Yəhudi icmaları da uyğur məsələsinə səssiz qalmadı
“Guardian” qəzetinin yazdığına görə, Çində uyğurların zülmə və zorakılığa məruz qalması Vaşinqtonla yanaşı Londonu da ciddi narahat edir.
Yenixeber.org: Məlumat üçün bildirək ki, ABŞ Konqresi uyğurlarla bağlı Çinə qarşı sərt sanksiyalar qəbul edib.
Donald Tramp isə prezidentliyinin son günündə Çinə qarşı növbəti sanksiyalar tətbiq etdi. Keçmiş dövlət katibi Mayk Pompeo da vəzifəsinin son günündə uyğurlarla bağlı Pekini sərt tənqid etmişdi. Ağ Evə yeni yiyələnən Cozef Baydenə gəldikdə isə onun Çinlə bağlı siyasətdə dəyişiklik etməyəcəyi bildirilir.
Misal üçün, ABŞ-ın yeni dövlət katibi Entoni Bilnkin Pompeo kimi Çinin uyğurlara qarşı yürütdüyü siyasəti sərt tənqid edib: “Çində uyğurlara qarşı soyqırımı həyata keçirilir”.
London da uyğur mövzusuna həssas yanaşır. Çində “əmək düşərgələrində” zorla saxlanılan uyğurların əməyindən istifadə edən şirkətlərə qarşı sanksiyalar tətbiq edilir. Bu haqda Böyük Britaniyanın parlamentinin qərarı var.
Böyük Britaniyanın yəhudi təşkilatları yanvarın 27-i Holokost günü kimi qeyd ediblər. Böyük Britaniyanın yəhudi təşkilatları həmin gün yalnız yəhudilərin soyqırımı haqqında deyil, uyğurların da soyqırımla üzləşdiklərini bildiriblər.
“Guardian”da yayımlanan məqalədə yazılır ki, yəhudilər özlərinin mənəvi borcu biliblər ki, dünyanın diqqətini uyğurların üzləşdiyi problemə yönəltsinlər. Böyük Britaniya yəhudiləri təşkilatının rəhbəri Britaniya baş nazirinə yazdığı məktubda bunları qeyd edib:
“Biz digər olayların Holokostla müqayisəsinə tənqidi yanaşırıq. Ancaq bu gün Çində baş verənlər 1930 və 1940-cı illərdə faşist Almaniyasında yəhudilərə qarşı törədilən zorakılıqlara bənzəyir. Buna görə biz baş nazir Boris Consona çağırış edirik ki, Çinin uyğurlara qarşı etdiyi zülmə səssiz qalmasın, bunun qarşısını almaq üçün tədbirlər görsün”.
Beləliklə, dünyadakı yəhudi icmaları da uyğurlara qarşı zülmə səssiz qalmamağa üstünlük veriblər. Pekin uzun illər belə bir siyasət yürüdüb ki, guya uyğurlar radikaldırlar və terrorçu təşkilatlar yaradıblar, Suriya və Liviyada savaşırlar. Əlbəttə, uyğurlar içərisində radikallar var və terrorçu qruplara qoşulanlara rast gəlinilir. Ancaq uyğurların mütləq əksəriyyəti normal yaşamaq, öz dilində danışmaq və ibadət etmək istəyir. Pekin uyğurları bundan məhrum edib. Odur ki, Qərb dövlətləri artıq Pekinin “terrorçu uyğurlar” siyasətinə aldanmır və uyğurlar üçün ədalət tələb edirlər.
“Atlas” Araşdırmalar Mərkəzi
Donald Tramp isə prezidentliyinin son günündə Çinə qarşı növbəti sanksiyalar tətbiq etdi. Keçmiş dövlət katibi Mayk Pompeo da vəzifəsinin son günündə uyğurlarla bağlı Pekini sərt tənqid etmişdi. Ağ Evə yeni yiyələnən Cozef Baydenə gəldikdə isə onun Çinlə bağlı siyasətdə dəyişiklik etməyəcəyi bildirilir.
Misal üçün, ABŞ-ın yeni dövlət katibi Entoni Bilnkin Pompeo kimi Çinin uyğurlara qarşı yürütdüyü siyasəti sərt tənqid edib: “Çində uyğurlara qarşı soyqırımı həyata keçirilir”.
Çində iş adamı edam edildi |