Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Məni gətirmək üçün Mərakeşə PUA hədiyyə edildi, təyyarəyə minəndə..."-Sedat Pekerdən növbəti qalmaqallı iddia

             Türkiyəli mafia başçısı Sedat Peker növbəti dəfə qalmaqallı iddialar yayıb.
Yenixeber.org: Peker “youtube” vasitəsilə yayımladığı videoda həbs edilməmək üçün əvvəl Mərakeşə getdiyini ancaq “dərin dövlət” başçısı Mehmet Ağarın onu tapıb Türkiyəyə gətirmək üçün faəliyyətə başladığını iddia edib: “Mərakeşə pilotsuz uçan aparat hədiyyə edib məni təhvil almaq istədilər. Təyyarəyə minəndə uçuş icazəsinin ləğv edildiyini öyrəndim. Dostlarım hər tərəfdən mənə zəng elədilər. Mən o təyyərəyə minmədim, qayıdıb insan kütləsinə qarışdım və oranı tərk etdim. Mərakeş kralının bir xasiyyəti varmış, ondan kömək istəyən şəxsi heç kəsə təhvil vermir. Başqa bir ölkə olsaydı PUA qarşılığında məni təhvil verərdi”.

Sedat Peker çıxışının davamında hazırda Dubayda olduğunu, onu aparmaq üçün gələn türkiyəli istənilən dövlət adamı ilə vuruşacağı barədə xəbərdarlıq edib.
Qeyd edək ki, Sedat Peker bir neçə gündür Türkiyədə nüfuzlu siyasətçilər və keçmiş nazirlər barədə qalmaqallı açıqlamalar yayır. Son 3 videosu bir neçə gün ərzində 5 milyondan çox izlənib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam