Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Mehmet Ağarın öldürtdüyü iddia edilən Kutlu Adalı və Uğur Mumcunun son yazıları nə haqqında idi? - DOSYE

Xəbər verdiyimiz kimi, türkiyəli mafiya lideri Sedat Peker dünən “youtube” vasitəsilə yayımladığı videoda illər əvvəl müəmmalı şəkildə qətlə yetirilən jurnalistlər Kutlu Adalı və Uğur Mumcunu “dərin dövlət” başçısı adlandırdığı Mehmet Ağarın qətlə yetirdiyini iddia edib.
Yenixeber.org: Həmin jurnalislər haqqında ətraflı məlumatları təqdim edirik:

Kutlu Adalı orta təhsilini Türkiyənin Antalya şəhərində aldıqdan sonra 1954-cü ildə Kiprə gedib. 1950-ci illərdən Kiprdə kitab və jurnallar üçün məqalələr yazmağa başlayıb. 1959-cu ildə “Beşbarmaq” adlı  nəşriyyatı qurub. Daha sonra eyni adda mədəniyyət jurnalını nəşr etdirib.
1961 və 1972 arasında Kipr prezidenti Rauf Denktaşın (həmin illərdə prezidentlik üçün mübarizə aparırdı) xüsusi katibi olur. Sonrakı illərdə bir çox siyasi məqalələr yayımlayır. Kutlu Adalı öldürülməmişdən əvvəl “St.Barnabas” monastırındakı silahlı basqını araşdırırdı. Hadisə, 14 Mart 1996-cı il, 15 mart tarixində gecə saatlarında meydana gəlir. Naməlum şəxslər monastırdakı üç gözətçini otağa kilidləyir. Silahlı şəxslərin monastıra nə üçün hücum həyata keçirdiyi bilinmir. Hadisədən 9 gün sonra, 23 martda Kutlu Adalı yazdığı xəbərdə Kiprin təhlükəsizlik qüvvələrinə aid avtomobillərdən həmin hücumda istifadə edildiyini qeyd edir. Ölkənin baş naziri Hakkı Atun hadisənin "hərbi əməliyyat" olduğunu açıqlamağa məcbur olur. Bundan bir neçə gün sonra Kutlu Adalı, ölümlə təhdid edildiyini bildirir. Ancaq, araşdırma yazılarına davam edir. O, bir müddət sonra narkotik və qumarın Kipri məhv etdiyi, bu proseslərin idarəolunmaz hala gəlib çatdığı barədə məqalələr yayımlamağa başlayır. Milyardlarla dollar dövriyəsi olan narkotik ticarəti və qumar oyunlarını idarə edən şəxslərin kimliyini ortaya çıxarmağa cəhd edir. O, bir neçə gün sonra, 6 iyul 1996-cı ildə evinin qarşısında güllələnərək öldürülür. Qətllə bağlı istintaq başa çatdırılsa da kim tərəfindən törədildiyi ortaya çıxmır.
Sedat Peker yayımladığı videodan sonra Kutlu Adalı cinayəti yenidən gündəmə gəlir. Jurnalistin qətlini Türkiyənin keçmiş daxili işlər naziri Mehmet Ağar və Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) keçmiş direktor müavini Korkut Ekenin sifariş verdiyini bildirir:
“O vaxtlar Korkut Eken və Mehmet Ağarla bir yerdə idim. Mənə dedilər ki, Kiprdə bir adam var, Kipri ​​rumlara satmaq istəyir. O zaman mən gənc adamam, həmin dəqiqə coşdum. Onu öldürməsi üçün öz qardaşımı təklif etdim. Kiprə getdilər, ancaq qətl baş tutmadı. Uca Allah bizə o insanın qanını nəsib etmədi. Sən demə Kutlu Adalı dürüst insanmış. O, narkotik və qumarın Kipri məhv etdiyini, bu proseslərin idarəolunmaz hala gəlib çatdığı barədə məqalələr yayımlayırdı. Korkut Ekenə dedim ki, qətl baş tutmadı, yenə qayıdacaqlar. O isə mənə cavab verdi ki, artıq o iş həll olunub”.
Sedat Pekerin haqqında danışdığı digər müəmmalı qətl Uğur Mumcu cinayətidir. Türkiyəli mafiya lideri həmin jurnalisti də Mehmet Ağarın öldürtdüyünü iddia edib:
"Uğur Mumcunun fikirlərini dəstəkləsəz də dəstəkləməsəz də məncə o şəhiddir. Namuslu və şərəfli adam idi. Hər şeydən əvvəl dürüst insan idi. Niyə öldürüldü? Öldürüldüyü vaxtlarda yazdığı yazılara baxın! Terrordan qidalanan terror dəstəkçiləri. Bununla bağlı yazılar yazırdı. Diqqət edin hər zaman terror bölgələrində narkotik plantasiyaları və satış əraziləri olur. Eyni zamanda silah ticarəti də bu ərazilərdə baş tutur. Uğur Mumcu şəhid edilir yanına ilk gələn kimdir? Qatil ilk öncə gələr, Mehmet Ağar!".
Qeyd edək ki, Uğur Mumcu 22 avqust 1942-ci ildə Türkiyənin Kırşehir şəhərində anadan olub. İlk təhsilini Ankarada alıb. 1965-ci ildə Ankara Universiteti Hüquq Fakültəsini bitirib 1975-ci ildən “Cumhuriyet” qəzetində işləməyə başlayır. 1975-ci ilin martında “Cinayətkarlar və Güclülər” kitabını nəşr etdirir.
Elə həmin il Mehmet Ali Ağcanın Papanı öldürmək cəhdi barədə araşdırmalar aparır. Bəhs edilən tarixlərdə Türkiyədə terror hadisələrinin artması səbəbilə “Çıkmaz Sokak” adlı kitabı nəşr etdirir. Eyni mövuda məqalələr yayımlayır. Orada dövlətin tərkibində terrordan istifadə edən bəzi qüvvələr barədə məlumatlar yayımlayır. Uğur Mumcu, 24 yanvar 1993-cü ildə Ankarada “Karlı Sokak” da yerləşən evinin qarşısında avtomobilində yerləşdirilən “C-4” tipli bombanın partlaması nəticəsində 51 yaşında dünyasını dəyişir. Cinayət haqqında müxtəlif araşdırmalar aparılsa da kim tərəfindən törədildiyi ortaya çıxmır. 28 ildir üstü açılmayan cinayət Sedat Pekerin qalmaqallı iddiaları ilə yenidən gündəmə gəldi. Məşhur cinayətin “dərin dövlət” başçısı adlandırılan Mehmet Ağarın sifarişi ilə həyata keçirildiyi iddia olunur.
Xatırladaq ki, Pekerin videolarından sonra Türkiyə Appelyasiya məhkəməsi Mehmet Ağarla bağlı məhkəmə işinin yenidən açıldığını bildirib.(yeniavaz)
Ruslan Yusibov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam