Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

İranla Qərb tarixi razılaşma astanasında

 

Sabah Vyanada İranın nüvə proqramı ətrafındakı vəziyyəti müzakirə ediləcək

"Xeberinfo.com":   İranın nüvə proqramı ilə bağlı danışıqlar təyin edildiyi kimi iyunun 30-da keçiriləcək və tərəflər danışıqların başa çatdırılması üçün yeni vaxt müəyyən etməmək qərarına gəliblər. 
Bu haqda Nyu-Yorkda jurnalistlərə Fransanın xarici işlər naziri Laurent Fabius bildirib.
O qeyd edib ki, danışıqlar üçün Vyanaya qayıdacaq.
Fabiusun sözlərinə görə, danışıqlarda müəyyən irəliləyiş əldə olunub, amma bu hələ ki, prosesin sonu deyil.
O bildirib ki, sanksiyaların ləğvi ilə bağlı İranın konkret şərtləri var.
Həmçinin danışıqlarda iştirak edən Avropa ölkələri bəzi məsələlərin dəqiqləşdirilməsini istəyirlər.
ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya, Çin və İran rəsmiləri iyunun 30-da Vyanada İranın nüvə proqramı ətrafındakı vəziyyəti müzakirə etməlidirlər.
Tərəflər iyunun 30-dək İranın nüvə proqramı ilə bağlı yekun razılaşma əldə etməlidirlər.
Söhbət İranın nüvə proqramını dondurması və əvəzində ona qarşı sanksiyaların ləğvindən gedir.(ans press)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam