Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Vətənpərvərlər" və "agentlər"in qızğın mübahisəsinə


                                                                                                               Deməyə sözüm var... 
 

Yenixeber.org: Rusiyanın və onun hərbçilərinin Qarabağdakı hərəkətləri Azərbaycanda çox emosional, hətta təhqir həddinə çatacaq şəkildə müzakirə olunur. Hadisələr “mikroskop altında” nəzərdən keçirilir.

Gürcüstandan olan dostların yaydıqları "abxaz-osetin modeli"nin tərəfdarları Moskvanın Qarabağ ermənilərinə Rusiya pasportunu paylamaq və ya hansısa başqa yolla bu torpaqları Azərbaycandan qoparmaq niyyətinə dair arqumentlər gətirirlər. Artıq Dağlıq Qarabağın Ermənistana verilməsindən danışmırlar. Birinciləri şərti olaraq "vətənpərvərlər" adlandıraq.

Bəzi "vətənpərvərlər" Rusiya sülhməramlılarının Azərbaycanda olmasını sabitləşdirici və ümumilikdə müsbət amil hesab edən opponentləri  "Rusiyanın agentləri" adlandırırlar.

"Agentlər"  deyirlər ki, “prezident” Araik Arutyunyanla qucaqlaşan general Rüstəm Muradovun azərbaycanlılar üçün xoş olmayan fotoları, erməniləri geri qayıtmağa çağıran sərxoş rus əsgərin nitqi sülhməramlıların əsas təyinatını xarakterizə etmir. "Agentlər"  “vətənpərvərlər"i 9 noyabr 2020-ci il tarixindən sonra rusların erməni terrorçuların  əsir götürülməsinə və məhv edilməsinə səssiz qalmasını, Kəlbəcər və Zəngəzurda sərhəd dirəklərinin qurulmasını və bunun  Ermənistanda fəlakətli əhval-ruhiyyəyə səbəb olmasını xatırlamağa çağırırlar.

Qarabağdakı sülhməramlı qüvvələrin rəsmi saytına çox diqqət yönəlib, Rusiya postlarının yerləşməsilə bağlı dəyişən  xəritə xüsusi diqqətlə nəzərdən keçirilir. Sonuncu maraqlı hadisə: yanvarın 5-də Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında texniki səhvə yol verilib. Qarabağda sülhməramlı hərbi həkimlərin səyyar briqadaları haqda məlumatın başlığında region dünyada və Azərbaycanda tanınmayan "DQR" kimi təqdim edilib. İki gün sonra, Bakıda hiddət dolu məqalələrdən sonra Rusiya Müdafiə Nazirliyinin saytının rəhbərliyi texniki səhvi düzəldib və qeyd edib ki,  Azərbaycan Respublikası Dağlıq Qarabağ sakinlərinə tibbi yardım göstərilib.

Bu yaxınlarda rusiyalı mütəxəssislər Ağdamın minalardan təmizlənməsi ilə məşğul olurdular. Öncə onlar Qarabağda ancaq erməni əhalinin yaşadığı  rayonları təhlükəli əşyalardan təmizləyirdilər ki, bu da azərbaycanlıların narazılığına səbəb olurdu.

"Agentlər" və "vətənpərvərlər" haqda düşünmək üçün məlumat hər gün yayılır. Yanvarın 11-də Azərbaycan və Ermənistan rəhbərlərinin Moskva görüşü barədə şayiələr gündən-günə daha çox dərc edilir, bundan öncə isə iki ölkənin milli təhlükəsizlik xidməti rəhbərlərinin görüşü olmalıdır.

 

Yazırlar ki, Nikol Paşinyan Azərbaycanın dövlət sərhədlərini və ərazi bütövlüyünü (əlbəttə ki, Qarabağla birlikdə) tanıyır. Diplomatik münasibətlərin qurulmasına  və ya belə prosesin başlanmasına gəlib çıxa bilər. Hər halda, dekabr ayında Paşinyan etiraf edib ki, diplomatik münasibətlər qurulduqdan sonra Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiyası lazımdır.

Azərbaycanlı "vətənpərvərlər" və "agentlər " arasında söz müharibəsinin sıçrayışları və enişi olur. 2020-ci il  noyabrın 12-də Moskvada Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Bakının Qarabağda ermənilərə mədəni muxtariyyət verməyə hazır olduğunu bildirəndə həmin sıçrayışlardan biri baş vermişdi. Səfirə hücumlar oldu, təhqiramiz ifadələr işə düşdü. Lakin dekabrın 18-də prezident İ.Əliyev BBC News-a deyəndə ki, Dağlıq Qarabağa "müəyyən özünüidarəetmə səviyyəsi" - bələdiyyə idarəetməsi və ya ermənilər üçün mədəni muxtariyyət verməyə hazırdır. Bununla yanaşı, region Azərbaycanın tərkib hissəsi olub və qalacaq, o zaman “vətənpərvərlər” susdular.

"Biz danışıqlar prosesində böyük irəliləyişə nail olmamışıq ki, orada hansı idarəçilik formasının olacağını dəqiq müəyyən edək. Bizim mövqeyimiz ondan ibarətdir ki, müəyyən özünüidarəetmə səviyyəsi, məsələn, bələdiyyə idarəetməsi və ya ermənilər üçün mədəni muxtariyyət olmalıdır. Amma biz bu qədər uzağa getmədik... Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. O, istənilən başqa region kimi, Azərbaycanın tərkib hissəsi olaraq qalacaq", - “AzərTAc” Dövlət Agentliyi cənab Əliyevin sözlərindən sitat gətirib.

 

Belə olduğu halda "xainlər" kimdir və “vətənpərvərlər” onlardan nə istəyirlər? Müzakirə edənlərin nəzərinə çatdırım ki, 2020-ci il müharibəsinə qədər prezident başda olmaqla, Azərbaycanda adamların əksəriyyəti  Qarabağ ermənilərinə dünyada məlum olanlardan ən yüksək muxtariyyət statusu verilməsini uğurlu variant hesab edirdilər. Bunu İ.Əliyev dəfələrlə hamının səssiz razılığı ilə bəyan edib. Belə muxtariyyət daxili təhlükəsizlik orqanlarının, polisin, öz muxtar iqtisadiyyatının, bəlkə də hakimiyyət rəmzlərinin - bayrağın, gerbin mövcudluğunu nəzərdə tutur. Xarici siyasət Bakıda qalır.

Hazırda Qarabağda keçmişdə vəd ediləndən nə isə görürük. Qarabağın erməni əhalinin olduğu hissəsinin faktiki rəhbəri V.Balasanyan öz güc strukturlarını yaradır. Ermənistan Qarabağ ermənilərindən uzaqlaşdırılır – bu barədə Xankəndidəki blogerlər danışırlar. Biz Ermənistanla dinc danışıqların nəticələrinə əsasən almaq istədiklərimizə təxminən nail olduq. Yerevan əməli danışıqlara getmədi, buna görə də DQMV-nin keçmiş ərazisinin üçdə bir hissəsini itirməklə güc yolu ilə sülhə məcbur edildi. Azərbaycana Şuşa, Hadrut, Əsgəran və regionun şimalında ərazilər şəklində bonus hədiyyə edildi. Ümumilikdə isə orada müharibədən öncə azərbaycanlıların arzuladığı "yüksək muxtariyyət" yarandı. Azərbaycanlılar 28 ildə almaq istədiklərini aldıysa əgər, üstəlik bonus da varsa, nədən narazıdırlar?(turan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam