Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Rusiya, Çin və İran birgə hərbi təlim keçirəcək -ABŞ "dəli olub"

Amerika Birləşmiş Ştatlarının (ABŞ) düşmələrinin - Rusiya, Çin və İranın yaxınlaşması elə bir vaxtda baş verir ki, yeni prezident Co Bayden bəyan edir: «Amerika qayıdır» ki, beynəlxalq işlərdə başlıca rolunu oynasın.

Yenixeber.org: Bu dövlətlərin hərbi-dəniz təlimləri fevralın sonuna planlaşdırılıb. Bu barədə Amerikanın «Newsweek» jurnalı yazır və həmin 3 ölkəni «Birləşmiş Ştatların düşməni» adlandırır.

Rusiya, Çin və İranın üçtərəfli hərbi-dəniz təlimlərinin keçirilməsi barədə Moskvanın Tehrandakı səfiri Levan Cigərxanyanın (görünür ki, Moskvanın Tehran səfirinin erməni olması həm Rusiyanın, həm də İranın marağındadır!) bəyanatı ABŞ siyasi isteblişmentini «dəli edib».

«Növbəti çoxtərəfli hərbi-dəniz təlimləri fevralın ortalarında (2021) Hind okeanının şimal hissəsində keçəcək. Onların gedişində həm də atarış-xilasetmə əməliyyatlarının və gəmiçiliyin təhlükəsizliyinin təminatı tədbirlərinin keçirilməsi zamanı qarşılıqlı fəaliyyəti məşq etmək planlaşdırılır» - məqalə müəllifi Tom O*Konner Rusiya səfirindən sitat gətirir.

Qeyd olunur ki, ABŞ-ın düşmənlərinin ixtiyari yaxınlaşması o vaxt baş verir ki, Bayden bəyan edir - «Amerika qayıdır» və ənənəvi xarici-siyasi tendensiyalara növbəti qayıdışa işarə edir. Məlumdur ki, bu istiqamətdə vəziyyət sabiq prezident Donald Trampın «Amerika - hər şeydən əvvəldir» prinsipinə əsaslanın siyasəti çərçivəsində dəyişib.

«Bu istiqamətdə Baydenin nə qədər uzağa gedəcəyi hələlik aydın deyil. Amma onun administrasiyası Rusiyaya yönəlik sərt fəaliyyət göstərəcəyini vəd edir və bunun əvəzində yeni prezidentin komandası ABŞ-ın keçmiş prezidenti Donald Trampın Çin və İrana qarşı sərt siyasətindən dönür. ABŞ İrana qarşı sanksiyalar tətbiq edib, o zaman Tramp birtərəfli qaydada 2015-ci ildəki nüvə sazişindən çıxmaq qərarına gəldi» - məqalədə deyilir.

Cigərxanyanın təsdiqlədiyı bu məqama diqqət yönəldilir ki, Rusiya bu sazişi təsdiqləyir və bəyan edir ki, İranla əməkdaşlıq davam edir, həm də Buşehrdə AES tikintisi layihəsi çərçivəsində davam edir. «Rusiya-İran hərbi-texniki əməkdaşlığının müasir tarixi 50 ildən artıqdır - Cigərxanyan deyib - Uzun illər ərzində bu həssas sfera üzrə bizim ölkələrimiz arasında hər iki tərəfin maraqları nəzərə alınmaqla, dayanıqlı təmaslar formalaşıb».

Rusiyalı diplomat bəyan edib ki, Moskva və Tehran arasında ikitərəfli münasibətləri nəzərdə tutan müqavilənin müddətinin avtomatik olaraq, növbəti 5 il üçün uzadılacağına ümid edir. Müqavilə 20 il bundan əvvəl imzalanıb.

O*Konnor yazır ki, rusiyalı diplomat ölkəsinin İranla yeni müqavilə bağlamaq müzakirələrinə hazır olduğunu da bəyan edib.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam