Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Qazaxıstanda "etnik zəmində toqquşmalar":8 ölü, onlarla yaralı

Qazaxıstanda "etnik zəmində toqquşmalar" nəticəsində ən azı səkkiz nəfər ölüb, onlarla insanın yaralandığı bildirilir.

Yenixeber.org: Etnik qazaxlarla dunqan azlığı arasında qarşıdurma ölkənin cənubundakı Cambul vilayətinin Korday rayonu ərazisində yerləşən yaşayış məntəqələrində baş verib.

Qarşıdurmaya səbəb Masançı kəndi ətrafında yer alan "məişət davası" olub.

Daha sonra yaranan toqquşmalara etnik çalarlar verməyə başlayıblar, rəsmilər bildirir. Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev "təxribatçı şayiələr və dezinformasiya" yayanların məsuliyyətə cəlb olunmasını tələb edib.

Cümə günü Masançı yaxınlığındakı Sortobe kəndində polis tərəfindən saxlanılmış avtomobilin sürücüsü qaçmağa cəhd edərkən yerli sakinlər polis əməkdaşlarını daşa tutublar. Bu hadisənin sonrakı toqquşmalarla əlaqəli olub-olmadığı məlum deyil.

İğtişaşlar zamanı 30-a yaxın ev və 15 ticarət obyekti dağıdılıb, rəsmi məlumatlarda göstərilir. Sosial mediada yayılan görüntülərdə, alovlanan evlərin arasındakı kənd küçəsiylə gedən əli dəyənəkli gəncləri görmək olar.

Daxil olan xəbərlərə görə, Masançı kəndinə giriş və çıxış bağlanılıb. Qazaxıstan hökuməti iğtişaşlar baş verən ərazilərin "nəzarət altında" olduğunu bəyan edib.

Masançı kəndi 19-cu əsrdə Çindən gəldiyi deyilən müsəlman dunqan icmasının mərkəzlərindən biri hesab olunur.(BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam