Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Əliyev və Putinin mesajları: Ermənilər inadkarlıq etsə, xaos, səfalət və fəlakətlə üzləşəcəklər

 


Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlamaları Ermənistana inkaredilməz reallığı görmək imkanları açır... Azərbaycanla münasibətləri normallaşdırıb, iqtisadi-ticari əlaqələr qurmadan Ermənistanın öz mövcudluğunu qoruya biləcəyi qətiyyən inandırıcı görünmür... Çünki indi Ermənistanı Cənubi Qafqazın xəritəsindən silinmək təhlükəsindən yalnız Azərbaycan xilas edə bilər...

Yenixeber.org: Vətən Müharibəsi statusu qazanmış 44 günlük II Qarabağ Savaşı artıq sona çatıb. Bu savaş artıq bir tarixdir. Və bu zəfərin tarixi nəticələri hələ uzun müddət araşdırılacaq.

Ancaq bu savaş və tarixi zəfər elə indi də bir çox önəmli nəticələr çıxartmağa geniş imkanlar açır. Üstəlik, həmin nəticələr Azərbaycan xalqına gələcəyə daha inamla baxmaq hüququ tanıyır.

Birmənalı şəkildə aydın oldu ki, ermənilər bir xalq və ya toplum kimi formalaşmağa nail olmayıblar. Bu barbarlar öz sərsəm iddiaları ilə özlərinin uydurduğu tarixin zibilliklərində eşələnməklə məşğuldurlar.

Onların yaratdığı qondarma miflər də cəmisi 44 gün içərisində dağılıb, yoxa çıxdı. İndi özləri də savaşmaq qabiliyyətlərinin nə indi, nə də keçmişdə olmadığını daha yaxşı anlayırlar.

Bunu onların savaşın başladığı ilk gündən dünyanın nüfuzlu dövlətlərinə, xüsusilə də, Rusiyaya davamlı olaraq, yalvarmaları da sübut etdi. Çünki savaşmağı bacaran cəsur xalq heç vaxt başqalarına yalvarmazdı, silahına sarılıb, sona qədər vuruşardı.

Məlum oldu ki, ermənilərin nə normal dövlətləri, nə orduları, nə də doğru-düzgün düşünə bilən siyasi liderləri yoxdur. Belə natamam dövlət məğlubiyyətə məhkum idi.

Digər tərəfdən, aydınlaşdı ki, Ermənistanın işğalı altındakı ərziləri öz əllərində saxlaya biləcəklərinə heç özləri də heç vaxt inanmayıblar. Əmin idilər ki, o ərazilər onların deyil, sahibi bir gün mütləq gəlib, geri istəyəcək və zor-xoş alacaq.

Ona görə də, 30 il işğal altında saxladıqları ərazilərdə heç nə tikməyiblər, sadəcə, dağıtmaqla, talan etməklə məşğul olublar. O ərazilərdə yalnız yeraltı mağaralar qazmaqla kifayətləniblər. Çünki sahibi gələndə verməmək üçün müqavimət göstərə biləcəyinə də əmin deyildi.

Ancaq 44 günlük savaşın nəticələri və ondan sonra baş verənlər torpağın əsl sahibinin kimliyini olduqca qabarıq şəkildə ortaya çıxartdı. Belə ki, savaşdan öncə Ermənistan baş naziri Nikol Paşinyan Qarabağa yalnız əyləncə üçün gedirdi, hətta Şuşada rəqs də etmişdi.

Ancaq Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın kapitulyasiya sənədini imzalamasından dərhal sonra işğaldan azad edilmiş ərazilərə tamamilə fərqli məqsədlərlə səfər etdi. Azərbaycan Prezidenti barbar ermənilərin dağıtdığı həmin ərazilərdə yeni quruculuq prosesinin startını vermiş oldu. Bunu həmin ərazilərə yeni dəmiryolu xəttinin və müasir yolların çəkilməsi qərarı ilə də təsdiqləmiş oldu.

Bu, olduqca ciddi və önəmli fərqdir. Bir dövlət işğal edir, özününkü olmadığı üçün yalnız dağıdır və talan edir. Digər dövlət isə işğaldan azad edir, özününkü olduğu üçün qurub-yaratmaq prosesinə başlayır.

Ancaq işğaldan azad edilmiş ərazilərdə dağıntı o qədər ciddidir ki, bunu normal insan toplumunun etdiyinə inanmaq sadəcə, mümkün deyil. Yerləyeksan edilmiş Füzuli şəhərinin qalıqlarına baxdıqda, belə vandalizmə yalnız barbarların qadir olduğu şübhə doğurmur.

Üstəlik, bu barbarlıqlarını hələ də eynilə davam etdirirlər. Belə ki, Azərbaycana qaytaracaqları ərazilərdə meşələri məhv edirlər, qarşılarına keçən hər şeyi yandırırlar, xarabalığa çevirməyə çalışırlar. Yəni əsl ekoloji terror törədirlər. Eyni zamanda, getmək istəmədiklərini deyib, ağlayırlar.

Ancaq unutduqları bir şey var. Anlamırlar ki, son 30 ildə və indi törətdikləri vandalizmə görə mütləq cavab verməli olacaqlar. Azərbaycan bu barbarlar ucbatından məruz qaldığı bütün zərəri hesablayıb, sənədləşdirib, beynəlxalq məhkəməyə müraciət edəcək. Və Ermənistan uzun illər ərzində Azərbaycana nəhəng məbləğdə təzminat ödəmək məcburiyyətində qalacaq.

Digər tərəfdən, bu barbarların nəhayət, anlaması lazımdır ki, savaş artıq bitdi, Dağlıq Qarabağ adlı problem də mövcud deyil. Bunu nə qədər tez anlasalar, reallıqla barışsalar, bir o qədər fayda əldə edə bilərlər. Əks halda, illərlə vaxtlarını bağırıb-çağırmağa, sərsəm iddiaların əsiri olmağa sərf etməli olacaqlar.

Bu sadə reallığı ermənilərdən başqa hər kəs, bütün dünya artıq qəbul edir. Ermənilər bu reallığı qəbul etmək istəmədikcə, gücləri yalnız öz içlərində didişməkdən başqa heç nəyə çatmayacaq, yenə də müasir inkişaf prosesindən kənarda qalacaqlar.

İsrailli politoloq Yuri Boçarovun dedikləri də bunu təsdiqləyir: “Hazırda Ermənistan vətəndaş müharibəsi astanasındadır. Bu, həmişə məhz insanların gözündən pərdə düşəndə baş verir. İndiki halda, böyük və yenilməz Ermənistan haqqındakı mif yenidən zibil yeşiyinə atıldı, gorbagor oldu. Müharibədəki məğlubiyyətdən sonra minlərlə ölən əsgərdən əlavə, drama mənəvi travma – Ermənistan tərəfindən imzalanan kapitulyasiya sənədi və ermənilərin Azərbaycan torpaqlarından çıxarılması da əlavə olundu”.

Göründüyü kimi, hər şey çox sadə həqiqətlərin üzərində indeksləşib. Üstəlik, Azərbaycan Prezidenti İlham Əliyev də öz açıqlamaları ilə onlara inkaredilməz reallığı görməyə yardım edir.

Belə ki, Azərbaycan Prezidenti Ermənistanın kapitulyasiya sənədini imzalamasından dərhal sonra açıq mətnlə bəyan etdi ki, Dağlıq Qarabağa heç bir xüsusi status verilməyəcək. Prezident İlham Əliyev bu açıqlamasını işğaldan azad edilmiş Füzuli və Cəbrayıla səfəri zamanı da təkrar etdi: “Heç bir statusdan söhbət gedə bilməz”.

Yaranmış vəziyyətin Ermənistan üçün əlverişli olmadığını Rusiya prezidenti Vladimir Putin də izah etməyə çalışdı. Kreml sahibi vurğuladı ki, Ermənistan heç bir təcavüzə məruz qalmayıb, Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün hərbi əməliyyatlar aparıb: “Beynəlxalq hüquqa görə, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”.

Ən önəmli reallıqsa, Ermənistanın gələcək taleyi ilə bağlıdır. Belə ki, Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaqda özü maraqlı olmalıdır. Çünki indi Ermənistanı Cənubi Qafqaz regionunun xəritəsindən silinmək təhlükəsindən yalnız Azərbaycan xilas edə bilər. Azərbaycanla iqtisadi-ticari əlaqələr qurmadan Ermənistanın dağıdıcı səfalətdən və xaosdan yayına bilməsi qətiyyən inandırıcı görünmür.

Ona görə də indi rəsmi İrəvan prinsipial seçim etmək məcburiyyətindədir. Ya “böyük Ermənistan” sərsəmləməsindən birdəfəlik imtina etməli və regiona dövlətləri ilə ortaq inkişaf prosesinə qoşulmalıdır. Ya da ki, öz aqressiv ritorikasına sadiq qalaraq, regional inkişaf layihələrində iştirakdan məhrum olunma taleyi ilə barışmalıdır. Bu halda, Ermənistanı ölkədaxili xaosun, ardıncasa dövlət kimi yox olma təhlükəsinin gözlədiyi qətiyyən şübhə doğurmamalıdır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam