Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Dövlət satınalmalarını “satılmaqdan” necə qurtarmalı?-PROBLEM

 



Azərbaycanda satınalmalarla bağlı problemlər hələ də qalmaqdadır.



Yenixeber.org: Məsələnin hətta hökumətin müşavirəsində müzakirəyə çıxarılması durumun ciddi olmasına işarədir. Xatırladaq ki, ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş toplantıda maliyyə naziri Samir Şərifov bu sahədəki problemlərə toxunmuşdu.

Ardınca 9 ayın yekunlarına həsr olunan iqtisadi müşavirədə prezident İlham Əliyev də dövlət vəsaitlərinin xərclənməsi istiqamətində problemlər olduğunu, xərclərin şişirdildiyini vurğuladı: "Biz gələn il də ciddi sosial proqramlar icra edəcəyik, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün önəmli addımlar atılacaq, infrastruktur layihələrinin icrası ilə əlaqədar kifayət qədər vəsaitimiz olmalıdır. Ancaq gələn ilin xərclərinə biz çox böyük diqqətlə baxmalıyıq və burada şəffaflığı tam təmin etmək üçün hökumət gərək təkliflər versin. Tezliklə, ilin sonuna qədər bu təkliflərə baxılacaq. Beləliklə, əminəm ki, biz eyni həcmdə olan işi az vəsaitlə icra edə bilərik. Buna nail olmaq üçün, ilk növbədə, şəffaflıq, dövlət nəzarəti və ictimai nəzarət olmalıdır. Bütün dövlət qurumlarına deyirəm, yoxsa onlar pis öyrəşiblər. Hər ilin sonunda büdcə müzakirə olunarkən, sifarişlər göndərirlər. Özü də orada şişirdilmiş rəqəmlər öz əksini tapır, havadan götürülmüş rəqəmlər. Onlardan soruşanda ki, misal üçün bənd tikmək, yol çəkmək, kabel çəkmək bu qədər vəsait barədə rəqəmi haradan götürürsən!? Havadan. Sonra araşdırma aparılır, görünür ki, şişirdiblər. Nəyə görə şişirdiblər? Aydın məsələdir nəyə görə. Buna da son qoyulmalıdır. Ona görə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, - bunu təkcə onların boynuna atmaq olmaz, - hökumət də nəzarətçi kimi şişirdilmiş bütün o rəqəmləri təhlil etsinlər və real rəqəmləri müəyyənləşdirsinlər. O rəqəmləri verənlər gərək məsuliyyət daşısınlar. Əgər bu dəfə bizim dövlət qurumlarımız, şirkətlərimiz yenə də şişirdilmiş rəqəmlər versələr, artıq özlərini ifşa etmiş olacaqlar. Hökumət əlbəttə ki, onların bütün təkliflərinə baxacaq. Amma onlar əgər şişirdilmiş rəqəmləri versələr, öz cəzalarını alacaqlar. Ona görə zəhmət çəkib normal işləsinlər və pis vərdişlərdən əl çəksinlər. Beləliklə, biz büdcəyə böyük qənaət edərik, maaşların, pensiyaların artırılmasına imkan yaradarıq və şəffaflığı təmin edə bilərik. Ona görə qarşıdakı həftələr ərzində gələn ilin büdcəsinin parametrləri ilə əlaqədar çox fəal iş aparılmalıdır”.

Hesablama Palatasının müntəzəm apardığı auditlərin nəticələrində də aşkarlanan nöqsanlar əsasən bu istiqamətdə olur. Xərclərin şişirdilməsi, təyinatından yayındırılması və s. bu kimi hallarla bağlı müxtəlif dövlət qurumlarında kifayət qədər faktlar aşkarlanaraq hüquq-mühafizə orqanlarına təqdim edilir. Təəssüf ki, mövcud reallıq bu araşdırmaları sonunadək izləməyə, əldə edilən nəticələrlə tanış olmağa imkan vermir. Aidiyyatı dövlət qurumları verilən sorğuları cavablandırmaqdan yayınırlar, yaxud araşdırmaların naməlum səbəblərdən aparılmaması məlum olur. Bəs dövlət satınalmaları sahəsində şəffaflığa necə nail olmaq olar? Problem nədədir – qanunvericilikdə, yoxsa praktikada?

İqtisadçı ekspert Pərviz Heydərov saytımıza açıqlamasında bildirdi ki, satınalmalar dövlət büdcəsi vəsaitlərindən səmərəli istifadə olunması məsələsində ən çox diqqət yetirilməsi vacib sayılan sahədir və son vaxtlar bu sahədə nizam-intizamın təmin olunması, qanunvericilikdə müəyyən təkmilləşdirmələrin həyata keçirilməsində, elektron mexanizmdən istifadədə bir sıra addımlar atılıb: "Belə ki, dövlət satınalmaları prosesinin elektron qaydada həyata keçirilməsi üçün vahid internet portalı yaradılıb, həmçinin satınalan təşkilatların tenderdə iştirak prosedurları sadələşdirilib və müraciətlərə baxış günləri minimuma endirilib və sair. Ümumiyyətlə, "Dövlət satınalmaları haqqında” qanunun qüvvəyə minməsi ilə ölkədə dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsasları müəyyənləşdirilərək, satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühiti yaradılması prinsipləri və qaydaları kifayət qədər aydın şəkildə təsdiqini tapıb. Bununla belə, islahatlar və dəyişikliklər yenə davam etdirilməlidir. Və bütün bunlar, özlüyündə daha çox səviyyədə sadələşdirməni ehtiva etməlidir. Oktyabrın 15-də dövlət başçısının yanında keçirilən iqtisadi müşavirədə ölkədə xüsusən, bu ilin əvvəlindən etibarən həyata keçirilməyə başlanılan islahatların uğurlu nəticələr verdiyi ilə yanaşı, daha da çox irəli getməyə mane olan və hətta, əldə olunmuş nəticələrə belə xələl gətirmək gücünə malik sədlərin də mövcudluğu barədə ciddi fikirlər səsləndi. Belə ki, bilavasitə Prezident İlham Əliyev tərəfindən bəyan edildi ki, hər ilin sonunda büdcə müzakirə olunarkən, sifarişlər göndərirlər, orada şişirdilmiş rəqəmlər öz əksini tapır, havadan götürülmüş rəqəmlər. 2 ay öncə, maliyyə naziri Samir Şərifov isə demişdi ki, dövlət büdcəsinin xərcləri ahəngdar icra olunmalı və xərclərin böyük bir hissəsi ilin sonuna - noyabr-dekabr aylarına təsadüf etməməlidir. Hesab edirəm ki, ümumiyyətlə, satınalmalara nəzarət edən qurum tam müstəqil olmalıdır, üstəlik, hesabatlılıq artmalıdır, görülən işlərin səmərəlilik dərəcəsi əsaslandırılmalıdır və sair. Satınalan qurum - malları (işləri və xidmətləri) satınalan dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlardır. Eyni zamanda, bunlarda dövlətin payının və cavabdehliliyinin də minimuma endirilməsinə nail olmaq tələb edilməkdədir. Yəni, məsələyə kompleks yanaşmaq lazımdır. Sözügedən məsələdə nə qədər çox sadəliyə nail olunsa, əyintiyə şanslar bir o qədər çox ortadan qalxmış olacaq. Ona görə də bu sahədə islahatlar ardıcıl xarakter daşımalıdır”.

İqtisadçı ekspert Nazim Bəydəmirlinin sözlərinə görə, vəziyyətdən çıxmaq üçün ilk öncə məmur sahibkarlığı ləğv olunmalıdır, inhisarçılıq aradan qaldırılmalıdır: "Səlahiyyətləri əllərində cəmlənmiş bir çox nazirliklərin rəhbərləri əslində sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar, bu, heç kəsə də sirr deyil. Dövlət satınalmaları vasitəsi ilə həyata keçirilən layihələr belə həmin nazirliklərin qeyri-rəsmi bölgüsü əsasında həmin şirkətlərə verilir. Buna bir daha sübut gətirməyə ehtiyac da yoxdur. Jurnalist araşdırmalarında bu mövzuda kifayət qədər danışılıb. Məmur nə zamana qədər sahibkarlıqla məşğul olursa, o, dövlət işi ilə məşğul olmayacaq”.(qaynarinfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam