Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Böyük fəlakət”, yoxsa “soyqırımı” – Diqqətlər Ağ Evdə

 

               “Türkiyə amerikalılar üçün İncirlik hərbi bazasını bağlaya bilər”

 

Yenixeber.org: Yenə də dünya, daha doğrusu, dünya erməniləri və Türkiyənin düşmənləri, Osmanlı İmperiyasında qondarma “erməni soyqırımı”nın tanınması barədə Ağ Evdən “müjdə” eşidiləcəyi ümidi ilə donub qalıblar. Amerikalı rəsmilərə istinad edərək “The Wall Street Journal” artıq “ABŞ Prezidenti Co Baydenin 20-ci yüzilliyin əvvəllərində Osmanlı İmperiyasındakı erməni soyqırımını rəsmi olaraq tanıyacağı” barədə xəbər verdi. Qəzetin yazdığına görə, Amerika lideri 24 aprel şənbə günü belə bir açıqlama verə bilər.

 

Xatırladaq ki, hər il bu tarix Ermənistanda “erməni soyqırımı qurbanlarının anım günü” kimi qeyd olunur. Nəşrin mənbələrinə görə, Ağ Ev rəhbəri 1915-ci il hadisələrini "soyqırımı" adlandıracaq. Bununla birlikdə, bu mövzuda qəti bir qərarın hələ verilmədiyini bildirirlər. Qəzetin həmsöhbətlərinə görə, Bayden yalnız “soyqırımı”nın rəsmi tanınmasını ehtiva etməyəcək formal bir açıqlama verə bilər.

 

Qeyd edək ki, ABŞ-ın əvvəlki Prezidenti Donald Tramp Türkiyənin mövqeyini nəzərə alaraq 1915-ci il hadisələrini “soyqırımı” kimi tanımaqdan imtina etmişdi. Türkiyənin mövqeyinə görə, erməni əhalisi Birinci Dünya müharibəsi dövründə erməni əhalisnin Rusiyanın tərəfinə keçməsi səbəbindən hərbi əməliyyatlar ərazisindən ölkənin cənub-şərqinə köçürmə siyasəti zamanı məhv olması ilə bağlıdır.

 

Ankara uzun illərdir ki, 100 il əvvəlki hadisələri araşdırmaq üçün arxivləri açmağı təklif edir, lakin erməni tərəfi əlverişsiz vəziyyətdə olmaqdan qorxaraq, tarixçilərin xidmətlərindən imtina edir. Türk tarixçiləri 1915 hadisələrinin heç bir şəkildə etnik təmizlənmə olmadığını və qarşıdurmalar nəticəsində çox sayda türkün özünün də ermənilər tərəfindən qətlə yetirildiyini qeyd edirlər.

 

Türk tərəfinə görə, bir erməni üsyanı oldub və ermənilərin bütün köçürülmə əməliyyatları hərbi zərurətdən əmələ gəlib. Türkiyə öldürülən ermənilərin sayı barədə ermənilərin iddia etdiyi məlumatlarla razılaşmır və üsyanın yatırılması zamanı türk birlikləri və əhali arasında çox sayda qurbanların olduğunu vurğulayır.

 

Baydenin “soyqırımını” tanıması gözlənildiyinə dair fərziyyələrlə yanaşı, “Wall Street Journal” Ağ Ev sözçüsü Cen Psakinin Prezidentin planları ilə əlaqədar ilkin açıqlamalar verməyə razı olmadığını yazır. Eyni zamanda qəzet özü Baydenin 1915-ci il hadisələrini “soyqırımı” kimi ifadə etməsinin Türkiyə ilə gərginliyi daha da dərinləşdirəcəyindən qorxduğunu qeyd edir. Baxmayaraq ki, Bayden keçən ilin noyabr ayında seçki kampaniyası zamanı 1915-ci il hadisələrini “soyqırımı” kimi tanıyacağına söz vermişdi.

 

“Wall Street Journal” Baydenin “soyqırımı” sözünü xatırlatması halında, Türkiyənin 2019-cu ildə olduğu kimi, Amerikanın yerli əhalisinin – hinduların aqibətini ABŞ-a xatırladacağını iddia edir. O zaman Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Senatının Osmanlı İmperiyasındakı “erməni soyqırımı”nı tanıyan bir qərarına cavab olaraq, dövlət  səviyyəsində ABŞ-da hinduların soyqırımını tanımaqla hədələmiş, Amerika senatorlarını tarixdən siyasi məqsədlər üçün istifadə etməkdə günahlandırmışdı.

 

Bayden “genosid” ifadəsini işlədərsə, Türkiyə amerikalılar üçün İncirlik hərbi bazasını da qapada bilər. Bundan əlavə, türkiyəli analitik, İqtisadi və Xarici Siyasət Araşdırmaları Mərkəzinin rəhbəri Sinan Ülgenin “Wall Street Journal” nəşrinə dediyi kimi, Türkiyə ABŞ-ın ixrac əməliyyatları üçün qeyri-rəsmi əngəllər yarada bilər.

 

Politoloq türk xalqının əksəriyyətinin bu mövzuda hökumətlə eyni fikirdə olduğunu vurğulayıb: “Türk xalqı tarixin bu səhifəsini təkcə erməni xalqının faciəsi deyil, eyni zamanda Balkanlarda etnik təmizləməyə məruz qalan türk xalqının faciəsi kimi qəbul edir”.

 

Xatırladaq ki, bütün Amerika prezidentlərindən yalnız Ronald Reyqan “soyqırımı” ifadəsini işlədib və Trampın prezidentliyi dövründə Ağ Evin mətbuat katibi Kaylee Makinani bir dəfə brifinqdə xarici mətbuatda səs-küyə səbəb olan “erməni soyqırımı” ifadəsini səsləndirdi. Amerika rəhbərliyi həmişə bu termini istifadə etməməyə çalışdığından, bir qayda olaraq, “böyük fəlakət” kimi başqa ifadələri seçiblər.

 

Məsələn, əvvəlki ABŞ Prezidenti Donald Tramp və ondan qabaqkı Prezident Barak Obama 1915-ci il hadisələrini “böyük fəlakət” adlandırmışdılar. Bill Klintonun prezidentliyi dövründən bəri ABŞ prezidentləri oxşar ifadələr işlədiblər, baxmayaraq ki, seçki kampaniyaları zamanı erməni mənşəli seçicilərdən və ermənipərəst seçicilərdən səs almaq üçün müəyyən vədlər verirdilər.

 

Ancaq siyasət dəyişkən bir şeydir və siyasətçilər çox proqnozlaşdırılan insanlar deyillər. Üstəlik, əsl siyasətçi üçün ölkənin maraqları prioritetdir. Amerika liderinin qərarı, bir yaxın müttəfiq və Yaxın Şərq bölgəsindəki ən nüfuzlu dövlət olan Türkiyə ilə münasibətlərin gələcəyini müəyyən edəcək. Görək Bayden nə edir? Siyasi məqsədəuyğunluğun üstünlük təşkil edib-etməyəcəyini aprelin 24-də görəcəyik.(ayna)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam