Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ramiz Mehdiyev özünü öz yaratdığı mətbuatdan qorumağa çalışır

 
Milli Elmlər Akademiyasının (AMEA) mətbuat və informasiya şöbəsi növbəti dəfə KİV-ə jurnalistlərin “kiminsə sifarişi ilə” böhtan və yalan yaymamaqdan ibarət olan “əsas missiyasını xatırladan” müraciət ünvanlayıb.

Yenixeber.org: Şöbə AMEA prezidenti Ramiz Mehdiyevin 49 il ərzində fasiləsiz olaraq dövlət fəaliyyəti göstərdiyini, bu fəaliyyətin onu dövlət mükafatları ilə təltif edən prezidentlər Heydər Əliyev və İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini bildirir.

Bu gün AMEA prezidenti vəzifəsini tutan Ramiz Mehdiyev prezident İ.Əliyevin yoluna sadiqdir və prezidentin tapşırıqlarını yerinə yetirməyə davam edir, deyə müraciətdə bildirilir.

AMEA-nın mətbuat və informasiya şöbəsi KİV adları çəkmədən, müəllifləri R.Mehdiyevə qara yaxmaq istəyən, “qeyri-peşəkarlıq” nümayiş etdirən, obyektivlik prinsiplərinə riayət etməyən və oxuculara qarşı hörmətsizlik edən böhtan xarakterli nəşrlərə diqqət çəkir.

2020-ci ilin sentyabrında yayılan əvvəlki bəyanatlardan fərqli olaraq, bu mətn Ramiz Mehdiyev tərəfindən imzalanmayıb, jurnalistlərə və KİV-ə qarşı təhdid ehtiva etmir və xoşməramlı tonla yazılıb.

Amma müraciətin AMEA-nın rəsmi saytında dəfələrlə öz siyasi bəyanatlarını dərc edən Ramiz Mehdiyevin göstərişi ilə edilməsi şübhə doğurmur.

Mehdiyevin bu dəfəki fəallığı “Baku Steel Company” ətrafındakı qalmaqalla izah oluna bilər. Bu şirkətin sahibi Rasim Məmmədov Dövət Təhlükəsizliyi Xidməti tərəfindən 42 mln. manatı israf etmək ittihamı ilə həbs edilib. Məmmədovun müəssisənin yalnız ona məxsus olması haqqında bəyanatlarına baxmayaraq, mətbuatda bu müəssisə Mehdiyevin mülkiyyəti adlandırılır.

Aydındır ki, Ramiz Mehdiyev korrupsiya kontekstində onun adı keçən nəşrlərin artmasından narahatdır.

Bu müraciəti şərh edən Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev belə deyib: “Məhz Ramiz Mehdiyevin Prezident Administrasiyasına rəhbərlik etdiyi və ideologiyaya nəzarət etdiyi dövrdə Azərbaycanın peşəkar KİV-lərinə ölümcül zərbə endirilib. Onların yerini böhtan, ictimai rəyin aldadılması, cəmiyyətə düşmənçilik mühitinin yaradılmasında ixtisaslaşan aşağı ayarlı media tutub. Bu gün bu media bumeranq qanunu ilə Mehdiyevin öz nüfuzuna xələl gətirir”.(turan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam