Redaktor seçimi
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Mehdiyev yenə gündəmdə-AMEA prezidenti ayaqda qalmağın yolunu özünümüdafiədə və əks-hücumda görür

 

Yenixeber.org: Ötən il Vətən müharibəsindən öncə ölkənin informasiya məkanında adı tez-tez hallanan AMEA prezidenti Ramiz Mehdiyev bir neçə aylıq fasilədən sonra yenidən gündəmə gəlib. Fevralın 7-də AMEA Mətbuat və informasiya şöbəsi qurumun saytında açıqlama yayıb.

Açıqlamadan belə anlaşılır ki, KİV-də akademik Mehdiyevə qarşı kiminsə sifarişi əsasında böhtan atılır, yalan informasiyalar tirajlanır. Qeyd olunur ki, R.Mehdiyev Azərbaycan dövlətçiliyinə 49 il sədaqətlə xidmət etmiş, Heydər Əliyevin və indiki prezident İlham Əliyevin etibarlı silahdaşı olmuş tanınmış dövlət və elm xadimidir. “Dövlət qarşısındakı xidmətlərinə görə Ramiz müəllim ölkəmizin ali orden və mükafatları ilə, o cümlədən ölkənin ən ali mükafatı – Heydər Əliyev ordeni ilə təltif edilib. Akademik Ramiz Mehdiyev AMEA-nın prezidenti postunda bu gün də, həmişə olduğu kimi, ölkə başçısı İlham Əliyevin yürütdüyü idarəçilik xəttinə sadiq qalmağa və onun tapşırıqlarını öz fəaliyyətində rəhbər tutmağa davam edir”, – deyə bildirilir.

Açıqlamada daha sonra vurğulanır ki, Ramiz Mehdiyevin fəaliyyətinə dövlət rəhbərliyi tərəfindən daim yüksək qiymət verilib: “Ona görə də, böhtan xarakterli yazılarla öz aləmlərində Ramiz Mehdiyevi gözdən salmaq, onu ləkələmək istəyənlər ilk növbədə mənəvi eybəcərliklərini, qeyri-peşəkarlıqlarını nümayiş etdirirlər…”

Əvvəla, onu qeyd edək ki, R.Mehdiyev artıq bir neçə dəfədir ki, rəhbərlik etdiyi AMEA-nın rəsmi saytından istifadə etməklə özünə qarşı tənqidlərə, ittihamlara cavab verir. Halbuki mediada akademikin elmi fəaliyyəti, rəhbərlik etdiyi AMEA-da baş verənlər yox, onun özü ilə əlaqəli məsələlər – yaxın keçmişi, siyasi mövqeyi və iddiaları, qohumları ilə bağlı məsələlər gündəmə gətirilir, tənqid olunur. Bunlara cavab vermək üçün Akademiyanın informasiya resursundan istifadə edilməsi ən azı sual doğuran məqamdır.

Mehdiyevin yenidən özünümüdafiəyə ehtiyac duyması isə son günlər ölkədə baş verən hadisələrlə bağlıdır. Çünki proseslər vaxtilə onun rəhbərlik etdiyi bürokratik sistemin dağıdılması və akademikə yaxın olmuş bəzi adamların məsuliyyətə cəlb olunmasını əhatə edir. Bura Mehdiyevin ailə üzvlərinin biznesini, onların kapitalını idarə etmiş şəxslərin həbsini də əlavə edəndə AMEA prezidenti üçün mürəkkəb vəziyyətin yarandığı görünür. Keçmiş PA rəhbəri fərqindədir ki, bu tendensiya hansısa formada onu da ağuşuna ala bilər, çünki son məqsəd elə onu zərərsizləşdirməkdir.

Mehdiyevin ahıl yaşında belə problemlərlə üzləşməsi təsadüfi deyil. Burada hansısa qısasçılıq, şəxsi intriqalar da o qədər rol oynamır. Məsələ bilavasitə AMEA prezidentinin siyasi iddiaları və fəaliyyəti ilə bağlıdır. O, hakimiyyətdə tutduğu yüksək postu itirsə də, imtiyazlarını itirmək istəmir. Özü də ifadə edib ki, mövcud sistemin qurulmasında, yaşamasında və güclənməsində mühüm rola sahib olub. Məntiqlə, bu da ona ömürlük imtiyazlar və hakimiyyətdən pay verilməsini şərtləndirir. Konkret ifadə etsək, Mehdiyev istəyir ki, idarəçilik sistemində yenə söz sahiblərindən biri olsun, bəzi kadrların təyinatında, yaxud işdən çıxarılmasında, nüfuz dairələrinin müəyyənləşməsində iştirak etsin. O, Prezident Administrasiyasının rəhbəri postundan uzaqlaşdırıldıqdan sonra bir gün də olsun bu niyyətindən vaz keçməyib. Mehdiyevin AMEA-da kadrların yerini tez-tez dəyişməsi, qurumları ləğv etməsi, birləşdirməsi və s. qərarları da sanki dövlət idarəçiliyinin imitasiyasıdır. Akademik bununla təskinlik tapır.

Mehdiyev yaxşı bilir ki, “vurulan” oliqarxlar üçün iki məsələdə heç bir güzəşt olmur: sistemdə təsir imkanlarını və nəhəng maliyyə resurslarını qoruyub-saxlamaq. Mehdiyev bu iki şərti pozub. O, dövlət idarəçiliyinə nüfuz etməkdən məhrum edilsə də, hələlik əlindəki sərvətlərə nəzarət edə bilir. Amma gec-tez məntiqi sonluğun baş verəcəyinin fərqindədir və bütün gücünü “qiyamət”in ləngiməsinə səfərbər edib.

Ramiz Mehdiyevin mövqeyini əks etdirən açıqlamada media tənqid hədəfi seçilib. Əlbəttə, o yaxşı bilir ki, ona qarşı sifarişli kampaniya aparan KİV bu prosesdə ən son həlqədir. Proseslər kifayət qədər sistematikdir: onun ailə üzvlərinin biznesini idarə etmiş şəxs həbs edilir, yaxın qohumları işdən çıxarılır, Rusiya sülhməramlı qoşunları gəldikdən sonra keçmiş məmurların dövlət çevrilişinə hazırlaşdığı barədə versiyalar ictimai müzakirəyə buraxılır… Bir sözlə, vaxtilə Mehdiyevin özünün rəqiblərinə qarşı həyata keçridiyi tədbirlər bu dəfə ona qarşı yönəlib. Bundan yaxa qurtarmağın ən yaxşı yolu hakimiyyətdən qopmamaqdır.

Mehdiyev AMEA kimi böyük təşkilata rəhbərliyə getməklə sistemin içərisində qaldığını düşünsə də, görünür, yanılıb. Ona görə də, son çarəni özünümüdafiədə və əks-hücumda axtarır. Bu kontekstdə onun daha kəsərli vasitələrə əl atacağını düşünmək olar. Amma nə qədər müqavimət göstərə biləcəyi şübhəlidir. Çünki Mehdiyev klanı hakimiyyətlə bərabər, xalqdan da qopub. Ölkə daxilində onu ayaqda saxlayacaq dayaqlar mövcud deyil.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam