Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Ermənisiz Ermənistan" ssenarisi tam gücüylə işə düşüb: Paşinyansa, müqavimət şansını əldən verib

 Rəsmi İrəvanın bu situasiyadan yeganə çıxış yolu Ermənistan əhalisini səfalətdən xilas etmək və təhlükəsizliyə tam təminat vermək ola bilər; Hər ötən gün fəlakətə doğru daha "inamlı addımlar"la irəliləyən Ermənistanın isə vəziyyəti düzəldə biləcək əsas resursları - iqtisadiyyatı və ordusu yoxdur...

Yenixeber.org: Savaş bitdikdən sonra bəzi suallar ortaya çıxmağa başlayıb. Onların bir çoxu hələlik cavabsız qalmaqdadır. Və yaxın gələcəkdə mütləq aydınlaşmağa başlayacaq.

Azərbaycan cəmiyyətində ən çox maraq doğuran sualların sırasında ermənilərin Dağlıq Qarabağdakı sonrakı mövcudluğu ilə bağlıdır. Çünki, indiki situasiyada bu məsələ ilə bağlı ən yaxşı halda, iki seçim variantının olduğu şübhə doğurmur.

Birinci variant odur ki, ermənilər əvvəl-axır mövcud şərtləri həzm etməli olacaqlar və Azərbaycan vətəndaşlığını qəbul etməklə, cəmiyyətimizə inteqrasiya məcburiyyətində qalacaqlar. Bu, onların sosial rifahında da müsbət irəliləyişlərə yol aça bilər. Və kasıb Ermənistanın "səfalət bataqlığı"ndan xilas olmaq şansı qazanarlar.

Ancaq ikinci variantın ola biləcəyi də qətiyyən istisna deyil. Belə ki, müasir dövrdən həmişə olduğu kimi, yenə də geridə qalan "erməni düşüncəsi" error verməkdə davam edə bilər. Yəni, onların Azərbaycan vətəndaşlığını qəbul etməkdən imtina edə biləcəkləri də qətiyyən istisna deyil.

Təbii ki, bu halda, ermənilərin Xankəndi və ətraf bölgədəki durumu Rusiya sülhməramlı qüvvələrinə bağlı olacaq. Belə ki, Rusiya sülhməramlı qüvvələri Azərbaycanın ərazisindən əvvəl-axır bir gün çəkiləcəklər. Onların gedişindən sonra ermənilər bölgədə vətəndaşlığı qəbul etmədən qala biləcəklərmi?

Bu suala elə indidən mənfi cavab vermək də mümkündür. Çünki Azərbaycan ərazisində vətəndaşlığı olmayan şəxslərin qanunla müəyyən edilmiş müddətdən artıq yaşaması mümkün deyil. Yəni, yenə də ya vətəndaşlığı qəbul etməli olacaqlar, ya da getmək məcburiyyətində qalacaqlar.

Məsələnin digər maraqlı tərəfi də mövcuddur. Belə ki, indi əsas məsələ yalnız Xankəndi və ətraf bölgədə ermənilərin qalıb-qalmayacaqlarına cavab tapmaq deyil. Hazırda Ermənistan ərazisində belə, bir neçə ildən sonra nə qədər erməninin qala biləcəyi də ciddi müzakirə mövzusuna çevrilmək üzrədir.

Əgər, Ermənistanın boşalma prosesi indiki sürətlə davam etsə, Xankəndi və ətrafında ermənilərin mövcudluğu ciddi şübhələr doğurmağa başlaya bilər. Çünki ermənilər artıq Ermənistanda belə, yaşamağa həvəsli deyillərsə, onda geridə qalanların barəsində danışmaq yersizdir.

Məsələ ondadır ki, son vaxtlar erməni mətbuatı Ermənistandan kütləvi emiqrasiya prosesinin başladığını iddia edirlər. Verilən məlumata görə, bu düşmən ölkədə mövcud həyat şərtləri erməniləri qorxudur və onlar xarici ölkələrə üz tutmağa üstünlük verirlər.

Əslində, bu, qətiyyən təəccüblü və gözlənilməz deyil. Belə ki, heç bir erməni qorxduğu coğrafi ərazi ilə öz gələcəyini bağlamaz. Bir an öncə daha təhlükəsiz hesab etdiyi yerlərə köç edərlər.

Deyəsən, A.S.Puşkinin sözləridir: "Sən qorxaqsan, sən oğrusan, sən ermənisən..." Məhz bu sözlər ermənilərin indiki əhval-ruhiyyəsini əks etdirir.

Məsələ ondadır ki, savaşın bitməsindən sonra ermənilər ciddi qorxu içərisində qalıblar. Ermənistanın perspektivlərinə artıq şübhə ilə yanaşırlar. Ən əsası isə Ermənistanın təhlükəsiz ölkə olduğuna daha inanmırlar.

Şübhəsiz ki, ermənilərdə bu qənaəti möhkəmləndirən kifayət qədər ciddi faktorlar mövcuddur. Belə ki, cəmisi bir neçə ay əvvəl Ermənistan və Azərbaycan arasında müəyyən mənada, tampon bölgə mövcud idi. Ermənistan Azərbaycanın 20 faizə yaxın ərazisini işğal altında saxlayırdı. Rəsmi İrəvan həmin bölgədə 30 il ərzində bir neçə qat hərbi istehkam sistemi qurmaqla, Ermənistanın təhlükəsizliyini təmin edə biləcəyinə ümid bəsləyirdi.

Ancaq bu ümidlər cəmisi 44 günlük savaşın nəticələri sayəsində puça çıxdı. İndi Azərbaycan və Ermənistan arasında birbaşa təmas xətti rolunu oynayan yeni və qanuni sərhədlər mövcuddur. Ən əsası isə, coğrafi reallıq elədir ki, Azərbaycan ordusu növbəti dəfə hərəkətə gətirilərsə, iki istiqamətdən ediləcək hücum Ermənistanı bir neçə gün ərzində xəritədən silə bilər.

Ancaq Ermənistanın bu təhlükədən sığortalanmaq üçün heç bir alternativ müdafiə resursu mövcud deyil. Ordusu darmadağın edilib, yenisinin qurulmasına isə külli miqdarda maliyyə vəsaiti və onilliklər lazımdır. Eyni zamanda, yeni ordu üçün maliyyə qaynağının olması da vacibdir. Halbuki, Ermənistan iqtisadiyyatı belə ağır yükü qaldıra biləcək imkanlardan çox uzaqdır. Və bu, yaxın gələcəkdə Ermənistanın hərbi təhlükəsizlik resurslarının olmayacağı anlamına gəlir.

Təbii ki, bütün bunları ermənilər də anlamamış deyillər. Yeni sərhədlərin yaratdığı indiki situasiyada ermənilər yaşadıqları ərazilərin bir neçə yüz metrliyində hər gün Azərbaycan əsgərlərinin qürurlu və müzəffər duruşunu görmək məcburiyyətində qalıblar. Buna natamamlıq kompleksi ilə yüklənmiş qorxaq erməni psixologiyası tab gətirməz.

Digər tərəfdən, Ermənistanda həyat şəraiti səfalət həddinə qədər aşağı düşüb. Üstəlik, yaşam şərtlərinin ağırlaşması davam edir. Yaxın vaxtlarda daha da dözülməz olacağı qətiyyən şübhə doğurmur. Çünki Ermənistan iqtisadiyyatının dirçəlişi üçün hazırda daxili və xarici resurslar mövcud deyil.

Təbii ki, bütün bunları görüb, lazımi nəticələri çıxartmağı bacaran hər bir erməni xilas olmağın yolunu ölkəni tərk etməkdə tapır.

Son günlər Ermənistandan gedənlərin artması barədə məlumatlar da bunu təsdiqləyir. Belə ki, "Çiçəklənən Ermənistan" partiyasını təmsil edən deputat Naira Zohrabyan bu reallığı etiraf edir və həyəcan təbili çalmağa çalışır: "Rusiya ilə Ermənistan arasında gediş-gəlişin bərpa olunmasından sonra ermənilər ölkəni kütləvi şəkildə tərk etməyə başlayıblar".

Erməni deputat bu prosesi hava limanında şəxsən müşahidə edərək, vəziyyətin təhlükəli səviyyəyə çatdığına əmin olduğunu vurğulayıb: "Mən bir deputat kimi vəziyyəti öyrənmək istəyirdim. Əksəriyyət Moskva istiqamətinə bilet alırdı. Rusiyaya getmək üçün belə ajiotaj heç vaxt bu səviyyədə olmayıb. Ermənistanı son 30 ilin ən kütləvi miqrasiya prosesi gözləyir".

Erməni deputatın fikrincə, hazırda Ermənistanın üzləşdiyi situasiya və baş verənlər milli faciədir. Və bu faciənin qarşısını almaq artıq mümkün görünmür.

Maraqlıdır ki, bu reallıq Ermənistanın rəsmi dairələri tərəfindən də etiraf edilir. Belə ki, Ermənistan baş naziri yanında diasporla iş üzrə komissar Zare Sinanyan vurğulayıb ki, qısamüddətli perspektivdə miqrasiyanın artaraq, kütləvi hal alması qaçılmaz olacaq: "Bu, son müharibənin məntiqi nəticəsidir. Mövcud təhlükənin qarşısını almaq üçün əhalini şok vəziyyətindən çıxara biləcək təxirəsalınmaz addımlar atılmalıdır".

Göründüyü kimi, Ermənistanda vəziyyət qorxunc həddə qədər ağırlaşıb. İndi bu düşmən ölkə qaçılmaz fəlakətə doğru "inamlı addımlarla" irəliləyir. Və çıxış yolu isə demək olar ki, görünmür.

Məsələ ondadır ki, bu vəziyyətdən yeganə çıxış yolu Ermənistan iqtisadiyyatının yeni şərtlər daxilində dirçəldilməsi və güclü ordunun qurulmasıdır. Bunu etmək üçün isə həm zamana, həm də güclü maliyyə resurslarına ehtiyac var.

Ona görə də, hazırda Paşinyan hakimiyyəti olduqca çıxılmaz vəziyyətə düşüb. Ermənistan sürətlə boşalır, rəsmi İrəvan isə bunun qarşısını almaqda acizdir.

Bu baxımdan, hesab etmək olar ki, hazırda "Ermənisiz Ermənistan" ssenarisi artıq tam gücüylə işə düşüb. Ermənilərin özlərinin başlatdığı bu proses tezliklə "Ermənisiz Cənubi Qafqaz" ssenarisini də reallığa çevirə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam