Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Qazaxıstan Ukrayna ola bilərmi? -"ABŞ-ın Qazaxıstanda öz məqsədlərinə çatması üçün lazımi gücü yoxdur"

Qazaxıstandakı iğtişaşlar dünyanın bir-biri ilə mübarizə aparan iki böyük dövlətinin əməliyyatı kimi yozulur. Tərəflərdən biri bəyan edir ki, baş verənlər ABŞ-ın məxməri inqilab cəhdidir və bu inqilab Rusiyanı hədəf alıb. Digər tərəf isə iddia edir ki, bu, Rusiyanın əməliyyatıdır və Ukrayna ilə bağlı danışıqların gedişində ABŞ qarşısında güc nümayiş etdirməyə və həm də “Türk dövlətləri təşkilatı”nı zəiflətməyə hesablanıb.

Yenixeber.org: Lakin əgər bir ölkənin daxilində lazımi dinamika yoxdursa, o zaman hansısa böyük dövlətin düyməyə basmaqla həmin ölkədə üsyan qaldırması asan iş deyil. Digər tərəfdən aydındır ki, hadisələrin “bu, Rusiyanın əsəridir” kimi izahı tam inandırıcı deyil. Çünki Qazaxıtstandakı xaos ABŞ qarşısında Rusiyanın mövqeyini gücləndirimir, əksinə, Ukrayna cəbhəsini möhkəmləndirmək istəyən Vaşinqtonun Rusiya qarşısındakı mövqeyini gücləndirir.

Dekabr ayında enerji sektorunda çalışan 40 min nəfərin işdən çıxarılması yeni ilin ilk günlərində Xəzər dənizi ətrafındakı müəssisələrdə tətil dalğası yaratdı. Tətillərin və işdən çıxarmaların ən qızğın vaxtında Qazaxıstan hökumətinin yanacağın qiymətini kəskin qaldırması xalqın qəzəbinə səbəb oldu və şəhərlərdə üsyan baş qaldırdı.

Əlbəttə, neft və təbii qaz hasil edən ölkədə yanacağın qiymətinin qalxmasına reaksiya göstərmək insanların ən təbii haqqıdır. Nəticədə qiymətlər aşağı salındı və hökumət istefaya getdi. Başqa sözlə, nümayişçilər öz məqdsədlərinə çatdılar. Nəyə görə? Ona görə ki, tələb ədalətli, məqsəd isə düzgün idi. Ancaq sonradan aksiyanın metod və məqsədləri ilikin yolundan sapdı. Görünən odur ki, mövcud vəziyyətdən istifadə etmək istəyən qüvvələr oyuna girişdilər. Axı, təhlükəsizlik orqanlarına qarşı yönəlmiş silahlı fəaliyyət nə kütləvi aksiyadır, nə də ki, xalq hərəkatı.

                              Daxili çevriliş ehtimalı

Doğrudanmı, ədalətli aksiyalardan, tətillərdən istifadə etməklə onların istiqamətini, metodlarını dəyişərək öz məqsədlərini reallaşdırmaq istəyən yalnız ABŞ-Böyük Britaniya ikilisidir? Bəzi indikatorlar yaranmış mənzərəni “daxili çevriliş” kimi yozmağa imkan verir. İş ondadır ki, prezident Tokayev hökumətin istefasını tələb edəndən sonra Qazaxıstanı otuz il idarə edən və 2019-cu ildə istefaya gedən, amma ipləri Təhülkəsizlik Şurasına rəhbərlik etməklə əlində saxlayan Nursultan Nazarbayevin bu səlahiyyətlərini də öz üzərinə götürüb. Yəni, deyə bilərik ki,Tokayev öz hakimiyyətini bərkitmək üçün aksiyalardan bir fürsət kimi istifadə edib.

Qazaxıstanda idarəçilik onsuz da feodal-klan müstəvisi üzərindədir. Qazaxların özləri klanları üç yerə bölürlər(böyük-orta-kiçik). Bu feodal-klan təbəqəsinin ən üstündə Nazarbayev ailəsi dayanıb. Ailənin iri şirkətləri, enerji sektorundakı hakimiyyəti, həm Qazaxıstandakı və həm də Qərbdəki böyük maliyyə aktivləri cəmiyyətdə neqativ reaksiya doğururdu.

                                    Xaos ABŞ-a əl verir

Beləliklə, Qazaxıstanın coğrafi xəritədəki yeri bu ölkəni ABŞ, Çin və Rusiya kimi böyük dövlətlərin mübarizəsi baxımından əhəmiyyətli əraziyə çevrir. Əlbəttə, Rusiyanın qərbində cəbhə açmış ABŞ bu iğtişaşlara, Əfqanıstandan çıxdıqdan sonra Orta Asiyada yeni problemlərin baş qaldırmasına və Çinin “bir zolaq, bir yol” layihəsi marşurutunda xaos meydana gəlməsinə sevinir. Amma Ukraynadan fərqli olaraq, ABŞ-ın Qazaxıstanda bu məqsədlərə çatması və xaosu davam etdirməsi üçün lazımi gücü yoxdur. Başqa sözlə desək, ABŞ Qazaxıstandan Ukrayna düzəldə bilməyəcək.

Düzgün məqsədi və proqramı, təşkilatçılığı və rəhbərliyi olmayan xalq hərəkatı böyük ehtimalla öz istəyinə çata bilməz. Xaricdən gələn müdaxilə nəticəsində onlar tutduqları ilkin kursdan yayınacaqlar və hakimiyyət tərəfindən istifadə edilən əks-təbliğat materialına çevriləcək, ümumi yekunda isə tamamilə sönəcəklər.

“Cumhuriyet” - (Türkiyə)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam