Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Azərbaycanın dəmir iradəsi qarşısında İranın süründürməçilik diplomatiyası çökdü – Tehrandan ilk geri addım

 
Müasir dünya diplomatiyasında ən çətin məsələ İranla danışıqlar aparmaq hesab olunur. Bəzən aylarla, bəzən də illərlə süründürməçilik yolunu tutan İran diplomatları hətta bu gün imzaladıqları sənədi sabah danır, böyük çətinliklərlə əldə olunan razılaşmaların üstündən rahatlıqla xətt çəkib müzakirələri yenidən 0 nöqtəsinə gətirməyi bacarırlar.
Yenixeber.org:  Təsadüfi deyil ki, Səudiyyə Ərəbistanının Xarici İşlər naziri şahzadə Feysəl bin Fərhan əl-Səud bu yaxınlarda ABŞ mediasına verdiyi müsahibəsində İranla apardıqları 9 aylıq danışıqlarda hələ də 0 nöqtəsindən ayrıla bilmədiklərini açıq şəkildə etiraf etmiş, Vaşinqtona Tehranla başqa dildə danışmağı məsləhət bilmişdi. Yaxud 2015-ci ildə BMT TŞ-nın Daimi üzvləri və Almaniya ilə İranın bağladığı “nüvə sazişi”nin tələblərinin yerinə yetirilməsi üçün danışıqların bu yaxınlarda yenidən başlanacağı gözlənilir ki, bu da İran diplomatiyasının nə qədər qalın qabıqlı olduğundan xəbər verir. Amma deyəsən, dünyanın dad etdiyi bu süründürməçi diplomatiyanı sındırmaq tarixdə dünya tarixində ilk dəfə Azərbaycanın aktivliyinə yazılacaq.
Məlumata görə, neçə müddətdir İranla girdiyi ağır diplomatik çəkişmələrdən sonra Azərbaycan ilk qələbəsinə imza atıb. 
Belə ki, İranın Magistral Nəqliyyat və Nəzarət Agentliyi bu gün öz sürücülərinə və vətəndaşlarına Azərbaycan Respublikasının Qarabağ və Laçın bölgələrinə girməsinin qadağan edib.  Ölkənin nəqliyyat və turizm şirkətlərinə göndərilən qərardan belə anlaşılır. Qərara əsasən, Qarabağ bölgəsi ilə hər hansı bir ticarət müqaviləsinin imzalanması və nəqliyyat şirkətləri tərəfindən daşıma sənədlərinin verilməsi qadağan olunur.


 
Xatırladaq ki, bir neçə ay əvvələ qədər rəsmi Bakının bütün şifahi və yazılı xəbərdarlıqlarına məhəl qoymayan İran Dağlıq Qarabağa qanunsuz yük daşımalarını dayandırmamış, nəticədə Azərbaycanın səbrini daşırmışdı. Nəhayət, sentyabrın 10-da Azərbaycan tərəfi Gorus-Qafan yolunda gömrük və polis postu quraraq Dağlıq Qarabağa gedən İran maşınlarının hərəkətini dayandırmış, Ermənistana yük daşıyan iranlı sürücülərdən isə vergi almağa başlamışdı. Azərbaycanın bu tədbirlərindən sonra İran rəsmiləri ölkəmizə “şir quyruğu” göstərmək və Araz qırağında keçirdikləri hərbi təlimlərlə hədə-qorxu gəlmək yolunu tutmuşdu. Azərbaycan prezidentinin bu hədə-qorxulara cavabı isə çox sadə olmuşdu – İranla sərhəddə İsrail istehsalı olan “Heron”un başını tumarlamaq.
 
Görünür, bu sığaldan sonra Azərbaycanın nə ABŞ, nə də İsrail olduğunu anlayan İran nəhayət ən yaxşı çıxış yolunun geri addım atmaqdan keçdiyini anlayıb. Sözsüz ki, İranın Magistral Nəqliyyat və Nəzarət Agentliyinin bu qərarını irəliyə doğru atılmış ilk kövrək addım kimi qiymətləndirmək olar. Münasibətlərin yenidən mehriban qonşuluq səviyyəsinə gəlməsi üçün isə Tehranı daha ciddi səmimiyyət testi gözləyir. Tehran ilk növbədə bizə göstərdiyi “şir quyruqlu” şillə mesajına görə ən yüksək səviyyədə üzr istəməli, Azərbaycanın konstitusion dövlət quruluşuna qarşı danışdırdığı və terror aktları ilə hədələtdiyi legionerlərini təhvil verməlidir. Yalnız bu ilk şərtlərin yerinə yetirilməsindən sonra onunla dostluq münasibətlərinin bərpası istiqamətində diplomatik danışıqlar masasında oturmaq olar. Təbii ki, danışıqlar masasında Tehranın qarşısına yeni şərtlər də qoyulmalıdır. XİN həmin şərtləri müəyyənləşdirməkdə çətinlik çəkirsə, biz onun üçün səmərəli təkliflər paketi hazırlaya bilərik.(ovqat)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam