Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Mingəçevir Dövlət Universiteti belə təmir edilir-NONSES

 Yenixeber.org: Azərbaycanda Dövlət satınalmaları ilə bağlı yumşaq desək ictimai rəyin birmənalı olmaması sirr deyil. Azərbaycan Respublikası Hesablama Palatasının məlumatlarına görə, dövlət büdcəsinin xərclərinin təxminən 40 faizi dövlət satınalmaları vasitəsilə icra edilir.

Təəssüf ki, dövlət satınalmalarında şəffaflıq problemləri hələ də aktuallığını qorumaqdadır. Son illər isə Azərbaycanda dövlət satınlamalarındakı problemlər o qədər ciddiləşib ki, narahatlıqlar Prezident İlham Əliyev səviyyəsində ifadə olunur. Ekspertlər başda olmaqla media illərdir ki, bu sahədə olan korrupsiya ilə bağlı həyəcan təbili çalır.

Baş nazir Əli əsədov yanvarın 25-də hökumətin iclasında bu məsələni xüsusi qabartmışdır: "Dövlət vəsaitlərindən səmərəli istifadə olunması üçün maliyyə inzibatçılığının keyfiyyəti yüksəldilməli, maliyyə intizamı gücləndirilməli, nəzarət mexanizmləri sistemi təkmilləşdirilməlidir"... “Fiskal dayanıqlığın təmin edilməsi davamlı olaraq büdcə xərclərinin optimallaşdırılmasını, qənaət rejiminin tətbiq olunmasını, artıq və səmərəsiz xərclərin qarşısının alınmasını tələb edir”.
Baş nazir bildirib ki, Prezidentin tapşırığına əsasən, dövlət satınalmalarının şəffaflığı və effektivliyi təmin edilməlidir: "Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınmalıdır. Tenderlərin keçirilməsinə xüsusi önəm verilməlidir".

                                                    ***

Yenixeber.org-a Mingəçevir Dövlət Universitetinin (MDU) “MAYA-AK İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə əməkdaşlığından bəhs olunan məlumatlat daxil olub. Bu məlumatlarda da büdcə vəsaitinin xərclənməsində “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin icrasına şübhə doğuran faktlar yer alır...

(Xatırladaq ki, Mingəçevir Dövlət Universiteti Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Mingəçevir Politexnik İnstitutunun bazasında ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində yaradılmışdır.)

Mingəçevir Dövlət Universiteti “MAYA-AK İNŞAAT” MMC ilə cari təmir işləri ilə bağlı 12.02.2021-ci il tarixdə 78770 manat dəyərində müqavilə bağlayıb. 

Bu əməkdaşlıq barədə məlumatlar dövlət satınalma portalı vasitəsilə ictimaiyyətə açıqlanıb. Amma,... Mingəçevir Dövlət Universiteti bu tələbat və satınalmalarda bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə məlumat vermir(?)

“Dövlət Satınalmaları Haqqında” qanuna uyğun olaraq tender elan edilmədən, tələbat və satınalmada bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə, eləcə də alınan malların miqdarı və sayı haqqında məlumat verilmədən... Mingəçevir Dövlət Universiteti “MAYA-AK İNŞAAT” MMC-ni seçib, 78770 manat büdcə vəsaitini etibar edir.  

Mingəçevir Dövlət Universiteti həm də görüləcək işlərin təfərrüatını açıqlamır(?) Baxmayaraq ki, dövlət qurumu olaraq büdcə vəsaitinin xərclənməsində şəffaflığı təmin etmək, ölkə ictiamiyyətinə dəqiq, dolğun məlumat vermək bu təhsil ocağının da vəzifə borclarından biridir... Xüsusi ilə ölkəmizin indiki məlum maliyyə-iqtisadi durumunda bu məsələ dövlət yetkililərinin məsuliyyətini birə beş artırmış olmalıdır.

Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 saylı Fərmanı ilə qüvvəyə minmiş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən 5000 manatadək olan satınalmalar müqavilə, 5000-50000 manat arası satınalmalar kotirovka sorğusu metodu, qiyməti 50000 manatdan çox olan işlərin, malların və xidmətlərin satınalınması istisna yoxdursa, açıq tender üsulu ilə həyata keçirilir...

Elə isə sual olunur, Mingəçevir Dövlət Universiteti nədən bu qanunu “unudub”? Mingəçevir Dövlət Universitetində cari təmir işləri nə dərəcədə təcili və əhəmiyyətlidir ki, müvafiq tender baş tutmadan hansısa şirkətlə birbaşa müqavilə bağlansın? Burada hansı bir istisna mümkündür ki?

                                                          Şahin Bayramov

 Bildiyimiz qədəri ilə bütün dövlət strukturlarında olduğu kimi Mingəçevir Dövlət Universiteti də hər il növbəti ilin proqnozunu hazırlamalıdır və güman ki, belə də, olur. Yəni bu kimi bu kimi işlərə təlabatın olacağı gözləniləndir. Və bir il əvvəldən proqnozlaşdırılmalıdır. Başqa sözlə Mingəçevir Dövlət Universitetinin “MAYA-AK İNŞAAT” MMC ilə cari təmir işləri ilə bağlı “qaçaraq” müqavilə bağlanmasına bir zərurət görünmür...  

Biz belə bir görünməz zərurətin hansı səbəbdən doğması və digər faktorlara aydınlıq gətirilməsi məqsədi ilə bu ayın 9-da Mingəçevir Dövlət Universitetinin rektoru hörmətli Şahin Bayramova online sorğu ünvanladıq. Sorğumuzda Universitetdən bu tələbat və satınalmalarda bir mənbədən istifadə edilməsinin zərurət və metodunun səbəbləri barədə, eləcə də seçib müqavilə bağladığı “MAYA-AK İNŞAAT” MMC haqqında verilməsi mümkün olan məlumatları istəmişdik.   

Sonrakı telefon cəhdimizdən sonra sorğumuza cavab verildi... Baş mühasib Ş.Muradovun imzası ilə elektron poçtumuza daxil olan cavab belədir:  Sorğunuza cavab olaraq bildiririk ki, Mingəçevir Dövlət Universiteti tərəfindən elan olunan açıq tender elektron platforma üzərindən həyata keçirilib. Bu zaman Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunun müvafiq tələbləri gözlənilib. 

Tenderin qalıbi olmuş podratçı təşkilat zəruri olan bütün sənədləri müvafiq qaydada təqdim edib. Müqavilədə nəzərdə tutulan bütün işlər vaxtında və müvafiq keyfiyyətlə icra olunub”.  

Bunun nə dərəcədə cavab olduğunu buraxaq oxucularımızın və aidiyyatı dövlət orqanlarının ixtiyarına.

                                                             ***

Dövlət satınalamaları haqqında qanundan da məlum olduğu kimi müsabiqənin qalibi olan şirkətin bir sıra standartlara uyğunluğu vacibdir. Bu sırada Tenderin qalibi olan şirkətin analoji işlərdə təcrübəsi, iddiaçının potensial, texniki və kadr imkanları, qalib olduğu müddətə qədər son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı, son bir ildəki maliyyə vəziyyəti haqqında müvafiq bank arayışı və müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları kimi şərtlər sadalanır. Həmçinin qalib şirkətin təsis olunmasından 3 il zaman ötməsi də şərtlər sırasında yer alır. 

Digər tərəf-“MAYA-AK İNŞAAT” MMC ilə isə əlaqə yaratmaq cəhdlərimiz nəticəsiz oldu. Səbəb isə bu qədər büdcə vəsaitinə iddialı bir şirkətin inernet üzərindən heç bir əlaqə kordinatının olmamasıdır(?) Ümid edək ki, qarşıdakı günlərdə hər iki tərəf Mingəçevir Dövlət Universitetinin cari təmir işləri ilə bağlı redaksiyamıza geniş məlumat verəcək.(yenixeber.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam