Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Hakimiyyətə gəlişi də, gedişi də iğtişaş törədən lider –Nazarbayevin zühuru və süqutu

Yenixeber.org: Qazaxıstanda gərginlik hökm sürür və bu vəziyyət 36 il öncəni, 1986-cı ilin hadisələrini xatırladır. Etirazçıların mübarizə forması o dövrlə eyni olsa da, məzmun fərqlidir. Hələ ki məlum olan sosial narazılıqdır. Elə 1986-cı ilin dekabrın 16-da da etirazlara ilk səbəb rəsmi olaraq Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinə Gennadi Kolbinin birinci katib təyin olunması idi.

Qeyd edək ki, 1986-cı il Qazaxıstan hadisələri SSRİ-də siyasi və milli zəmində kütləvi iğtişaşların baş verdiyi, antisovet şüarların səsləndiyi ilk qaynar nöqtə olub.

Hadisələrdən öncə Qazaxıstana Dinmühəmməd Kunayev rəhbərlik edib. Məhz Qazaxıstan hadisələrinin baş verməsinin bir səbəbi də Kunayevin vəzifədən uzaqlaşdırılması olub. Kunayev SSRİ-nin siyasi elitasında ən nüfuzlu şəxslərdən biri sayılıb. O, 22 il boyunca rəhbərlik etdiyi respublikada da böyük nüfuz qazanıb. Bu 22 il ərzində Qazaxıstanda sənaye istehsalı 8.9 dəfə, kənd təsərrüfatı 6.2 dəfə artıb. Əhalinin artımında da göstəricilər müsbət olub, bu illər ərzində respublikada milliyyətcə qazax olanların sayı 2.5 dəfə, ümumilikdə isə 2 dəfə artıb, respublikada əsas vəzifələri tutanların 70 faizi qazaxlar olub.

488650.jpg (73 KB)

Leonid Brejnevlə Kunayevin arasında olduqca yaxın münasibətlər hökm sürüb. Brejnev baş katib kimi Qazaxstana səfər edəndə birinci katibin mənzilində qalıb. Hətta baş katib Kunayevin mənzilinin kiçik olmasını ona “irad” tutub. Kunayev bütün məsələləri birbaşa Brejnevlə həll edib. Onun Kremlə gəlişini Suslov belə xarakterizə edib:

“Kunayev Kremlə gələndə, sanki Brejnevin şəxsi mülkünə qonaq gəlir. Gəlir, ev sahibi ilə görüşür, sözünü deyir, problemini həll edir və geri qayıdır...”

Kunayev 1976-cı ildə Mərkəzi Komitəyə kənd təsərrüfatı məsələləri üzrə katib təyin edilən Qorbaçovu isə, ümumiyyətlə ciddi fiqur kimi qəbul etməyib, müşavirə və iclaslarda ona “cavan oğlan” deyə müraciət edib.

8193b97dbaa811c25ad2bcfdf3f793ca.jpg (82 KB)

Brejnevin vəfatından sonra Kunayev birinci katib vəzifəsində dörd il duruş gətirə bilib. 1986-cı dekabrın 11-də Kunayevin iştirak etmədiyi Siyasi Büronun iclasında onun vəzifədən uzaqlaşdırılması haqqında qərar qəbul olunub. Dekabrın 16-da isə Qazaxstan KP MK-nın 18 dəqiqə davam edən plenumunda Kunayev birinci katib vəzifəsindən azad edilib.

Kunayev özündən sonra Qazaxstanın birinci katib kürsüsündə Nursultan Nazarbayevi görmək istəyib. Həmin dövrdə Nazarbayev Qazaxstan Nazirlər Sovetinin sədri vəzifəsində işləyib. Amma Qorbaçov hakimiyyətində Kunayev kadr məsələsinə qarışmaq imkanında olmayıb.

146381_src.jpg (74 KB)

Dekabrın 16-da Qazaxıstana yeni birinci katib təyin olunması məsələsi də həll olunub. Saatlar ərzində Ulyanovsk vilayət partiya komitəsinin birinci katibi Gennadi Kolbin Kremlə gətirilib. İlk əmək fəaliyyətinə çəkməçi kimi başlayan Kolbin 1959-cu ildən partiya orqanlarında işləyib. Nijni Tagildə, Sverdlovskda katib, ikinci katib işləyən Kolbin 1975-1984-cü illərdə Gürcüstanda, Şevardnadzenin birinci katib olduğu illərdə respublika KP MK-nın ikinci katibi vəzifəsində çalışıb. Məhz onun Kremllə əlaqələr yaratmasında Şevardnadzanin böyük rolu olub. Əslində Kolbinin Gürcüstandan sonra hanssa bir müttəfiq respublikaya birinci katib təyin olunması nəzərdə tutulub. Amma Kreml bu təyinatı gerçəkləşdirə bilmədiyindən onu Ulyanovsk vilayətinə birinci katib göndəriblər.

Sözsüz ki, Kolbin Qazaxıstanda birinci katib kimi fəaliyyətə başladığı birinci günün gözlənilməz hadisələrlə başlanacağını ağlına gətirməyib.

146378_src.jpg (62 KB)

Heç vaxt Qazaxıstanda işləməyən, qeyri-qazax bir şəxsin Qazaxıstana rəhbərliyə gətirilməsi iğtişaşlara, nümayişlərə, mitinqlərə, qarşıdurmaya səbəb olub. Tələbələrin başladığı etiraz aksiyalarına səhəri gün on minlərlə insan qoşulub. Qarşıdumaya ordu müdaxilə edib və itkisiz ötüşməyib. Qazaxıstan rəsmiləri, o cümlədən Nursultan Nazarbayev də etirazçıları sabitliyə çağırıb. Amma bütün bunlar heç bir nəticə verməyib.

SSRİ DTK-nın birinci müavini, hadisələr zamanı Alma-Atada olan ordu generalı Filip Bobkov öz memurlarında Qazaxıstan hadisələrinə toxunaraq qeyd edib ki, Nazarbayev etirazçı kütlələri sakitliyə, qanunlara riayət etməyə çağırsa da, o, etiraz aksiyalarının keçirilməsinin əsas təşkilatçılarından biri olub.

Qazaxıstan hadisələri ordunun müdaxiləsi ilə yatırılıb. Hadisələrlə bağlı cinayət işi açılıb, 9 min nəfərə yaxın etirazçı saxlanılıb, istintaqa ümumilikdə 6 min nəfərdən artıq adam cəlb edilib. Bəzi versiyalara görə, hadisələr zamanı ölənlərin sayı yüzlərlə olub. Amma rəsmi olaraq qarşıdurmada üç nəfərin öldüyü göstərilib. Bu rəqəmi Filip Bobkov da təsdiqləyib.

Qazaxıstan hadisələri Kolbini geri qaytara, Nazarbeyebi isə birinci kürsüyə əyləşdirə bilməyib. Kolbin 1989-cu ilin iyun ayına qədər Qazaxstanın birinci katibi vəzifəsində fəaliyyətini davam etdirib. Yalnız həmin tarixdən sonra Nazarbayev illər boyu gözlədiyi kürsüyə sahib olub.

Nazarbayev uzun illər hakimiyyət sükanını böyük siyasi peşəkarlığla saxlaya bilib. Yəqin ki, çoxları belə düşünür. Amma yox, bu qənaətdə bir yanlışlıq var, çünki əsl peşəkarların heykəllərini aşırmırlar...

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam