Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

“Soyqırım” geostrategiyası: ABŞ-ın məqsədi nədir? – TƏHLİL

Amerika tarixində ilk dəfə olaraq prezident 1915-cil ildə Osmanlı İmperiyasında erməni əhalisinə qarşı baş verənləri “soyqırımı” adlandırdı. “Hər il biz Osmanlı dövründə baş vermiş erməni soyqırımı zamanı vəfat edənləri anırıq və bir daha belə vəhşiliklərə yol verilməməsini özümüzə borc bilirik”,- deyə Co Bayden 24 aprel çıxışında bildirib.
Yenixeber.org: Amerikadakı erməni diaspor təşkilatları illərdir prezidentin çıxışı zamanı “soyqırım” ifadəsini işlətməsini tələb etsələr də, Ağ Evin rəhbərləri NATO-dakı əsas tərəfdaşı hesab olunan Türkiyə ilə münasibətlərin korlanmasından ehtiyatlanaraq, bu addımın atmır, 1915-ci il hadisələrini “qətliam və ermənilərin kütləvi deportasiyası” kimi qiymətləndirirdilər.

Doğrudur, ABŞ prezidentinin bu bəyanatının hər hansı bir hüquqi əsası yoxdur və gələcəkdə də bu bəyanat hansısa formada beynəlxalq məhkəmələrdə hüquqi əsas kimi Türkiyəyə qarşı istifadə oluna bilməz. Şübhəsiz ki, Co Baydenin bu bəyanatının arxasında siyasi məqsədlər dayanır və Amerikanın Avrasiya regionu ilə bağlı gələcək siyasi xəttinə təsirsiz ötüşməyəcək.

ABŞ prezıdentının NATO çərçivəsində əsas strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərinə xətər yetirmək hesabına sırf seçkiqabağı vədinı yerinə yetirmək üçün qondarma “erməni soyqırımı”nı tanıdığını iddia etmək sadəlövhlük olardı. Təbii ki, seçkiqabağı vədini yerinə yetirmiş siyasi lider növbəti seçkilərdə erməni diasporunun dəstəyini zəmanət altına almış olsa da, əsas səbəb bu deyil.

İstisna deyil ki, hazırda Baydenin qondarma “soyqırımı” tanıması ilk növbədə Azərbaycanın Türkiyənin siyasi və diplomatik dəstəyilə II Qarabağ savaşında qələbə qazanmasından sonra ortaya çıxan və çıxacaq geosiyasi reallıqlarla bağlıdır. Ermənistanın baş naziri Nikol Paşinyanın Baydenə göndədiyi məktubda yer alan fikirlər bunu bir daha təsdiqləyir: “Ermənistan Respublikası üçün tanınma (qondarma soyqırımının tanınması – red.) həm tarixi həqiqət və ədalət, həm də keçən il regionda baş vermiş hadisələr fonunda təhlükəsizlik məsələsidir”. Amerikanın Erməni Milli Komitəsinin icraçı direktoru Aram Hamparyanın bəyanatı da oxşar nəticəyə gəlməyə əsas verir. “İndiyə kimi ABŞ administrasiyası Dağlıq Qarabağdakı münaqişəyə qarışmamağa çalışırdı. Ancaq artıq Türkiyə ilə açıq konfrontasiyaya getdi”,- deyə Hamparyan BBC-yə açıqlamasında bildirib.
Doğrudur, erməni rəsmiləri məsələdən öz siyasi nüfuzlarını qabartmaq, ABŞ-ın timsalında özlərinin dəstəkçisi olduğunu nümayiş etdirmək və bu yolla həm Türkiyə, həm Azərbaycan, həm də Rusiya qarşısında müəyyən qədər təsirli görünmək üçün yararlanmağa çalışırlar. Ancaq bu, məsələnin əsas mahiyyətini dəyişmir.
Söhbət nədər gedir?
Ən əvvəl onu bildirək ki, vaxtilə ABŞ prezidentinin müşaviri olmuş Zbiqnev Bjezinski məşhur “Böyük Şahmat Taxtası” əsərində Amerikanın qlobal hegemonluğu üçün əsas şərtin Avrasiya qitəsində nə dərəcədə təsirli olması ilə əlaqələndirmişdi. “Birləşmiş Ştatların Geosiyasəti” kitabında belə bir fikir irəli sürülür ki, Amerikanın Avrasiyada hegemonluğunun təmin edilməsi üçün burada tək bir güc mərkəzinin formalaşmasının qarşısı alınmalı və fərqli güc mərkəzlərinin yaradılması strategiyası seçilməlidir.

Bjezinski Avrasiyada Fransa, Almaniya, Rusiya, Çin və Hindistanı beş əsas geostrateji oyunçu kimi önə sürmüş, əsas geostrateji ox kimi isə Ukrayna, Azərbaycan, Cənubi Koreya, Türkiyə və İranı qeyd etmişdi. ABŞ-ın hegemonluğuna qarşı ən təhlükəli ssenari kimi isə Rusiya, Çin və İranın böyük bir koalisiya formalaşdırması göstərilmişdi.

ABŞ-ın Cənubi Qafqazla bağlı güddüyü strategiyaya gəlincə, Zeyno Baran “Qafqaz: müstəqillikdən 10 il sonra” adlı məqaləsində qeyd edir ki, ABŞ qlobal enerji təhlükəsizliyinin təmin edilməsi üçün Xəzər hövzəsinin enerji resurslarının dünya bazarına sərbəst şəkildə çıxışını təmin etməyi, həmçinin, Rusiya ilə İranın bu layihələrdən kənarda saxlanılması strategiyasını həyata keçirməkdədir. Qeyd edək ki, burada söhbət tək Azərbaycanın enerji resurslarından getmir – ümumilikdə Xəzər hövzəsi nəzərdə tutulur.

Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz dəhlizi Azərbaycanın enerji resurslarını Avropaya ixrac edir və Rusiya ilə İran həqiqətən də bu layihələrdən kənarda qalmışdılar. Lakin digər Xəzəryanı ölkələrin enerji resurslarının da ixracının gündəmdə olduğu bir dövrdə Azərbaycan, Rusiya və Ermənistan arasında 10 noyabr tarixində imzalanmış bəyanatla Zəngəzur dəhlizinin açılmasının qərara alınması Moskva üçün Türkiyəyə neft və qaz boruları çəkmək perspektivi yaradır. Belə olan halda, Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi dövlətlər öz resurslarını xaricə ixrac etmək üçün Rusiyanın məsləhət gördüyü marşruta qoşulmaq məcburiyyətində qalacaqlar. Və nəhayət, layihədə Rusiyanın iştirakı İranın da bu prosesdə fəallığını artırmasına səbəb olur ki, bu da Vaşinqtonun strateji maraqlarına ziddir.

Qayıdaq ermənilərə və onların “soyqırımı” məsələsinə. Məşhur sosial-psixoloq Vamık Volkana görə, ermənilərin “soyqırım” iddiaları öz milli kimliklərini qoruyub saxlamaq və nəsildən-nəsilə ötürmək üçün hazırlanaraq, icra olunan siyasi strategiyadır. Bu siyasi strategiyanın əsas icraçısı isə erməni disporudur. Bu məqsədlə bir sosial qrupun tarixində olan hər hansı seçlmiş travma zehinlərə yeridilir, sonradan onun üzərində müxtəlif miflər uydurulur. Əsas məqsəd isə ermənilərin yaşadıqları cəmiyyətlərdə assimilyasiyaya uğramalarının qarşısını almaqdır. Çünki millətin kimliyini müəyyən edən mədəni göstəricilər zaman keçdikcə daha güclü mədəniyyətlərin təsirilə get-gedə öz təsirini itirir. “Soyqırım” strategiyası isə ermənilərin yerləşdikləri ölkələrdə ciddi müqavimət göstərmədən və başqaları ilə konfrontasiyaya getmədən assimilyasiyaya uğramalarının qarşısını alır. Ermənistan ölkə olaraq bu siyasəti yürüdən diaspor üçün simvolik “ana vətən” rolunu oynayır və xaricdə məskunlaşmış heç bir erməni oranı daimi yaşayış yeri kimi seçmir. Təsadüfi deyil ki, Ermənistan böyük miqrasiya ilə üzləşmiş dövlətdir və əhalisinin sayı ildən-ilə azalmaqdadır.

Erməni diasporu üçün belə bir strategiya təbii ki, müəyyən geostrateji məqsədlərlə siyasi institutlar tərəfindən hazırlanmış və uğurla icra edilməkdədir. Bu strategiyanın ABŞ tərəfindən hazırlandığını iddia etməsək də, ermənilərin “Böyük Ermənistan” xülyası və Türkiyəyə qarşı ərazi iddialarına əsas yaradan tarixi-siyasi amil ABŞ prezidenti Vudro Vilsonun Türkiyə ilə Ermənistan arasında sərhədlərin müəyyən edilməsinə dair 1920-ci ildə imzaladığı inzibati qərarıdır. Bu qərara əsasən, həmin vaxt Osmanlı Türkiyəsinin əraziləri olan Van, Bitlis, Ərzurum və Trabzonun bir hissəsi Ermənistanın ərazisi kimi tanınırdı. Doğrudur, bu qərarın heç bir beyəlxalq hüquqi çəkisi olmamış və 1923-cü ildə imzalanmış Lozanna Razılaşmasına əsasən, həmin bölgələr Türkiyənin ərazisi kimi tanınmışdı. Bununla belə, Amerikanın birtərəfli qərarı ermənilərə qeyri-real olsa belə, iddialarına əsas yaratmışdı.

Qeyd olunanlardan belə nəticəyə gələ bilərik ki, Amerika üçün Avrasiyada Türkiyənin güc mərkəzinə çevrilməsi heç də arzuolunan deyil və erməni problemi Türkiyənin təsir gücünün önlənməsi üçün daimi qabardılaraq, geosiyasi təzyiq vasitəsi kimi saxlanılır.

10 noyabr razılaşması regionda bütün nəqliyyat dəhlizlərinin bərpasını ehtiva edir ki, bu zaman Ermənistan dövləti Türkiyə və Azərbaycanla - yəni ermənilərin mədəni kimliklərini qorumaq və başqa mədəniyyətlər tərəfindən assimilyasiya olunmalarının qarşısının alınması üçün uydurulmuş mifoloji düşmənləri ilə əməkdaşlığını ehtiva edir. Bu əməkdaşlıq bir tərəfdən Ermənistan ictimaiyyətinin kollektiv zehniyyətində türk düşmənçiliyi mifini aradan qaldıracaq, digər tərəfdən isə mədəni və demoqrafiq cəhətdən türk cəmiyyətindən zəif olan ermənilər tədricən assimilyasiyaya uğrayacaqlar.

Eyni zamanda, Ermənistanın Türkiyə və Azərbaycanla əməkdaşlığı xaricdəki erməni diasporu üçün simvolik ana vətənin satqınlığı və illərdir aparılan qondarma “soyqırım” təbliğatının mənasızlığını ortaya çıxardacaq. Odur ki, Baydenin “soyqırım” bəyanatı erməni diasporu və Ermənistanın həmin mifə inamlarını davam etdirmələri üçün əlavə stimul rolunu oynayır. Əsas məqsəd Rusiyanın Azərbaycan və Ermənistan ərazisindən Türkiyəyə nəqliyyat çıxışının qarşısını almaq və Türkiyə ilə Azərbaycanın Ermənistanla ticari-iqtisadi əməkdaşlığını əngəlləməkdir.(azvision)
Tofiq Vahid

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam