1925-ci ildən bəri rus-ingilis cütlüyü İrandakı 9-10 milyon civarında sayı olan farsı ilana çevirib, ölkə əhalisinin 60 faizini təşkil edən türklərin boğazına sarımışdır…
Yenixeber.org: Bu gün bir çoxları 1918-ci ildə ADR qurucularının «Türkləşmə, islamlaşma, müasirləşmə» (Avropalaşma) şüarına, Türkiyədə əhalinin xeyli hissəsinin, eləcə də faktiki olaraq Türkiyənin dövlət başçısının, aparıcı siyasi partiya başçılarının islamçı, dindar olduğunu nəzərə alaraq Türk Dövlətləri Birliyinin, yaxud Vahid Turan Dövlətinin islam birliyi və ya türk-islam birliyi əsasında təşkil edilərək, Türk-İslam xəlifəliyinin yaradılmalı olduğunu mətbuatda israrla təbliğ edirlər.
Türk-islam birliyi nə deməkdir? Əgər söhbət türk dövlətləri ilə islam dövlətlərinin ayrı-ayrılıqda dövlət olaraq mövcud olub siyasi, iqtisadi, hərbi və s. birliyindən və ya Avropa Birliyi tipli birliyindən söhbət gedirsə, bu dövlətlərin hər hansı birliyinin qurulması üçün əsas olan ümumi maraqlar mövcud olmalıdır.
Anası yəhudi olan, bizim millətin dahisidir deyib, dünyanın o başından, ABŞ-dan gətirib Bakıda, Fəxri Xiyabanda böyük hüzn və təntənə ilə dəfn etdiyimiz Lütfizadədən imtina edib İsrailə göndərəkmi?
İşlədiyi dövrdə bir ədəd elmi əsasları olmayan, səthi dissertasiyanı, ən yüksək vəzifəli şəxslərin təpkilərinə, hətta ona verdikləri «İstiqlal» ordeninə görə belə, təsdiq etmədiyi səbəbindən tutduğu vəzifədən uzaqlaşdırılandan sonra, ölkəjə yenidən orta məktəb səviyyəsi belə olmayan, «çox hörmətli» alimlərin yağışdan sonra göbələk kimi bitdiyi, Ali Attestasiya Komissiyasının sədri, anası erməni olan Azad Mirzəcanzadədən imtina edəkmi? Bu alimlər, eləcə də ölkədən didərgin salınan, məhv edilən ziyalılarımız Azərbaycanda qalıb, yaradıcılıqla məşğul olsaydı və ya onlar kimiləri Turanda olsa, Turan qısa zamanda sürətlə inkişaf edərək dünyanın ən inkişaf etmiş, zəngin, savadlı vətəndaşları olan, bütün sahələrdə dünya nəhənginə çevrilməzmi? Bizim problemimiz heç bir gendə deyil. Bəşəriyyət ibtidai icma quruluşundan çıxdıqdan sonra, hələ biologiya elmi meydana gəlməmişdən, insanlar kiçik qrup halında, kasad genetik müxtəlifliyində dünyaya gələn nəsillərin, xəstə, zəif, kifayət qədər məhdudiyyətləri olduğunu kor-koranə də olsa tarixən qısa bir zamanda dərk etmişlər. Bu gün də öz genlərini zənginləşdirmək, yeniləmək məqsədilə bir çox millətlər başqa millətlərlə inteqrasiyaya qadağa qoymurlar. Lakin hər işdə olduğu kimi, bu prosesin də öz düzgün qaydası, mizan-tərəzisi var. Əgər bunu gənc şair İbrahim Xudainin poetik dili ilə ifadə etsək belədir:
Elə sev boranı, ayazı, qarı,
Yetimi isidən küləyə dönsün.
Qüsursuz Allahı sevməyə nə var,
Elə sev şeytanı, mələyə dönsün.
Bunun cəmiyyətdə hüquqi müstəvidə, qanunvericilik qaydasında həlli isə hüquqşünas Məmmədxan Əzizxanlı ilə birlikdə tərtib etdiyimiz Turan dövlətinin anayasasının əsas müddəalarında öz həllini tapıb.
Üçüncüsü, Turanın qurulması təkcə Türkiyə və Azərbaycanın deyil, bütün türklərin, xüsusilə bu günə mövcud olan müstəqil türk dövlətlərinin birgə fəaliyyətinin nəticəsi ola bilər. «Yeni maarifçi nəslin dini dəyərlərlə zənginləşdirilməsi» dedikdə isə antisanitariya yuvasına çevrilən saqqalların uzanmasımı, şalvarların qısalmasımı, bu «zənginləşmə» nəticəsində Qarabağ uğrunda döyüşlərdə Şəhidlərin ya Qazilərin cərgəsində şərəflə, məğrur dayanmalı olan Taleh Bağırzadə kimi oğullarımızın çox təəssüf ki, obyektiv olaraq zindanlarda çürüməsini, pəhləvan cüssəli, müasir görkəmli oğullarımızın fars nökəri olub, mənəviyyatı xarici görkəmindən də iyrənc olan İrandan gələn birisinin qarşısında ikiqat əyilib, müti qul tək onun əlindən öpməsinimi, 4-5 yaşlı qızcığazları yayın cırcıramasında hicaba bürüyüb sağlamlığına, fiziki inkişafına körpəlik həyatına, hüququna təcavüzümü, islam dininin vətəni, Məhəmmədin goruna ziyarətə gələnlərdən ildə 30 milyard ABŞ dolları qazanıb, dünyanın qabaqcıl universitetinin təhsilini gördükdən sonra belə, «qadınlar da bəzi hallarda insandır», deyən Səudiyyə Ərəbistanı vəliəhdi Salmanın mənəviyyatını, şüurunu, dostunun arvadı ilə öz arvadının barterini edən Məhəmməd peyğəmbərin mənəviyyatınımı nəzərdə tutduğunuzu bilmirəm. Lakin islamın türk birliyinin reallaşdırılması üçün, eləcə də Turan qurulduqdan sonra da, onun mövcudluğu və müasir şəraitdə iqtisadi-ictimai inkişafı üçün ən təhlükəli bir maneə olduğu inkaredilməzdir. Bu maneənin mövcudluğu məlum olduğu kimi, onun aradan qaldırılmasının vasitə və üsulları da artıq bəllidir.
Bunlar hamısı «Turan dövlətinin Firidun İbrahimi Anayasasında» özünün anayasa qanunları statusunda hüquqi-nəzəri həllini tapıb. Turan quruculuğu prosesində siz dediyiniz yeni nəsil hüquqşünasların Turan qanunvericiliyinin tərkib hissəsi olan konkret qanunları bu Anayasada göstərilən məzmun və çərçivədə, həm də bu günkü deklorativ qanunlar kimi yox, bu proseslərin bütün halları, durumları və reallaşma mexanizmləri ilə birlikdə işləyib hazırlamağın öhdəsindən ləyaqətlə gələcəklər.
Dördüncüsü, «türk-islam coğrafiyasının iç-içə keçməsi dedikdə isə, bu ancaq farslı, ərəbli, zəncili bütün islam dövlətlərinin türklər tərəfindən işğal edilib Türk-islam xəlifəliyi qurulması ola bilər».
Birincisi, türk dövlətləri, (hətta bu günə müstəqil olmayan türklərin torpaqlarını nəzərə almadan) birləşərək vahid Turan yaradacağı halda Turan dövlətinin başqa millətlərin milli ərazisinə, nə də onların faydalı qazınlılarına göz dikməyinə heç bir ehtiyac qalmayacaq. Üstəlik bu günə qədər Azərbaycan ərazilərini işğal etdiyinə görə Ermənistanı dövlət olaraq tanımayan, Türkiyə və Azərbaycan da daxil olmaqla bütün türklərə həqiqi, səmimi qardaşlıq münasibəti sərgiləyən Pakistanın, Turan və ya Türk Birliyilə, federativ və ya konfederativ münasibətlərin, birliyin qurulması bizə öz torpağımızda, öz təbii sərvətlərimizdən istifadə etməklə elmi əsaslara söykənərək sürətlə iqtisadi-ictimai inkişaf etmək üçün tamamilə yetərlidir.
Heç bir milli coğrafiyanı başqa milli coğrafiya ilə milli birlik, yəni, dil birliyi olmadan, hansısa din birliyi əsasında iç-içə keçirmək ancaq işğal vasitəsilə, həm də mexaniki iç-içə keçirmək olar. Belə mexaniki iç-içə keçirmənin nəticələri bu gün də İraqda türkman-ərəb, İranda Azərbaycan, Türkmən türkləri-farslar, Çində uyqur-çin, Rusiyada türk-rus milli münasibətlərində də özünü göstərməkdədir. Bu münasibətlərin ağrılı nəticələri hər iki tərəf üçün sabitlik, inkişaf amili olmadığı aksioma olduğundan,onu izah etməyə ehtiyac duymuram.
Turana, türkün inkişafına daim mane olacaq, daim qanı axacaq bir yaraya çevriləcək islam coğrafiyalarının türk coğrafiyasına pərçim edilərək, iç-içə keçirilməsi türkə lazımdırmı? Əlbəttə ki, yox! 400 il əvvəl başqa xalqları iç-içə keçirən Rusiya bu gün dağılmaqda, İran isə bir kəlmə şeir ilə çalxalanmaqdadır.
Yeddinci əsrdə dünya millətlərinin və dövlətlərinin o dövrdəki durumunda, ərəb Məhəmmədin nağılları əsasında yaradılan, islam dinini əlində bayraq tutaraq dünyanın xeyli hissəsini işğal edib islam xəlifəliyinin yaradılması, sonradan türklərin güclənərək Yerusəlimi belə işğal edən, müsəlman Osmanlı imperiyasının yaradılmasını mümkün edən bütün şərtlər 100 ildir ki, tarixin arxivindədir. Bu gün dünyada tamamilə başqa şərait, yəni, yeni güc mərkəzləri, onların maraqları, güc nisbətləri, bütün insanların şüur, bilik səviyyəsi, ümumilikdə hər bir millət və cəmiyyət üzvlərinin düşüncə tərzi, hər hansı bir Məhəmməd nağılı əsasında türk, ərəb, fars və s. millətlərin bir birlik və ya dövlət çərçivəsində qapayıb türk-islam xəlifəliyi qurmaq iqtidarında deyil. Bunu başa düşmək üçün ən azından islamın əsas altı cəryanından ikisinin iddiaçısı olan, yəni sünnü ərəblərlə, şiəliyi özəlləşdirərək, islam dünyasına ağalıq etmək iddiasında olan fars şovinizmi arasındakı sərt, barışmaz düşmənçiliyə baxmaq kifayətdir. Farslar şiəlik şüarı ilə bir sıra ölkələrdə şiəliyin yayılmasından istifadə etməklə orada öz mili mənafelərinin dayaqlarını möhkəmlədir, Səudiyyə Ərəbistanı Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan kimi türk və s. müsəlmanlar da yaşayan ölkələrdən Məhəmmədin qəbrini ziyarət edərək, «şeytana daş atmaq» kimi gülünc əyləncə ilə məşğul olmağa gələnlərdən hər il 30 milyard ABŞ dolları xalis gəlir əldə edir.
(Ardı var)
Şapur QASİMİ