Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Hərbi Qənimətlər Parkı niyə bulvara yaxın ərazidə yerləşir? -RƏY

Hərbi Qənimətlər Parkı niyə bulvara yaxın ərazidə yerləşir? - RƏY

"12 aprel 2021-ci il Azərbaycan tarixində şanlı tarixində şanlı tarix kimi həkk olundu. 44 gün davam edən Vətən müaribəsindən sonra Azərbaycanın parlaq qələbəsi və Ermənistan Silahlı Qüvvələri darmadağın edilməsindən sonra eyni zamanda hərbi qənimətlər götürülüb. Dünən yeni salınmış bulvarda Hərbi Qənimətlər Parkının açılışı oldu. Hərbi Qənimətlər Parkının açılışında ölkə Prezidenti İlham Əliyev də iştirak etdi və mükafata layiq olunmuş bir sıra hərbçilərlə görüş keçirdi və eyni zamanda görülmüş işlərlə tanış oldu".

Yenixeber.org: Bunu açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Cavid Osmanov deyib.

O bildirib ki, yeni bulvarın seçilməsi heç də təsadüfi deyil:

"Birincisi, yeni bulvar Azərbaycanın iqtisadi baxımdan inkişafını, müasirliyini və yeniliyini göstərən simvoldur. Hərbi Qənimətlər Parkının məhz yeni Bulvarda yerləşməsi həm Azərbaycanın inkişafının bir nümayişidir, eyni zamanda bütün insanlar üçün əlçatandır. Həm öz vətəndaşlarımız, həm də əcnəbi qonaqlar parkı rahat şəkildə ziyarət edə biləcəklər. Hərbi Qənimətlər Parkı Azərbaycanın şanlı qələbəsinin bir tarixidir ki, bunu da gələcək nəsillər görməli və bilməlidir. Azərbaycan xalqı bununla qürur hissi keçirir. Əlbəttə ki, Azərbaycanın 44 günük Vətən müharibəsində parlaq qələbəsinin əsasları Azərbaycanın güclü inkişaf yolunu keçməsi, Azərbaycanın gücünün artırılması, Azərbaycanın müasir bir ölkəyə çevrilməsi, o cümlədən gənc nəslin vətənpərvər ruhunda böyüməsindən irəli gəlirdi".

Deputat həmçinin vurğulayıb ki, Azərbaycanın şanlı qələbəsinin kökündə iqtisadi müstəqilliyi dayanırdı:

"Biz heç bir dövlətdən asılı deyilik. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil, müdrik siyasət yürüdür. İqtisadi müstəqilliyimiz də imkan verirdi ki, kənar qüvvələr Azərbaycana 44 günlük Vətən müharibəsində hansısa təsir vasitəsini həyata keçirə bilməsinlər. Əlbəttə ki, bəzi qüvvələr bu münaqişənio dondurmağa çalışırdılar. Amma Azərbaycanın qarşısını heç bir qüvvə kəsə bilmədi, ərazi bütövlüyümüz bərpa olundu və ədalət zəfər çaldı. Eyni zamanda döyüş meydanında ordumuzun şücaəti, rəşadəti və peşəkarlığı nəticəsində erməni silahlı qvvələri darmadağın edildi. Bununla da ermənilərin haqqında yaradılan məğlubedilməz ordu mifi darmadağın edildi. 44 günük Vətən müharibəsi təkcə Azərbaycan xalqının parlaq qələbəsi və şanlı tarixi kimi deyil, bütün türk dünyasının qələbəsi kimi yadda qaldı".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam