Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İrandan ABŞ-a maraqlı ismarış:“Donquldanmayın, Cənab Pompeo!”

  

“Donquldanıb durmayın, Cənab Pompeo! Biz istədiyimiz hər kəsə və müştəriyə neft satacağıq”.

Yenixeber.org: İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif dünən paylaşdığı Twitter açıqlamasında belə yazıb.

Nazirin fikrincə, ABŞ dəniz quldurluğu və təhdid yolu ilə İranın öz “qədim” müştərilərinə neft satmasına mane olmaq çalışır, amma buna nail ola bilməyəcək.

Bu Twitter paylaşımının niyə məhz ABŞ Dövlət katibinə ünvanlanmasına gəlincə, Mayk Pompeo həmin öz  Twitter paylaşımında İranı İngiltərə ilə gəldiyi razılaşmanı pozmaqda günahlandırmışdı. Bildirmişdi ki, İran “Adrian Darya-1” tankerinin Suriyaya səfər etməyəcəyinə dair İngiltərəyə zəmanət verib və gəmini bu vəd sayəsində girovluqdan azad edib: “Amma həmin tankerin Suriyanın Tartus limanına getdiyinə dair əlimizdə dəqiq məlumatlar var”.

 

İran Xarici İşlər nazirinin paylaşımında bu fakt prinsipcə təsdiqlənir və Suriya ilə ticarətin davam edəcəyi vurğulanır.

Xatırladaq ki, iyul ayının 4-də İngiltərənin Cəbəllütariq Muxtar bölgəsi Panama bayraqlı İran tankeri “G Grace 1”-i Suriyaya qarşı tətbiq olunan beynəlxalq embarqonu pozduğu iddiası ilə saxlamışdı. İran rəsmiləri tankerin sərbəst buraxılmasını, əks təqdirdə buna cavab verəcəklərini açıqlamışdılar. İngiltərə tələb olunan addımı atmayınca, İran həqiqətən də 15 gündən sonra "Steno Impero" adlı ingilis tankerini Fars körfəzində ələ keçirmişdi. Qarşılıqlı razılaşmadan sonra hər iki tanker sərbəst buraxılmışdı.

Cəbəllütariq Ali Məhkəməsinin avqustun 15-də İran tankerinin sərbəst buraxılması ilə əlaqədar çıxartdığı   qərar isə ABŞ tərəfindən etirazla qarşılanmışdı. Kolumbiya Regional Məhkəməsi İran tankerini ələ keçirmək barədə qərar qəbul etmişdi.

"Grace 1" buraxıldıqdan sonra İran tankerə öz bayrağını asmış və adını dəyişdirərək "Adrian Darya-1" qoymuşdu.(ovqat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam