Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Ermənistan prezidenti-istefaya çağırıldı

Ermənistan prezidenti istefaya çağırıldı
Ermənistan prezidenti Armen Sarkisyan həm özünü, həm də gələcək prezidentləri konstitusiyaya düzəlişləri imzalamaq hüququndan məhrum edən sənəd imzalayıb.
Yenixeber.org: Bununla da hazırki hakim çoxluq konstitusiyaya dəyişiklik etmək üçün məhdudiyyətsiz gücə sahib olacaq.

Bundan sonra, konstitusiya düzəlişlərini imzalamaq üçün Konstitusiya Məhkəməsinə və ya prezidentə müraciət etməyə ehtiyac qalmır, bu səlahiyyət parlamentin sədrinə verilir.

A.Sarkisyanın bu addımı Ermənistanda sərt şəkildə tənqid olunmaqdadır.

“Çiçəkklənən Ermənistan” parlament fraksiyasının deputatı Naira Zohrabyan bildirib ki, prezidentliyinin bütün dövründə Armen Sarkisyan özünü legioner kimi apardı, Ermənistan və erməni xalqı ilə bağlılığı yalnız pasportunda milliyyətinin göstərilməsi ilə məhdudlaşır.



"Armen Sarkisyanın köntöy və isterik rəhbərlik tərzindən fərqli olduğunu sübut etməsi üçün ən azı bir neçə qızıl fürsəti olub. Lakin Sarkisyan hər dəfə bu şansını qaçırıb. O, bütün pis yolların ən acınacaqlısını seçdi, alçaldıcı işə qol qoydu. Prezidenti konstitusiya dəyişikliklərini imzalamaq hüququndan məhrum edən qanun layihəsini imzalamağa məcbur etdilər, yəni özünü səlahiyyətlərindən məhrum etmək layihəsi. Prezident Armen Sarkisyan özünün məhv edilməsi ilə bağlı protokol imzaladı.

Emənistan Respublikasında artıq prezident yoxdur, nəinki de-fakto, həm də artıq de-jure.
Mən Armen Sarkisyanı dərhal istefa verməyə və Britaniya astronomiya cəmiyyətinin üzvü kimi nüfuzunu qorumağa çağırıram.

İctimai xadim, yaxşı təhsili Armen Sarkisyan özünü məhv etdi. Onun haqqında daha heç nə deməyəcəm. Qızıl qayda var - "Ölülər haqqında, ya yaxşı, ya da heç bir şey".

Erməni xalqının böyük bir hissəsi artıq prezident Armen Sarkisyanla vidalaşdı. Ümid edək ki, iş adamı və fizik Armen Sarkisyanın taleyi daha uğurlu olacaq", - deyə müxalif deputat qeyd edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam