Redaktor seçimi
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
TALEH BƏŞİROV “PAT” VƏZİYYƏTİNDƏ: yediyini nə uda, nə də qaytara bilir -
London Məhkəməsi Ülvi Quliyevi də təftiş edir -
Günün xəbəri

“ELİTAR TURİST” VƏ YA FƏRARİ... -“Ölkəni fəlakət gözləyir” deyib aradan çıxır...

                  “O, Ermənistanın ən uğursuz prezidenti oldu”

Yenixeber.org: “Bəlkə günahkarları xalqın vergiləri hesabına həyatdan həzz alan müftəxorların arasında axtarmağa başlayaq? Məsələn, Ermənistan prezidenti vəzifəsini tutan şəxsdən. Niyə soruşmursunuz ki, bu fəlakətə görə birbaşa məsuliyyət daşıyanlardan və onun müəlliflərindən biri olan bu nəzakətli adam, bütün şeyxlərin və kralların dostu, sizin ürəklərinizin prezidenti, elitar turist və müftəxor prezident nəylə məşğuldur? O, vəzifə xatirinə hər kəsi və hər şeyi sataraq, vəzifəni kişilikdən və vətəndən üstün tutdu. Budur əclaflığın bahalı kostyuma bürünmüş gerçək sifəti. Və ilk olaraq, ondan başlamaq lazımdır...”

Bunu müharibədən sonra məğlubiyyətə görə günahkar ovuna çıxan Ermənistanda bu ölkənin Vatikandakı sabiq səfiri Mikael Minasyan Prezident Armen Sarkisyan barədə demişdi.

Həmin vaxt bu ittihamlara cavab verməyən Sarkisyan ötən gün gözlənilmədən vəzifəsindən istefa verdi. İndi artıq “elitar turist” istədiyi qədər, əvvəlkindən də daha artıq və sərbəst gəzə, kef edə bilər…

Hesab olunur ki, çoxları üçün, hətta Nikol Paşinyan hakimiyyətinin özü üçün də bu istefa gözlənilməz olub. Odur ki, Sarkisyanın bu addımını Ermənistanda müxtəlif cür yozurlar.

 

 

Ermənistanda tanınmış politoloqlardan biri olan Stepan Danielyan mətbuata açıqlamasında deyib ki, Sarkisyan bu addımıyla hakimiyyətin “kartlarını qarışdıra bilər”.

Erməni politoloqun fikrincə, president Sarkisyan böyük ehtimalla yaxın gələcəkdə hansısa sənədin hazırlandığını bilir və həmin sənədin altında imzasının olmasını istəmir, bundan qaçır.

Söhbət böyük ehtimalla konstitusiyaya edilməsi planlaşdırılan dəyişiklikdən gedir ki, orada da Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşdırılmasına xidmət edən bəzi məqamlar – “soyqırım” və Türkiyəyə qarşı ərazi iddiası kimi məsələlərin dəyişdirilməsi, yumşaldılması daxildir.

Sarkisyanın istefa müraciətində diaspora mövzusunu xüsusi vurğulaması da bununla əlaqələndirilir. Çünki xaricdəki erməni diasporasının liderləri Türkiyə ilə normal münasibətin qurulmasının qatı əleyhdarıdır. Prezidentin istefası isə o deməkdir ki, konstitusiya dəyişikliyi də daxil olmaqla, hər hansı ciddi sənədin qəbulu yeni prezident seçilənə qədər mümkün olmayacaq. Bu isə hakimiyyətin ya əvvəldən planlaşdırdığı və prosesi uzatmaq xatirinə atdığı razılaşdırılmış addımdır, ya da gerçəkdən Sarkisyanın Paşinyan hakimiyyətinə zərbəsidir.

 

 

Ancaq parlamentdəki müxalif “Şərəfim var” blokunun rəhbəri Artur Vanetsyan deyib ki, Sarkisyanın bu qərarı gecikmiş addımdır və heç bir problemi həll etməyəcək.

Vanetsyanın fikrincə, Sarkisyan Ermənistan üçün taleyüklü məqamlarda öz üzərinə məsuliyyət götürərək, situasiyaya təsir etmək imkanlarını qaçırıb. Həmçinin bildirib ki, Sarkisyan Paşinyan hakimiyyətilə sıx əməkdaşlıq edib və buna görə də onun hazırda könüllü olaraq, yaxud hansısa təzyiq altında istefa verməsinin heç bir fərqi və əhəmiyyəti yoxdur.

Sabiq president, hərbi cani Serj Sarqsyanın Respublikaçılar partiyasının sədr müavini Armen Aşotyan isə dolayısı ilə Armen Sarkisyanı fərarilikdə ittiham edib və bildirib ki, prezident Ermənistanı gözləyən yeni xarici təhlükələri gördüyü üçün istefa verib: “Bununla da o, hakimiyyəti öz yumruğunda birləşdirən Nikolun yolunu açır…”

 

 

Sarkisyanın istefasını şərtləndirən məqamlardan biri də zatən konstitusiyaya edilən dəyişikliklərdən sonra Paşinyan hakimiyyətinin onunla yollarılnı ayıracağı ehtimalıdır. Belə ki, erməni şərhçilər yeni konstitusiyada yarıprezident idarəçiliyinin tətbiqinin nəzərdə tutulduğunu bildirirlər. Bu ssenaridə isə Paşinyan Sarkisyana şans tanımır. Ona görə də Sarkisyan yola salınmaqdansa vaxtında və öz istəyilə uzaqlaşmağı üstün tutub…

Digər erməni politoloq Suren Surenyan isə Sarkisyanın istefasını onun Paşinyanla qarşıdurmasının nəticəsi hesab edir: “Sarkisyanla mövcud hakimiyyətin, daha dəqiq desək, Paşinyanın konstitusiya islahatlarıyla bağlı ciddi fikir ayrılıqları olub. Deməli, o, ya hakimyyətlə toqquşma nəticəsində, ya da Paşinyanın planına qarşı getmək istəməməsi səbəbindən istefa verir. Yəqin ki, onun Paşinyana qarşı durmağa siyasi iradəsi çatmayıb. Mahiyyətcə o, Ermənistanın ən uğursuz prezidenti olub…

“Biz özümüzü aldadırıq ki, guya nəsə edirik... Məsələn, guya bizdə demokratiya var. Özümüzü aldadırıq ki, yüksək səviyyəli elmimiz, çox güclü ordumuz var. Ən pisi odur ki, özümüz də buna inanırıq. Bu, çox təhlükəli şeydir…” Bunu Sarkisyan özü bir müddət əvvəl Rusiya mətbuatına verdiyi müsahibədə demişdi.

Artıq bu pessimist və eyni zamanda da real dəyərləndirmə onsuz da Böyük Britaniya vətəndaşlığı olan bu şəxsin yorulduğundan və nəinki öz postunda, hətta Ermənistanda belə qalmaq istəməməsindən xəbər verirdi…

İstefasını əsaslandırmağa çalışan Sarkisyan son müraciətində deyir: "Dövlətimiz üçün belə mürəkkəb etapda, milli həmrəyliyin vacib olduğu bir vaxtda prezident institutu qeybət və sui-qəsd nəzəriyyələrinin hədəfi olmamalı, bununla da diqqəti ölkənin vacib problemlərindən yayındırmamalıdır.”

Sarkisyan əlavə edir ki, indi ölkəyə heç vaxt olmadığı qədər dərin düşünülmüş, mənalı, ölçülüb-biçilmiş addımlar lazımdır: "Əks halda erməniləri tarixdə yox olmaq təhlükəsi gözləyir".

Yəni ki, bir tərəfdən ölkəni fəlakət gözlədiyini deyir, bir tərəfdən də özü aradan çıxır...

 

 

Görünür, fərarilik Ermənistanda sıravi əsgərdən başlayaraq, artıq hakimiyyətin ən ali zirvəsinə qədər gəlib çatıb. Çoxları Sarkisyanın bu addımını Ermənistanda demokratiyanın təzahürü, istefa mədəniyyəti və s. kimi dəyərləndirə bilər və bunda müəyyən həqiqət payı da olmamış deyil.

Lakin bu istefa eyni zamanda Ermənistanın gələcəyinin olmaması, hətta prezidentin belə bu gələcəyə inanmaması və ölkəni tərk etmək istəməsilə bağlıdır. Əgər prezident də vəzifəsini qoyub qaçırsa, o zaman dabanına tüpürüb Rusiyaya və Qərb ölkələrinə üz tutan sıravi erməniləri kim qınaya bilər ki?...(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam