mehridən Aqarak, Şvanidzor, Alvank və Nrnadzora gedən yollarda beş modul tipli nəzarət-buraxılış məntəqəsi qurub.

Yenixeber.org: Bu barədə "Azadlıq Radiosu"nun Ermənistan xidməti Mehri şəhər hakimiyyətinə istinadla məlumat verib.

Mənbənin məlumatına görə, Rusiya FTX-nin sərhədçiləri bütün maşınları və vətəndaşları saxlayır, yoxlayır və yalnız bundan sonra onların hərəkətinə icazə verir. Buna qədər Rusiya sərhədçiləri yalnız İranla sərhədə nəzarət edirdi.

Yeni nəzarət-buraxılış məntəqələrinin quraşdırılması haqqında xəbərlərdən sonra Rusiya FTX-nin Ermənistandakı Sərhəd İdarəsindən bildiriblər ki, yoxlamalar qaçaqmalçılıq, qanunsuz miqrasiya və narkotrafikin qarşısının alınması zərurəti ilə əlaqədardır. Bu tədbirlər Ermənistan hökuməti ilə razılaşdırılıb.

RF FTX-nin məlumatına görə, son vaxtlar İrandan Ermənistana narkotik qaçaqmalçılığının artması ilə əlaqədar gərgin vəziyyət yaranıb. Bundan başqa, ekstremist və terrorçu qrupların üzvlərinin sərhədi pozması halları artıb.

Ermənistanın bir sıra siyasi qüvvələri Rusiya sərhədçilərinin bu yolda nəzarəti haqqında məlumatı bu yolun Zəngəzur dəhlizi çərçivəsində Azərbaycana təhvil verilməsinə hazırlıq kimi qiymətləndiriblər.

Amma İran daha emosional reaksiya verib, növbəti dəfə "regionda geosiyasi dəyişikliklərə imkan verməyəcəyini" bəyan edib. Bu barədə İran prezidenti Rəisi dünən Ermənistan baş naziri Paşinyana zəng edərək bildirib. Göründüyü qədər, Tehranda heç cür başa düşmək istəmirlər ki, onlar burada heç nəyi həll etmir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam