Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Dərhal Mingəçevir SES-ə zərbə endirəcəyik...”-Bakı bu hədəyə necə cavab verəcək?

 

Ermənistan müdafiə naziri David Tonoyanın ardınca qondarma “dqr müdafiə naziri” də Azərbaycanı müharibə və “Mingəçevirin vurulması” ilə hədələyib. Levon Mnatsakanyan bu gün Xankəndində jurnalistlərin qarşısına çıxaraq təmas xəttində hökm sürən “təəcüblü sakitlikdən”, payızda vəziyyətin gərginləşə biləcəyindən və irimiqyaslı hərbi əməliyyatların başlayacağı təqdirsə “Azərbaycanın iqtisadiyyatını iflic etmək” planlarından bəhs edib.

Yenixeber.org: Mnatsakanyan bildirib ki, “əgər zərurət yaranarsa” Dağlıq Qarabağ “müdafiə ordusu”, yəni erməni işğalçı birləşmələri Mingəçevir SES-ə raket zərbəsi endirəcək. Onun sözlərinə görə, Mingəçevir SES hədəf kimi erməni ordusunun taktiki planlarına daxil edilib.

“Hərb elmi bu və buna bənzər obyektlərə zərbə endirilməsini tələb edir. Belə zərbə iqtisadiyyata zərər vuracaq və düşmənin silahlı qüvvələrini müvafiq resurslarla təchiz etmək imkanlarını aradan qaldıracaq. Bu obyekt bizim planlarımıza daxildir”-o bildirib.

Mnatsakanyan əlavə edib ki, hər şey belə zərurətin yaranmasından asılıdır, hansı ki, sözügedən zərurət hələ yoxdur. Qondarma “nazir” lovğalığı davam etdirərək deyib ki, Azərbaycanın “LORA”, “Polonez”, “Dana” kimi yeni raket-artilleriya sistemləri nümayiş etdirməsi onları qorxutmur. Çünki ermənilərin əlində də “oxşar silahlar” var. Üstəlik bu silahlar “daha dəqiqdir”

Ermənistanda Mingəçevir SES-i vurmaq barədə təhdidlər ilk dəfə deyil ki, səslənir. Belə təhdidlərlə adətən ya istefada olan generallar, ya hansısa ekspertlər və siyasətçilər çıxış edirdi. İndi isə Dağlıq Qarabağdakı işğalçı qüvvələrin “naziri” su bəndinin hədəf kimi müəyyən edildiyini açıqlayır. Və şübhəsiz ki, rəsmi Bakı, Azərbaycanın Müdafiə Nazirliyi düşmənin bu təhdidinə cavab verməli olacaq. Gözlənilir ki, Müdaifə Nazirliyi gün ərzində Mnatsakanyanın sərsəm təhdidləri ilə bağlı bəyanatla çıxış edəcək.

Belə görünür ki, düşmənin nəzərinə Azərbaycan silahlı qüvvələrinin bütün Ermənistan boyu və işğal altındakı ərazilərdə hansı hədəflərin nişangahda olduğunu çatdırmaq lazımdır. Və düşmənə başa salmaq lazımdır ki, bu cür sərsəm təhdidlərlə çıxış etməzdən əvvəl azı iki dəfə düşünməyə zərurət var.

Şübhəsiz ki, Azərbaycan özünün strateji infrastruktur obyektlərinin, o cümlədən Mingəçevir SES-in su bəndinin potensial hücumlardan müdafiəsi üzərində çoxdandır işləyir. Hansı ki, hava və raket hücumlarından bir neçə pilləli müdafiə sistemləri formalaşdırır. Bu sistemlər Ermənistanın sərəncamındakı və Mingəçevirə zərbə endirmək barədə lovğalanmaq üçün istifadə edilən “İsgəndər” raketlərini də dəf etməyə hesablanıb.

Digər tərəfdən deyəsən Mnatsakanyan yaddan çıxarıb ki, Azərbaycan ordusunun Naxçıvanda cəmləşdirilmiş əlahiddə ümumqoşun birləşməsi Yerevan və onun yaxınlığındakı Metsamor AES də daxil olmaqla bütün strateji infrastruktur obyektlərini darmadağın etmək gücündədir.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam