Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Xristian-islam müharibəsi ola bilər” -Ərdoğan

“Xristian-islam müharibəsi ola bilər” - Ərdoğan
"Avstriya hökumətinin məscidlərin bağlanması və imamların deportasiyası ilə bağlı qərarı islam dininə qarşı yönəlib".

Yenixeber.org: “Deutsche Welle” xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı çıxışında deyib.
O, Avstriyanın bu davranışını sərt şəkildə qınayaraq, lazımi tədbirlər görəcəklərini bəyan edib. Ərdoğan, həmçinin vurğulayıb ki, Avstriya hökumətinin hərəkətləri xristianlıqla islam dini arasında müharibəyə gətirib çıxara bilər.

Qeyd edək ki, Avstriyanın baş naziri Sebastian Kurz öz "Tvitter" hesabında bəyan edib ki, ölkədəki 7 məscid bağlanacaq, 40 imam isə deportasiya ediləcək.

"Avstriya din azadlığını dəstəkləyir, lakin ölkəmizdə siyasi islam və radikalizmə yer yoxdur" deyən Kurz bu qərarın yalnız "Avstriyada türk-islam mədəni və sosial əməkdaşlığı birliyi" təşkilatının dəstəklədiyi məscidlərə şamil ediləcəyini bildirib. Avstriya hökuməti bu təşkilatı ölkədə türk millətçiliyini yaymaqda itiham edir.

Xatırladaq ki, apreldə Avstriya hökuməti paytaxt Vyanadakı məsciddə Çanaqqala müharibəsilə bağlı səhnəni canlandıran zaman şəhid əsgərlər rolunda uşaqlardan istifadə etdiklərinə görə "Avstriyada türk-islam mədəni və sosial əməkdaşlığı birliyi" təşkilatının fəaliyyətini qadağan edəcəyilə hədələmişdi.

Vyana ilə Ankara arasında münasibətlər Türkiyə iqtisadiyyat nazirinin Avstriyaya buraxılmamasından sonra daha da pisləşib. Türkiyəli nazir 15 iyul 2016-cı ildəki dövlət çevrilişi cəhdinin ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcəkdi. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam