Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Prezident İlham Əliyev rəsmi İrəvana daha bir sarsıdıcı zərbə vurdu: Ermənistanda ictimai şok effekti yaşanır

Rəsmi İrəvan Ermənistanı inkişaf etdirmək üçün məhz Azərbaycana möhtacdır; Hətta Ermənistanın beynəlxalq himayədarları belə, rəsmi İrəvanı Azərbaycanın diqtə etdiyi şərtlər qarşısında acizlikdən xilas etməyə qadir deyil...

Yenixeber.org: Azərbaycan dövləti Ermənistan üzərində hərbi qələbənin artıq ikinci tarixi və möhtəşəm faktini bütün dünyaya təqdim etdi. İlk tarixi fakt ötən ilin sonlarında tarixi Zəfər Paradının reallaşdırılması ilə nümayiş olunmuşdu. Bununla rəsmi Bakı savaş mərhələsini yekunlaşdırdığını birmənalı şəkildə təsdiqləmişdi.

Ardınca ölkədə böyük quruculuq prosesinə start verilmiş oldu. 44 günlük savaş nəticəsində azad edilmiş Azərbaycan ərazilərinə sakinlərin dönüşünə hazırlıq mərhələsi başladı. Və indi rəsmi Bakının əsas hədəfi məhz bu mərhələni də uğurla yekunlaşdırmaqdan ibarətdir.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Hərbi Qənimətlər Parkının açılışı isə müzəffər ordumuzun möhtəşəm qələbəsinin əbədiləşdirilməsi anlamı daşıyır. Hərbi Qənimətlər Parkı öz mövcudluğu və fəaliyyəti ilə gənc və gələcək nəsillərə Azərbaycanın tarixi hərbi zəfərinin çatdırılmasında xüsusi rol oynayacaq. Və bütün dünya bu zəfərin nəticələri ilə daha yaxından tanış ola biləcək.

Azərbaycan Prezidenti İlham Əliyevin Hərbi Qənimətlər Parkının açılışında “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir” deməsi də bu qələbənin gələcək nəsillərə əyani vəsaitlərlə çatdırılmasının əhəmiyyətini təsdiqləyir: “Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş ölkədir, başını, boynunu bükmüş ölkədir və həmişə belə olacaq”.

park.jpg (136 KB) 

Təbii ki, Azərbaycan Ptezidentinin bu fikirləri yalnız ölkə əhalisinə deyil, həm də beynəlxalq ictimaiyyətin diqqətinə yönəldilib. Belə ki, bütün dünya qalibin və məğlubun ünvanını dəqiq bilməlidir. Gələcəkdə bu region ilə bağlı hansısa addımlar atılanda və ya maraqlar gündəmə gətiriləndə bölgənin lider dövləti Azərbaycan ilə hesablaşmaq lazım olduğunu bundan sonra bütün beynəlxalq siyasi iradə mərkəzləri bilməlidirlər.

Ən əsasısa, rəsmi İrəvan da artıq qəbul etmək məcburiyyətindədir ki, Cənubi Qafqazda regional şərtlər Azərbaycan tərəfindən müəyyən olunur və diqtə edilir. Əgər, Ermənistan mövcudluğunu qoruyub, saxlamaq istəyirsə, Azərbaycanın geopolitik şərtlərinə uyğunlaşmaq məcburiyyətindədir. Əks halda, Cənubi Qafqazın xəritəsindən belə bir dövlət ümumiyyətlə, silinib, yoxa çıxa bilər.

Azərbaycanın dövlət başçısının “Böyük Qələbə Azərbaycan dövlətinin hərbi gücünün təzahürüdür” deməsi də, bu baxımdan, konkret mesaj xarakteri daşıyır: “İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi, müasirliyi göstərdi. Çünki biz XXI əsrin müharibəsini aparmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və istədiyimizə nail olduq, düşməni torpaqlarımızdan qovduq”.

Prezident İlham Əliyevin bu açıqlamasından Ermənistanda və Azərbaycana qarşı düşmənçilik mövqeyində ola biləcək istənilən dövlət nəticə çıxartmalıdır. Xüsusilə də, Ermənistan anlamalıdır ki, Azərbaycan ordusunun indiki döyüş qabiliyyəti qarşısında duruş gətirmək şansı olmayacaq.

Ona görə də, rəsmi İrəvan bundan sonra revanş barədə düşünmək vərdişlərini unutmalıdır. Əksinə, bundan sonra Azərbaycanla normal münasibətlər qurmağın yollarını axtarmalıdır. Bu, Ermənistan həm mövcudluq, həm də gələcək inkişaf şansına çevrilə bilər.

park-16.JPG (2.27 MB) 

Məsələ ondadır ki, Ermənistan hələ uzun müddət, bəlkə də ümumiyyətlə, heç vaxt Azərbaycanla hərbi rəqabət imkanlarında olmayacaq. Bunu Azərbaycan prezidentinin II Qarabağ müharibəsinin nəticələri barədə fikirləri də qabarıq şəkildə təsdiqləyir. Belə ki, Prezident İ.Əliyev Azərbaycan Ordusunun döyüş təcrübəsi və hərbi strategiyasının beynəlxalq ekspertlər tərəfindən öyrənildiyinə diqqəti çəkib: “Bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, uğurlarımız, Qələbəmiz öyrənilir. Dünya mətbuatında artıq dəfələrlə məlumat verilmişdir ki, dünyanın aparıcı ölkələri, o cümlədən də Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və inkişaf etmiş digər ölkələr İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənirlər”.

Göründüyü kimi, Azərbaycanın hərbi qüdrəti və müzəffər ordumuzun yüksək döyüş hazırlığı Ermənistan üçün əlçatmaz nəticədir. Rəsmi İrəvan belə ordunun qurulması üçün vacib olan maliyyə-iqtisadi resurslara malik deyil. Bu haldasa, rəsmi İrəvan hələ uzun müddət hərbi sahəyə bağlı fəaliyyətləri unutmalı olacaq.

1604988487.jpg (199 KB) 

Məsələ ondadır ki, Rusiyanın dəstəyi ilə Azərbaycan ərazilərini işğal edən Ermənistan 30 il lovğalanarkən rəsmi Bakı müasir ordu quruculuğu ilə məşğul olub. Azərbaycan Prezidentinin açıqlamaları bu prosesin nə qədər zəhmət və xərc tələb etdiyini təsəvvür etməyə imkan verir: “Ordu quruculuğu hər zaman dövlət siyasətinin prioritet istiqaməti olub. Biz danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaradırdıq. Bütün bu 17 il ərzində bizim əsas büdcə xərclərimiz hərbi xərclər olmuşdur. Biz istədiyimizə nail olduq. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Biz bir ölkədən asılı olmamaq üçün bu texnikanı bir çox mənbələrdən almışıq”.

Təbii ki, Azərbaycanın 44 günlük savaşda qazandığı tarixi hərbi zəfər rəsmi Bakının ölkəni iqtisadi inkişafa doğru istiqamətləndirməsinin nəticəsidir. Çünki Azərbaycan Prezidentinin də dediyi kimi, iqtisadi inkişaf hərbi qələbəni təmin edən əsas faktorların sırasında yer alır: “Ölkənin iqtisadi qüdrəti qələbə üçün zəmin yaratdı. Azərbaycan inkişaf edərək, torpaqları azad etdi. Çünki inkişaf bizim Qələbəmizin əsasıdır. Əgər, iqtisadi inkişaf olmasaydı, əgər, bizim iqtisadi müstəqilliyimiz olmasaydı, lazım olan müasir silahları əldə edə bilməzdik. Azərbaycan enerji müstəqilliyinə nail oldu və tarixi layihələri həyata keçirdi. 2006-2007-ci illərdə neft-qaz kəmərləri inşa edildi. Əgər, o kəmərlər tikilməsəydi, bizim bu qədər vəsaitimiz olmazdı. Vəsait yoxdursa, silah da olmayacaqdı. Ona görə də iqtisadi müstəqillik əsas idi, bu sahədə də hazırlaşdıq. Ermənistanı dalana çevirməli idik. Bütün nəqliyyat, kommunikasiya, enerji xətlərini elə çəkdik ki, onlardan yan keçdi”.

200070000445_363282.jpg (135 KB) 

Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin iqtisadi inkişaf yolunun və hərbi zəfərimizin təsnifatını olduqca detallı şəkildə, tam aydınlığı ilə təqdim edib. İndi Azərbaycanın qarşısında əldə olunmuş bu böyük uğurları daha da inkişaf etdirmək kimi önəmli vəzifə dayanır. Və savaşdan sonra Cənubi Qafqaza beynəlxalq investisuya mərkəzlərinin maraqlarının artmaqda olması Azərbaycana iqtisadi inkişafın növbəti mərhələsinə keçid şansı vəd edir.

Ancaq Ermənistan barədə eyni fikirləri gündəmə gətirmək qətiyyən mümkün deyil. Çünki rəsmi İrəvan Ermənistanı inkişaf etdirmək üçün məhz Azərbaycana möhtacdır. Rəsmi Bakının isə Ermənistandan konkret tələbləri var. Ermənistan Azərbaycanla normal münasibətlər qura bilməsi üçün ilk növbədə əvvəlcə rəsmi Bakının tələb və şərtlərini yerinə yetirməlidir.

Təbii ki, bütün bunlar Ermənistanda pessimist əhval-ruhiyyə yaradır. Hətta Ermənistanın beynəlxalq himayədarları belə, rəsmi İrəvanı Azərbaycan qarşısında acizlikdən xilas etməyə qadir deyil. Yəni, Ermənistanın Azərbaycana möhtac durumdan yayınmaq şansları demək olar ki, yoxdur.

Ona görə də, Prezident İlham Əliyevin son açıqlamaları rəsmi İrəvana daha bir sarsıdıcı zərbə vurmaqla yanaşı, Ermənistan cəmiyyətində ruh düşkünlüyü də yaradıb. Ermənistan mətbuatına diqqət yetirdikdə həmin açıqlamaların düşmən ölkəyə ağır zərbə olduğu açıq-aşkar nəzərə çarpır. Çünki Azərbaycanın inkişaf yolunu keçməyin Ermənistan üçün qeyri-mümkün olduğunu artıq anlayırlar. Analoji inkişaf yolunu keçmədən isə Azərbaycanla heç bir sahədə rəqabətin mümkün olmayacağı Ermənistan cəmiyyətində ictimai şok effekti yaradır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam