Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Padşahın yuxusu və ya həyatda uğur qazanmağa mane olan əsas məsələ

Yenixeber.org: Uğur və müvəffəqiyyət qazanmaq hər bir insanın arzusudur. İstər uşaq olsun, istər böyük, hər kəsin özünə görə arzuladığı və həyata keçirmək istədiyi şeylər var. Əlbəttə, siz uğur və müvəffəqiyyət qazanmaq yolları barədə heç bir məlumatı olmayan adamların da xoşbəxt olduğunu görmüsünüz. Amma bu müvəffəqiyyət qeyri-iradi qazanılmışdır, bu adamlar intuisiya ilə bacardıqlarını həyata keçirə bilirlər. Ümumiyyətlə, uğur və müvəffəqiyyət qazanmaq yolunda bütün metodlar demək olar ki, eynidir, az miqdarda istisnalar var. Hamı uğur qazana bilərmi? Bəli, əlbəttə! Ancaq bu nəzəriyyədir. Praktikada yalnız ağılla, böyük zəhmətlə, ciddi nizam-intizamla rahatlığa çatanlar sabit şəkildə uğur qazana bilir. Kimin ağlı onu əhatə edən çoxsaylı səbəblərə görə sarsılamamağa qadirdirsə, o insan artıq sabit mərtəbəyə çatıb. Bəzən bir anda insanın ağlına gəlməyən başına gəlir. Belə vəziyyətlərdə insan özünü tarazlıqda saxlaya bilirsə, demək qalibdir.

Heç vaxt real olmayan bir şeyi arzulamayın, bu insanı xəyalpərəstliyə aparan yolun başlanğıcıdır. Real olmayan arzular çox zaman insanların ömrünü mənasız yerə sərf etməsinə səbəb olur. Arzu çox gözəl bir hiss olsa da, hərəkətverici qüvvəsi azdır. Arzulamaqla iş bitmir. İnsan süuru hər arzuladığı şeyə inanmır, süur inanmadığı zaman heç nə əldə etmək olmaz. Xəyal və arzu bir-birinə çox yaxın olduğundan boş xəyallarla yaşamaq insanı məqsədə doğru aparan əsas yoldan azdırır. Arzuların həyata keçməsi üçün potensial enerjinin material gücündən istifadə etmək lazımdır. Əgər ciddi bir arzunuz varsa və həqiqətən nə isə etmək istəyirsinizsə planlarınızı və fikrlərinizi kimlə gəldi bölüşməyin, bu zaman fikrin kinetikasını azaltmış olursunuz. Fikrin material olması hələ çox qədim zamanlardan məlumdur, bunu bilirik. Bunu fizikada təsdiq edən təcrübə belə var:kamertonların rəqsi yadınızdadırmı?

 

Elə şeylər var ki, əldə edilə mümkün deyil və ya sadəcə əldə edilməsinə ehtiyac yoxdur. Bir müəllim birdən birə orta yaşlarında məşhur müğənni olmaq istəyirsə, çirkin və ağılsız qadın milyonerlə ailə qurmaq istəyirsə, bu arzuları xəyal etmək daha xoşdur. Xəyal etməyi kimsə qadağan etməyib. İnsan öz arzusuna dərindən bağlı olmalı və bu arzuya inanmalıdır, yoxsa müvəffəqiyyət qazanmaq mümkün deyil. Özünəinam qazanmaq çətin prosesdir, uzunmüddətli çalışmalar tələb edir. Bu çalışmaların da öz növbəsində xüsusi metodları var. İnam hər bir prosesin həyata keçirilməsində əsas hərəkətverici qüvvədir. Əgər sehirli bir qüvvənin həyatınızı dəyişdirəcəyinə inana bilsəniz bu mütləq baş verəcək, çünki, inam hissinin qarşısını ala bilən bir güc hələ həyatda yoxdur. İnam insanla allah arasında yeganə vasitəçidir. “İnanın, sizə inamınız müqabilində veriləcək”. Yalnız inam vasitəsilə insan keçilməz dağları aşa bilir, yalnız inam hissi insanı kliniki ölüm vəziyyətindən çıxara bilir, açılan hər sabahın yaxşılığa doğru bir addım olduğuna inanmasa, ən güclü insan belə gələcəyə ümidini itirər. Özünəinam heç bir yerdə hazır satılmır, Əgər pulsuzluğa inansanız pulunuz heç vaxt olmayacaq, əgər həyatda yaxşı yaşamaq üçün istədiyiniz səviyyədə pulunuzun olacağına əmin olsanız, sizin pulunuz olacaq. Inam hissi də digər hisslər kimi fikirlə başlayır, fikrinizdə güc hiss etməyə və onu inkişaf etdirməyə çalışsanız, sonda inamınız möhkəmlənəcək. Bu məğlubedilməz vasitə hər insan oğluna nəsib olmayan bir fenomendir. İnam hissini dərinləşdirmək üçün psixologiyada istifadə olunan aşılama prosesindən istifadə olunur. Aşılama metodu insanın bir məqsəd üçün çalışaraq şüurunu bu vəziyyətə adət etdirməsini təmin edir.

İnsan uzun müddət axtaranda sonda nə isə tapır. Əgər çətinliyə düşən insan möcüzə axtarıb xilas olmaq istəyirsə bəri başdan deyə bilərəm:mümkün deyil. Hər bir problemdən çıxış yolu var, sadəcə bu problemin kökünü tapmaq lazımdır. Çətin vəziyyətlərdə bir insan özünə acımağa, özünə əsəbləşməyə və çətinliklərdən şikayətlənməyə başlayırsa, demək təslimçilik (qurban) mövqeyini tutur. Bunu dəyişdirmək lazımdır. Əlbəttə, optimist olmaq çox yaxşıdır, ancaq optimistlik insanın bütün problemlərini həll edə bilməz. Elə hadisələr var ki, onların müsbət tərəfə həll olunacağını ancaq optimist yanaşma ilə həll etmək mümkün deyil. Əslində, çox vaxt optimist düşüncələrə əsassız inanmaq insanı sonda məğlub olmağa məcbur edir. Elə padşahın yuxusunu yozan münəccim kimi.

Hər bir uğurun açarı hərəkətdədir, düşünülməmiş, kortəbii yox, düzgün istiqamətli hərəkət və mədsədə doğru addım-addım irəliləmək. İstiqaməti düz götürmədən gecə-gündüz işləmək insana sonda heç nə vermir. Məqsədsiz insan bəzən uğur qazana bilir, amma sonda istədiyi yerə gedib çıxa bilmir. Bu yelkənsiz gəminin dənizdə küləyin istiqaməti ilə hərəkətinə bənzəyir. Külək bu gəmini istənilən istiqamətə apara bilər. Əgər başınıza gələn hadisədən çıxış yolu tapmaqda çətinlik çəksəniz mütləq ağıllı və təcrübəli adamlarla məsləhətləşin, dünyada yaxşı adamlar çoxdur. Başınıza gələn hadisəyə görə nədə isə günahkar olduğunuzu fikrinizə belə gətirməyin (əgər həqiqətən günahınız yoxdursa bu hadisələrdən mütləq çıxış yolu tapacaqsınız, mən buna əminəm). Çəkdiyiniz çətinlikləri heç vaxt taleyiniz hesab etməyin, bu çox mənfi bir proqramdır.

Bu yaxınlarda Drayzerin “Dahi“ əsərini yenidən vərəqlədim. Bu əsəri əvvəllər də oxumuşdum. Ancaq elə əsərlər var ki, onu hər dəfə oxuyanda nə isə öyrənirsən, mən də bu əsəri yenidən oxuyarkən səbəbini öyrənmək istədiyim prosesləri izah edən elə cümlələrə rast gəldim ki, bu cümlələrin təsirindən bir müddət çıxa bilmədim. Drayzer əsərin qəhrəmanı barədə deyir: “Yucin müvəffəqiyyət və uğursuzluğun metafizik cəhətini bilmirdi. O bilmirdi ki, “insan özü barəsində nə düşünürsə elədir ki, var” və bütün dünya da onu bu cür düşünür, çünki əsas cəhət onun həqiqətdə nə cür olduğunda deyil, özünü nə cür təsəvvür etməsindədir. Bunun nə üçün belə olduğunu biz bilmirik, lakin bu hissin başqalarına keçməsi inkar edilməz faktdır.” Mən əlbəttə təəccüb etdim, necə olub ki, bu cümlələrə əvvəllər fikir verməmişəm? Bu elə mənim ağır psixoloji vəziyyətlərdən çıxmaq üçün axtardığım məsələdir ki var. Bəli, insan özü barədə nə düşünürsə o düşüncələri ətraf mühitə ötürür. Bu həqiqətən belədirmi, ya bunu deyən dahilər səhv edib,” mən daha düzünü bilirəm“ deyirsinizsə bunu yoxlamaq çətin deyil ki, yoxlayın, nəticə çıxarın. Əgər inanmasanız burda çətin, mümkün olmayan bir şey yoxdur ki, siz özünüz bunu təcrübədən keçirə bilərsiniz. Əgər bütün ömrünüz boyu pulun yoxluğu və nədənsə pulun sizdən qaçdığını düşünürsünüzsə inanın mənə, həmişə pul sizdən qaçacaq. Hər xırda işdən (istər böyük iş olsun) ötrü “mənim işim daşdan çıxır, allah bəxt yazanda məni yaddan çıxarıb, kasıblıq mənim taleyimə yazılıb, dənizin üstünə getsəm suyu quruyar“ sözlərini hər gün təkrar etsəniz bu sözlər alt şüurda proqramlaşdırılır, həyat sizə proqramlaşdırdığınız bu hadisələri hazırlayır və zamanında qarşınıza çıxarır. Xəstələnməkdən qorxursunuzsa bu qorxu həmişə sizə müxtəlif xəstəliklər cəlb edəcək. Həyatda hamı çətinlik çəkir. Heç nəyi olmayanlar da və hər şeyə sahib olanlar da. Və kim bu anda, bu günlərdə çətinlik çəkmirsə, növbəti gün, başqa bir zaman çətinliyə düşəcək. Çətinliklər daim mövcuddur. Həmişə heç bir səbəb olmadan belə, insan müxtəlif çətinliklərlə qarşılaşır və mübarizəyə məcbur olur.

Nəhayət, soruşa bilərsiniz ki, padşahın yuxusunun bura nə dəxli var, onda diqqətlə oxuyun. Böyük ölkələrdən birinin padşahı yuxuda görür ki, bütün dişləri tökülüb. Tez münəccimi çağırtdırır ki, belə yuxu görmüşəm, yuxumu yoz. Münəccim bir az düşünüb deyir ki, padşah sağ olsun əvvəl bütün qohumlarınız bir-bir öləcək, sonra da siz öləcəksiniz. Padşah əmr edir ki, münəcimin boynu vurulsun. Padşah əmr edir ki, başqa münəccim çağırsınlar. Münəccim gəlir, padşah yuxusunu danışıb deyir ki, yuxumu yoz. Münəccim çox fikirləşmədən deyir:padşah sağ olsun, siz bütün qohumlarınızdan çox yaşayacaqsınız, sizin ömrünüz ailənizin və qohumlarınızın hamısının ömründən uzun olacaq. Padşah əmr edir ki, münəccimə bir kisə qızıl verilsin. Vəzir-vəkil mat qalır ki, axı hər iki münəccim əslində eyni söz deyib, bəs niyə birinə qızıl, birinə ölüm? Əgər birinci münəccimin kifayət qədər biliyi və həyat təcrübəsi olsaydı, qətiyyən padşaha belə cavab verməzdi. Əsas kritik vəziyyətdən çıxmaq üçün düzgün istiqamətin seçilməsidir! Problemin həlli yollarına baxmaq, çətin vəziyyətdə xoşagəlməz nəticələri aradan qaldırmaq üçün nə edilə biləcəyini düşünmək lazımdır. Öz ağlını, düşüncə və idrakını idarə etmək belə hallarda lazım olur. Aysberqi görməmək onun olmaması demək deyil! Məncə izahata o qədər də ehtiyac yoxdur, əsas məsələ sözün və fikrin qoyuluşu və çatdırılmasıdır.

Bu gün orta məktəb şagirdi belə artıq insanın özünə inanmasının vacib olduğunu bilir. Bu barədə psixoloqların çox müxtəlif tövsiyyələri və göstərişləri vardır. Amma, bu məlumat və göstərişlərə əsasən özünəinam qazanmaq mümkündürmü? Nəticə göz qabağındadır. Mümkün deyil. Özlərinə, öz güclərinə inanan insanlar hər zaman olduğu kimi, hələ də azlıq təşkil edir.

Niyə? Bəlkə də, özünəinam iradə qüvvəsi və çalışmalarla qazanıla biləcək bir məsələ deyil, amma hər halda güclü insan olmaq mümkündür. Özünə inamsızlığı özünə inamla əvəz etmək üçün, şüursuz olaraq saxlanılan alt şüur mənbələrinə müraciət etmək lazımdır.

 

Bir insan özünə necə inam yarada bilər? Burada biz özünəinam demirik, bir növ etibar deyirik. Əlbəttə, gözəl geyimlər etibarımızı əhəmiyyətli dərəcədə gücləndirə bilər, lakin bu cür inam bir sabun köpüyünə bənzəyir, gözəldir, amma bir az dərinə getsək əlimiz boş qala bilər. Bu tamam başqa bir mövzudur. Özünə olan həqiqi inam, zaman keçdikcə hər cür külək və fırtınaya tab gətirə bilən bir ağac kimi tədricən inkişaf edir və böyüyür.

Hər gün münlərlə stilist öz işini nümayiş etdirir. Bir insanın xarici görünüşünü tam dəyişmək, əla görkəmə salmaq olur. Bunu dəfələrlə elə bizim stilistlərin işində görürük. Müəyyən qədər ödəniş edirsən, vəssalam. Amma, özünəinam ödənişlə qazanılmır, yəqin yoqaların ürəyin ritmini, nəfəsalma müddətini, hətta, bədən temperaturunu belə dəyişdirdiyini eşitmisiniz. Bax, özünəinam və uğur məsələsi də çox hallarda belə qazanılır. Yoxsa, padşaha desən ki, öləcəksən, onda deməli qazandığın həyat təcrübəsi mənasızdır.

Qarşısına belə məqsəd qoyan insan özü üçün yeni bir imic yaratmaqla, özünü ruhlandırmağı öyrənə bilir. Belə məqsədi olan biri güzgüyə baxaraq özünə gözəl dəstək sözləri söyləyir, hər kiçik müvəffəqiyyət üçün özünü tərifləyir. Bu dünya təcrübəsinə əsaslanan fikirlərdir.

İnsanın həyatı yaxşı və sakit olduqda, özünə inama ehtiyacı olmaz. Özünə inanmaq ehtiyacı yalnız bir şəxs öz istək və hədəflərinə sahib olmağa başladıqda və onlara can atarkən problemlərlə, məhdudiyyətlərlə və qeyri-müəyyənliklə qarşılaşdıqda ortaya çıxır. Bu zaman insan özünə hörmət və münasibətindən asılı olaraq, qarşılaşdığı çətinlikləri aradan qaldırma yollarının araşdırılmasına başlayır. Özünəinam, ümumiyyətlə, öhdəsindən gələ biləcəyiniz, maneələri aşa biləcəyiniz və vəziyyətdən qalib olaraq çıxacağınız, yəni istədiklərinizi əldə edə biləcəyinizə inamdır. İnsan idrakı əslində çox dərindir, insan idrakdan asılı olaraq müəyyən hərəkətlər edir.

İnsan özünə inam inkişaf etdirə bilər, əgər qarşısına belə bir məqsəd qoyarsa, buna nail ola bilər. Bu tapşırığın çətinliyi sizi qorxudursa, o zaman birinci münəccim kimi səhv qərarlar verəcəksiniz. Və özünüzü bu qorxudan həqiqətən qurtarmaq üçün həyat yolunuzu yenidən düşünməlisiniz, həyata münasibətinizi yenidən nəzərdən keçirməlisiniz və özünüzə qarşı yeni bir münasibət formalaşdırmalısınız. Yəni yenidən başqa düşüncələrlə, mərhələli inkişaf etməyi bacarmalısınız. Həyatdakı çətinliklər, haqsızlıq və qarşıdurmalar bizi normal vəziyyətimizdən, tarazlıqdan çıxarmaması üçün bunlar lazımdır. Sağlamlıq, firavanlıq və rahatlıq yolları buradan keçir. Özünü inkişaf etdirən, özündə potensialı görən və məqsədlərini uğurla həyata keçirən insan özünün psixososial inkişaf mərhələlərini özü yaradan insandır.

Özünüzə inamınız olmadığını hiss edirsinizsə (hamı güclü və dərin idrakla doğulmur və bu çox təbiidir), onu inkişaf etdirməyə başlamaq üçün hər cür imkanlar var. Müasir dünyada özünəinamı inkişaf etdirmək üçün məşhur insanların, xüsusən də siz seçdiyiniz sahədə qazandıqları uğurlara görə hörmət bəslədiyiniz insanların tərcümeyi-hallarından bəhs edən kitablar oxumaq çox faydalı ola bilər. İstedadını reallaşdıran və tanınan hər bir şəxsiyyətin həyatında da bir çox imtina anları, qeyri-müəyyənlik, çətin maddi və ya mənəvi hallar olmuşdur. Həyat hər bir insanın müvəffəqiyyət axtarışından imtina etməsinə çalışır, axı həyatın üzü dönükdür, etibarsız və vəfasızdır, fürsət düşən kimi insanı bezdirir və depressiyaya salır. Fəqət özlərinə inananların yolunu kəsə bilmir. Uğur qazanmaq yolları barədə yazılarımız davam edəcək.

 Amaliya Murad:

İnsan münasibətləri üzrə ekspert. İnsanın öz resurslarından istifadə etmək bacarığının inkişafı yollarını, şəxsiyyətlərarası münasibətlərdə ziddiyyətlərin və qarşıdurmaların səbəblərinin insanın düşüncə tərzindən asılılığının araşdırmaçısı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam