Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Azərbaycan səmasında "F-35" necə "vuruldu": Türkiyə Rusiyanın ardından ABŞ-a da sarsıdıcı zərbə endirib

 

II Qarabağ savaşında "İsgəndər" və "S-300" raketlərini "itirən" Rusiya artıq təskinlik tapa bilər: Azərbaycan ordusu Ermənistanla müharibədə bəzi ABŞ silahlarını da "sıradan çıxara" bilibmiş...

Yenixeber.org: Sonuncu Qafqaz müharibəsinin yekun nəticələri tədricən aydınlaşmağa başlayıb. Əlbəttə ki, əsas nəticə Azərbaycanın tarixi zəfəri, Ermənistanın isə biabırçı məğlubiyyətidir. Və bu mütləq nəticəyə, həm də savaşın digər ölkələrə göstərdiyi müsbət, yaxud mənfi təsirləri də əlavə etmək lazımdır.

Əvvəlcə onu qeyd edək ki, bu savaşda ən sarsıdıcı zərbə məhz Ermənistanın payına düşüb. Ermənistan ordusu darmadağın edilib. İndi bu ordunu yenidən bərpa etmək üçün Rusiya Müdafiə nazirliyi bütün hərbi resurslarını sərf etməyə hazırdır. Bu fakt Kremlin Azərbaycana münasibətdə tamamilə qeyri-səmimi davrandığını növbəti dəfə təsdiqləmiş olur.

Digər tərəfdən, bəzi təxmini hesablamalara görə, bu savaşda Ermənistan 5 milyard dollar dəyərində hərbi-texnika itirib. İndi rəsmi İrəvan Azərbaycanın vurduğu hərbi zərbələrin sarsıdıcı nəticələrini aradan qaldırmaq üçün külli miqdarda maliyyə vəsaiti xərcləməli olacaq. Ən əsası isə xərcləməkdən əvvəl həmin vəsaiti həm də qazanmaq lazımdır. Ermənistanın isə belə nəhəng maliyyə məbləğləri qazandıra biləcək iqtisadi resursları mövcud deyil. Yəni rəsmi İrəvan yenə də Rusiyanın "silah hədiyyələri"nə ümid bəsləməli olacaq.

20003d00cb8be72a1abc84fc403d1435.jpg (92 KB)

Təbii ki, Rusiya yenə də Ermənistana "silah hədiyyəsi" edə bilər. Hər halda, Kremlin bu davranışı Azərbaycanda heç kim üçün gözlənilməz olmayacaq. Yəni, Kreml indiyə qədər Ermənistana dəfələrlə belə "yolverilməz hədiyyələr" etdiyindən Azərbaycan buna münasibətdə immunutetlidir.

Üstəlik, indi Rusiyada Ermənistana "peşkəş oluna biləcək" daha çox silah növü mövcuddur. Hər halda, 44 günlük savaş ərzində Azərbaycan ordusu Rusiyanın bir xeyli silah növünü əhəmiyyətdən saldı. Halbuki həmin silahlar savaşa qədər Rusiyanın hərbi qürur mənbəyi hesab olunurdu. Və dünya silah bazarında böyük tələbata paralel olaraq, Kremlə külli miqdarda maliyyə vəsaiti qazandırırdı.

Ancaq savaşdan sonra bu barədə birmənalı danışmaq çox çətindir. Çünki artıq dünyada hər kəsə məlumdur ki, Azərbaycan Ermənistanın arsenalındakı Rusiya istehsalı olan "İsgəndər" və "S-300" zenit-raket komplekslərini, eləcə də Hava Hücumundan Müdafiə sistemlərini çox asanlıqla məhv edə bilib. Ona görə də hazırda Rusiya həmin silahlara dünya bazarında müştəri tapmaqda çətinlik çəkir. Bu isə Rusiyanın əsas gəlir mənbəyinin sarsıdıcı zərbə alması kimi də dəyərləndirilə bilər.

Maraqlıdır ki, bəzi məlumatlara görə, silah müştəriləri hazırda Rusiya hərbi texnikasına deyil, əksinə, onu məhv etmiş silah növünə yönəlməyə daha çox üstünlük verirlər. Çünki, hazırda Rusiya silahlarına xərclənən maliyyə vəsaiti itirilmiş hesab olunur. Yəni, Rusiya dünya silah bazarındakı yerini beynəlxalq rəqiblərinə təhvil verməkdədir.

Armenia-moving-S-300-missile-systems-to-border-areas.jpg (57 KB)

Onu da qeyd edək ki, hazırda dünya silah bazarında Rusiyadan boşalmaqda olan yeri Türkiyə tutmağa başlayıb. Xüsusilə də, sonuncu Qafqaz müharibəsində Azərbaycanın 44 gün ərzində hərtərəfli reklam etdiyi silahlara tələbat artıb. Bu baxımdan, Rusiya hərbi texnikasını darmadağın etmiş Türkiyə istehsalı olan "Bayraktar TB2" PUA-ları dünya silah bazarında böyük marağa səbəb olmaqdadır.

Türkiyədən verilən rəsmi məlumata görə, Hərbi Sənaye Nazirliyi dünya silah bazarında müştərilərə silah çatdırmaqda artıq çətinlik çəkir. Xüsusilə də, "Bayraktar TB2" PUA-larının müştəriləri durmadan artmaqdadır. Və bu, Türkiyəyə yeni gəlir mənbəyi qazandırıb.

Məsələn, yalnız bu ilin aprel ayında Türkiyə 302 milyon dollar dəyərində silah və hərbi texnika ixrac edib. Həmin silahların 35 milyon dollarlıq hissəsi Azərbaycanın payına düşüb. Bu ay ərzində Türkiyə ABŞ-a 105 milyon dollarlıq, Almaniyaya 13 milyon dollarlıq, Banqladeşə 56 milyon dollarlıq, Rusiyaya 11 milyon dollarlıq, Tunisə 23 milyon dollarlıq və İordaniyaya 10 milyon dollarlıq silah ixrac edib. Ümumilikdə isə bu ilin ilk 4 ayı ərzində Türkiyə müştərilərə 950 milyon dollar dəyərində hərbi texnika satıb.

Təbii ki, bu, olduqca böyük uğurdur. Hər halda, Türkiyə istehsalı olan "Bayraktar TB2" PUA-ları Rusiya silahlarını dünya bazarından tədricən sıxışdırıb, çıxartmağa başlayıb. Düzdür, Rusiya "Bayraktar TB2"-yə qarşı yeni silah növü yaratdığını iddia edir. Ancaq hələlik buna Kremlin divarlarından kənarda demək olar ki, heç kim inanmır.

bayraktar-tb2-google-aa-trt-haber-1571946.jpg (167 KB)

Ancaq Kremlə müəyyən qədər təskinlik verə biləcək məqamlar da olmamış deyil. Belə ki, Kreml Türkiyə "Bayraktar TB2" PUA-larının yalnız Rusiya silahlarını "vurması" barədə beynəlxalq rəylərdən "xilas olmaq" şansı qazanıb. Və bu şansın Rusiyaya əlavə nə qazandıra biləcəyi isə ümumiyyətlə, müəmmalı məsələdir.

Son məlumatlara görə, sonuncu Qafqaz savaşında ABŞ-ın istehsal etdiyi silah növlərinə də kifayət qədər ciddi zərbə dəyib. Belə ki, indi bəzi dünya dövlətləri vaxtilə böyük maraq göstərdikləri ABŞ silahlarından artıq tədricən imtina etməyə başlayıblar. Bu isə o deməkdir ki, yaxın gələcəkdə Ağ Ev də dünya silah bazarında bəzi mövqelərini itirmək təhlükəsi ilə üzləşməkdədir.

Maraqlıdır ki, Skandinaviya ölkələri artıq ABŞ silahlarından imtina etməyin mümkün olub-olmadığını araşdırmağa başlayıblar. Norveç alimi və hərbi mütəxəssis Asle Toye ABŞ istehsalı olan silahlarla bağlı rəyini açıqlayıb: "ABŞ silahları, o cümlədən, F-35 döyüş təyyarələri ilə bağlı əsas problem onların çox baha olmasından qaynaqlanır".

Norveçli alim öz ölkəsinin hərbi-siyasi dairələrinə məsləhət verməyi də unutmayıb: "Norveç alışı nəzərdə tutulan F-35-lərin sayını azaltmalıdır və qənaət olunmuş məbləği PUA-lara xərcləməlidir".

f-35-unnamed.jpg (14 KB)

Hərbi ekspert Norveç hökumətinə alternativ silah növləri də təklif edib: "Türkiyənin Azərbaycana satdığı "Bayraktar TB2" PUA-ları Ermənistanın Hava Hücumundan Müdafiə sistemlərini darmadağın etdi. Halbuki bir ədədi cəmisi 5 milyon dollardır. Yəni, başqa sözlə, bir F-35-in qiymətinə 22 "Bayraktar TB2" almaq mümkündür".

Asle Toye hesab edir ki, indiki şərtlər altında F-35-lərdən istifadə etmək müəyyən risklər yaradır: "PUA-ların Ermənistana qarşı uğurla tətbiqi bu silah növünün yerüstü hədəflərin daha dəqiq sıradan çıxarılmasında effektiv olduğunu göstərir".

Göründüyü kimi, Azərbaycanın Ermənistan üzərindəki tarixi zəfəri dünya silah bazarında sarsıntılara yol açıb. Vaxtilə elitar silah növü hesab olunan bəzi hərbi texnikalar artıq kimsənin maraq dairəsində deyil. Və bu baxımdan, Azərbaycan dünya hərb tarixində də yeni səhifə açmış oldu.

Belə anlaşılır ki, Azərbaycan ordusu Ermənistana qarşı savaşda yalnız Rusiya deyil, həm də ABŞ silahlarını da sıradan çıxara bilinmiş. Ona görə də, hesab etmək olar ki, Türkiyə "Bayraktar TB2" PUA-ları ilə əslində, Azərbaycan səmasında ABŞ F-35 döyüş təyyarələrini də "vurub". İndi bu önəmli məqam dünya silah bazarında əsas müəyyənləşdirici faktora çevrilməyə başlayıb.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam