Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“ELİTAR TURİST” ERMƏNİSTANIN TALEYİNİ HƏLL EDİR -Sarkisyan Paşinyanı rusiyapərəstlərə yem edib, aradan çıxmağa çalışır

 

“Niyə soruşmursunuz ki, bu fəlakətə görə birbaşa məsuliyyət daşıyanlardan və onun müəlliflərindən biri olan bu nəzakətli adam, bütün şeyxlərin və kralların dostu, sizin ürəklərinizin prezidenti, elitar turist və müftəxor prezident nəylə məşğuldur? O, vəzifə xatirinə hər kəsi və hər şeyi sataraq, vəzifəni kişilikdən və vətəndən üstün tutdu. Budur əclaflığın bahalı kostyuma bürünmüş gerçək sifəti!”

Yenixeber.org: Bu sözləri 44 günlük müharibə bitəndən bir müddət sonra Ermənistanın Vatikandakı sabiq səfiri, Serj Sarkisyanın kürəkəni Mikael Minasyan özünün sosial şəbəkə səhifəsində prezident Armen Sarkisyanı nəzərdə tutaraq yazmışdı. Lakin həmin vaxt prezident sabiq səfirin bu açıq təhqir və rişxəndinə heç bir cavab verməmişdi.

İndi isə həmin bu “elitar və müftəxor turist” az qala Ermənistanın yaxın siyasi gələcəyini həll etməkdədir. Söhbət Nikol Paşinyan hökumətinə qarşı qiyam qaldırmağa çalışan Baş Qərargah rəisi Onik Qasparyanın istefaya göndərilməsinə dair qərarın havadan asılı vəziyyətdə qalmasından gedir. Məlum olduğu kimi, Armen Sarkisyan Baş nazir Nikol Paşinyan tərəfindən təqdim olunan Baş Qərargah rəisi Onik Qasparyanın istefaya göndərilməsi qərarını imzalamayıb və onu geri qaytarıb. Ermənistan konstitusiyasına görə, Prezidentin qərarı dəyərləndirmək üçün 3 gün vaxtı olub. Əgər o, bu müraciətə heç bir cavab verməsəydi, qərar avtomatik qüvvəyə minəcəkdi. Geri qaytaracağı təqdirdə isə Baş nazir prezidentə təkrar müraciət edə bilər ki, bu da artıq baş verib. Bu dəfə prezident iki gün ərzində cavab verməlidir: ya qərarı imzalamalıdır, ya da sənəd Konstitusiya Məhkəməsinə getməlidir.

Sarkisyan Paşinyanın müraciətini geri çevirməmişdən öncə müxalif partiya liderlərilə görüş keçirib, daha sonra isə qiyamçı Onik Qasparyanın ayağına gedərək, Baş Qərargahda onunla görüşüb. Artıq həmin görüşlərə dair xəbər yayılanda, məlum idi ki, Sarkisyan Paşinyanın qərarını geri qaytaracaq.

Əslində, bir çox müşahidəçilərin də dediyi kimi, prezidentin qiyamçı generalın ayağına getməsi onun hansı “mənəvi keyfiyyətlərə” malik olmasının göstəricisidir. Onun bu qərarı imzalamaqdan boyun qaçırması və məsələyə Konstitusiya Məhkəməsində baxılmasına yol açması isə növbəti dəfə məsuliyyətdən yayınmaq, hətta siyasi fərarilik kimi qiymətləndirilir. Onu da qeyd edək ki, Armen Sarkisyanın məlum qərarı verməsindən bir saat öncə Rusiya müdafiə naziri Sergey Şoyqunun erməni həmkarı Vaqarşak Arutyunyanla telefon danışığı olub. Erməni mətbuatının yazdığına görə, Sarkisyanın qərarında bu telefon danışığının da böyük rolu olub. Ümumuiyyətlə, Ermənistanda Sarkisyan daha çox mövqesiz, iradəsiz siyasətçi kimi tanınır. O, xüsusilə də 44 günlük müharibə dövründəki fəaliyyətilə bağlı ciddi tənqidlərə məruz qalıb. Elə yuxarıda qeyd etdiyimiz Mikael Minasyan Ermənistan Prezidentinin hətta müharibə günlərində də xarici səfərlərdən vaz keçmədiyini, elitar, lyuks həyat yaşadığını bildirərək, acı məğlubiyyətə görə əslində ilk olaraq onun cəzalandırılmalı olduğunu yazımışdı.

Əslində, Sarkisyan Paşinyanın müraciətini geri çevirməklə, Baş nazirin qərarının qanuniliyini şübhə altına almış olur. Ancaq nədənsə o, Qasparyanın hökumətin istefasını tələb etməsini, özü də bunu sadəcə öz müavininin Baş nazir tərəfindən işdən qovulması ilə əsaslandırmasına heç bir irad bildirmir. Halbuki Qasparyanın tələbi heç bir qanuni əsasa söykənmir və doğrudan da hərbi çevrilişə cəhd anlamı daşıyır. Əvəzində, Paşinyanın açıq-aşkar siyasətə qarışmış və hakimiyyətə əl qoymağa çalışan Baş Qərargah rəisinin vəzifədən azad olunması tələbi daha məntiqli və qanunauyğun görünür. Lakin Ermənistan prezidenti, belə görünür ki, qanunlara, ölkəsinin konstitusion quruluşuna, strateji maraqlarına deyil, “küləyin hansı tərəfə əsməsinə” diqqət yetirir…

Onu da qeyd edək ki, Sarkisyanın ikinci dəfə də qərarı geri qaytaracağı və məsələyə Konstitusiya Məhkəməsində baxılacağı gözlənilir. Məsələnin Konstitusiya Məhkəməsinə getməsi isə o deməkdir ki, son qərarın Qasparyanın xeyrinə çıxması ehtimalı kifayət qədər yüksəkdir. Çünki Nikol Paşinyanın Konstitusiya Məhkəməsinin keçmiş hakimiyyət dövründən qalan hakimləri ilə ciddi ədavəti var. Hətta Paşinyan həmin hakimlərlə problemini həll etmək üçün Konstitusiya Məhkəməsilə bağlı müəyyən dəyişiklikləri nəzərdə tutan qanun layihəsini referenduma çıxarmaq istəyirdi. Lakin pandemiyanın araya düşməsi Paşinyanın niyyətinin gerçəkləşməsinə imkan vermədi.

Təbii ki, bu qərarın Konstitusiya Məhkəməsinə göndərilməsinə yol açan Prezident hakimlərin böyük ehtimalla Qasparyanın xeyrinə qərar çıxaracağını yaxşı bilir. Deməli, əgər məhkəmə Paşinyanın qərarını qanunsuz hesab etsə, qiyamçı general vəzifəsində qalacaq. Bu isə Paşinyan tərəfdarlarının etirazları, Konstitusiya Məhkəməsinə qarşı etiraz aksiyalarının başlanması, bir sözlə ölkədə siyasi gərginliyin daha da artması anlamına gəlir.

Onu da xatırladaq ki, müharibə bitdikdən sonra Sarkisyan 10 noyabr kapitulyasiya sazişindən xəbərsiz olduğunu, bu qərardan yalnız mətbuatda məlumat dərc ediləndən sonra xəbər tutduğunu bildirmişdi. Bunun özü də sözügedən şəxsin hansı siyasi çəkiyə malik olmasından xəbər verirdi. Lakin indi iş elə gətirib ki, yaxın dövrdə Ermənistanda siyasi proseslərin hansı məcrada cərəyan edəcəyi onun qərarlarından xeyli dərəcədə asılıdır.

“azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam