Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İranın nüvə proqramına dair danışıqların növbəti mərhələsi başlayır

 

İranın nüvə proqramına dair danışıqların daha bir mərhələsi başlayır

İranın nüvə proqramına dair Müştərək Əhatəli Tədbirlər Planını (JCPOA) yenidən icraata qaytarmaq barədə danışıqlar əyani formatda Vyanada iyunun 12-dən davam etdiriləcək.

Yenixeber.org: Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) bu barədə açıqlamasında Çin, Fransa, Almaniya, Rusiya, Birləşmiş Krallıq, İran daimi nümayəndələrinin iştirakı ilə keçiriləcək danışıqlara Aİ ali nümayəndəsi Josep Borrelin adından EEAS siyasi direktoru Enrik Mora sədrlik edəcək. Danışıqlarda JCPOA-ya ABŞ-ın qayıtması imkanları və bu planın tam, səmərəli icrası yolları müzakirə olunacaq.

Qeyd edək ki, JCPOA-nın ilkin variantda bərpa olunmasına dair danışıqlar aprel ayından aparılır. Ekspert qrupları tərəfindən JCPOA-nın bərpası çərçivəsində İrana qarşı sanksiyaların ləğv olunması və həmin ölkənin sözügedən sənəddə nəzərdə tutulan öhdəliklərini yerinə yetirməsilə bağlı çalışmalar aparılır.

Həmçinin, 2018-ci ildən JCPOA-nı tərk edən, indi isə qayıtmağı düşünən ABŞ nümayəndələri ilə JCPOA üzv ölkələr arasında danışıqlar da davam edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam