Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

London da Çinə qarşı sanksiyalara qoşuldu-ŞƏRH

 

“The Guardian” qəzetinin yazdığına görə, London Çinin Sincan Uyğur Muxtar Bölgəsində uyğurların haqlarının kütləvi şəkildə pozduğuna görə Çin səlahiyyətlilərinə qarşı sanksiyalar və məhdudiyyətlər tətbiq edəcək.
Yenixeber.org: Bu haqda İngiltərinin xarici işlər naziri Dominik Raab parlamentdəki çıxışı zamanı bildirib. Raab Kanadanın da Çinə qarşı oxşar tədbirlər həyata keçirəcəyini vurğulayıb. Bu sıraya Avstraliya, Almaniya, Yeni Zellandiya və Fransa da qoşulacaq. İngiltərinin xarici işlər naziri parlamentdəki çıxışında mövzu ilə bağlı bunları deyib:

“Londonun Çinlə konstruktiv münasibətlər qurmaq və buna nail olmaq üçün yorulmadan çalışmaq istəyirik, ancaq dəyərlərimizi və ya ölkəmizin təhlükəsizliyini qurban verməyə hazır deyilik. Doğru hesab etdiyimiz fikirləri söyləməyə və sözlərimizi əməllə dəstəkləməyə davam edəcəyik. Bu gün bu cür insan haqları pozuntularının qəbuledilməz olduğunu açıq şəkildə nümayiş etdirmək və ingilis iş adamlarını və dövlət qurumlarını bu pozuntulara qarışmaqdan qorumaq üçün yeni tədbirlər elan edirik. Bu tədbirlər dəsti, heç bir İngiltərə təşkilatının, dövlət və ya özəl, istər-istəməz Sincanda Uyğurların və digər azlıqların hüquqlarının pozulmasını təmin edə və ya asanlaşdıra bilməyəcək”.

Dominik Raabın sözlərinə görə, hələlik Çin rəsmilərinə qarşı “Maqnitski düzəlişi” tətbiq olunmayacaq. Məlumdur ki, bu düzəliş korrupsiya yolu ilə varlananlara qarşı tətbiq olunur. Bu düzəlişə görə, London korrupsiyada şübhəli bilinən xarici ölkə vətəndaşlarının Böyük Britaniyadakı mülklərinə və hesablarına həbs qoya bilər, onları vətəndaşlıqdan məhrum edə bilər. Misal üçün eyni düzəlişə görə, Azərbaycan Beynəlxalq Bankının həbsdə olan sədrinin həyat yoldaşı hazırda London məhkəməsində sorğu-sual edilir, onun varidatının mənbəyi araşdırılır.

İngiltərə hökuməti tərəfindən yayımlanan sənəddə izah edildiyi kimi, Çinlə ticarət əlaqələrinə yenidən baxılması nəticəsində krallığın Sincan Uyğur Muxtar Bölgəsinə insan haqlarının pozulmasına səbəb ola biləcək mal ixrac etməməsi təmin ediləcək. Bu cür məhsulların dəqiq siyahısı müəyyənləşdiriləcək və bu qaydalardan kənara çıxan təşkilatlar cərimələnəcəklər. Bundan əlavə, muxtar bölgədə insan haqlarının pozulmasında və məcburi əməyin tətbiq edilməsində təqsirli bilinən Çin şirkətləri Böyük Britaniyanın dövlət satınalmaları tenderlərində iştirak edə bilməyəcəklər.

İngiltərə rəsmiləri son bir ildə dəfələrlə Çinin şimal-qərbindəki Sincan Uyğur Muxtar Bölgəsində “milli azlıqların hüquqlarının pozulması” və ümumiyyətlə insan haqlarının pozulması barədə bəyanatlar veriblər. Raabın verdiyi məlumata görə, bölgədəki əmək düşərgələrində 1 milyona yaxın uyğur saxlanılır. Pekin dəfələrlə bu açıqlamaları sanksiyaların tətbiq edilməsi üçün bəhanə adlandırıb.

Pekinin iddia etdiyi bu “bəhanə” Londonun nəyinə lazımdır? Əksinə, Çində insan haqları pozuntuları olmasa hər bir ölkə kimi London da Pekinlə iqtisadi əlaqələrin inkişafının tərəfdarı olar.

Beləliklə, ABŞ-dan sonra Böyük Britaniya da Çinə qarşı sərt sanksiyalara qoşulub. Uyğurlara verilən əziyyət Londonu da ciddi narahat edir. Böyük Britaniya Avropa İttifaqından çıxmasaydı, Brüsselin Çinə qarşı ümumi qərarına tabe olacaqdı. Avropa İttifaqı isə Çində uyğurlara qarşı tətbiq edilən təzyiqləri pisləsə də, Pekinlə iqtisadi əməkdaşlığı ön planda tutur. Böyük Britaniya artıq Avropa İttifaqının üzvü deyil və deməli Çinə qarşı siyasətini Brüssellə razılaşdırmamalıdır.

Pekinin siyasəti maraqlıdır. Pekin uyğurları əmək düşərgələrində saxladığına görə Qərb ölkələrinin əksəriyyəti ilə üz-göz olub, iqtisadi tərəfdaşlığa kölgə salıb. Buna baxmayaraq, Pekin uyğur siyasətini dəyişmək istəmir, “əmək düşərgələrindən” imtina etmir. Belə olacağı halda isə Pekin Qərb ölkələri ilə münasibətlərinin normallaşacağına ümid etməyə bilər.
 “Atlas” Araşdırmalar Mərkəzi

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam