Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Türkiyədə kriminal vəziyyət qarışır - qadın mafia lideri Sedat Pekərə qarşı –DOSYE

 

 Türkiyə ən böyük mafia lideri sayılan Ələddin Çakıcının azadlığa çıxmasından sonra ölkədə kriminal vəziyyət qarışıb.

Yenixeber.org: Məlumata görə, artıq Ə.Çakıcının bir nömrəli düşməni olan “qaradəniz” mafia liderlərindən sayılan Sedat Pekərə qarşı türk kriminal qruplar tərəfindən etiraz birliyi yaranıb.

İstanbulun Ümraniyə səmtinin “mafia babası” olan Çenk Çelik adlı keçmiş hərbçi sosial şəbəkədə Sedat Pekəri şantaj edir, təhdidlər yağdırır.

Bundan başqan Türkiyənin qadın mafia lideri olan “Xanım Ağa” ləqəbli Güzin Akkuş da Sedat Pekəri təhdid edir. O ötən gün yaydığı videoda Sedat Pekeri “şərəfsiz” adlandırıb. O, Sedat Pekəri gənc qızları narkotikə qurşatdığını və onların erotik videolarını çəkdirdiyini dilə gətirib.

Qeyd edək ki, “Xanım Ağa” ləqəbli Güzin Akkuş dünən Türkiyə polisinin keçirdiyi "Gigiyena" adlı əməliyyatı zamanı saxlanılmışdı. Güzin Akkuş bu gün səhər saatlarında sərbəst buraxılıb.

Hanım ağa' lakaplı Güniz Akkuş adli kontrol şartıyla serbest kaldı

                                    Türk mafia lideri “Xanım Ağa” kimdir?

Xanım ağa ləqəbli Güzin Akkuş 1978-ci ildə Almaniyanın Münxen şəhərində anadan olub. Məktəbi Almaniyada bitirsə də İzmirdə yerləşən polis məktəbində oxuyub. Türkiyə polis sistemində çalışan G.Akkuş işində yüksəlməyə başlayıb. Həmçinin idmanla da məşğul olan G.Akkuş az bir müddət də İstanbul Narkotiklə Baş Mübarizə İdarəsinə təyinat alır. Akkuş işində peşakar olsa da, rəislərinə qarşı çıxmağa başlayır. Rüşvət alan rəisini söyür. Bu səbəbdən onu ən ucqar yerlərə polis kimi göndərirlər.

Həmin dövrdə Sedat Pekərin adamı olan Atilla Yıldırımla eşq münasibətləri olub. Görüşləri zamanı silahı ilə havaya atəş açması onun polisdən çıxarılmasına gətirib çıxarırır. Onun haqda raport yazan polis rəisini otağında döyüb. 28 yaşından polis orqanlarından xaric olan Akkuş kriminal aləmə keçir. Özünə dəstə yığan “Xanım Ağa” İstanbulda olan gecə klubların hədə-qorxu ilə aylıq pul tələb edir.

Sedat Peker'e meydan okuyan 'Hanımağa' lakaplı Güniz Akkuş ...

Həmin gecə klublarından biri də bir neçə il əvvəl partladılan “Reina” əyləncə mərkəzi olub. Həmin vaxtı oranın sahibi Mehmet Koçaslan Akkuşa pul verməkdən imtina edir. Akkuş adamları ilə gəcə klubuna basqın edərək silahla havaya atəşlər açıb.

Bundan başqa Bakırköy adlanan rayonda yerləşən gecə klubuna silahlı hücum edib, bir neçə nəfəri yaralayıb. İzmirdə dəri biznesi ilə məşğul olan şəxsə illik 500 min dollar xərac kəsib. Həmin şəxs həmin pulu vermək istəməyən də Akkuş silahla biznesmenin ayağından güllələyib.

Həmin şəxslərin şikayəti əsasında Akkuş polis tərəfindən saxlanılıb. Prokurorluq onun barəsində 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı vəsatət hazırlayıb. Lakin məhkəmə onun 3 il azadlıqdan məhrum edib.

Sedat Peker'i tehdit eden Güniz Akkuş gözaltında - Son Dakika

Azadlığa çıxandan sonra Akkuş sahibkarlıqla məşğul olacağını açıqlayıb. Lakin görünən odur ki “Xanım Ağa” Türkiyə kriminal aləm üzvləri arasında sözü keçir, yüzlərlə adamı və tərəfdarı var.

Akkuş 2011-ci ildə keçirilən parlament seçkilərində hakim partiya AKP-nin İstanbuldan namizədi olub. Lakin seçkilərdə qələbə qazana bilməyib.(musavat)

İ.Muradov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam