Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Rusiya ilə münasibətləri bundan sonra necə qurmalıyıq?-ŞƏRHLƏR

Mehman Əliyev: “Rusiya-Azərbaycan münasibətləri yaxşı vəziyyətdədir. Daha da inkişaf etdirmək lazımdır”

Yenixeber.org: Rusiyanın Dağlıq Qarabağdakı fəaliyyəti narahatlıq yaratmağa başlayıb. Bu ölkə Müdafiə Nazirliyinin sülhməramlı əməliyyatla bağlı vaxtaşırı yaydığı xəritələr qalmaqala səbəb olur. Dağlıq Qarabağa yerləşdirilmiş rus hərbçilərinin komandiri, general-leytenant Rüstəm Muradovun separatçı rejimin başçısı Araik Arutunyanla münasibətləri, görüşüb-qucaqlaşması Azərbaycan ictimaiyyətində narazılıqla qarşılanır. Hətta Dağlıq Qarabağ ermənilərinə Rusiya pasportlarının paylanacağı kimi təhlükəli ssenarinin işə düşəcəyi haqda iddialar da səslənir. Bütün bunlar Moskvanın vaxtilə Gürcüstanın separatçı bölgələri – Cənubi Osetiya və Abxaziya ilə bağlı siyasətini Dağlıq Qarabağda da təkrarlayacağına dair qorxu yaradır.

Belə bir vəziyyətdə ən aktual suallardan biri budur ki, Azərbaycan bundan sonra Rusiya ilə münasibətlərdə necə davranmalıdır? Bəlkə Bakı mümkün təhlükəli ssenarilərin qarşısını almaq üçün Rusiya ilə daha çox yaxınlaşmalı, onun inteqrasiya layihələrinə (Avrasiya İqtisadi İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) qoşulmalıdır?

Bu barədə suallarımıza cavab verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da bildirdi ki, Rusiyanın Dağlıq Qarabağ siyasəti təhlükəli həddə çatıb. Onun sözlərinə görə, hələ noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə Bəyanat qəbul olunarkən Rusiyanın davranışının gələcəkdə Azərbaycana müəyyən təhlükələr yarada biləcəyi ehtimalı var idi. E.Şahinoğlunun fikrincə, o zaman Azərbaycan Türkiyənin də prosesdə fəal iştirakında israrlı olmalıydı:

“Şuşa işğaldan azad ediləndən sonra bizi məcbur etdilər ki, Xankəndi və ətraf ərazilərə rusiyalı hərbçilər yerləşdirilsin. O zaman biz məsələni belə qoymalıydıq ki, Rusiya yerləşəcəksə, mütləq Türkiyə də olmalıdır. Artıq bu məsələ arxa plana keçdiyinə görə indi Rusiya Dağlıq Qarabağda bildiyini edir”.

Ekspert hesab edir ki, bundan sonra Azərbaycan Rusiya ilə daha çox yaxınlaşma siyasətini həyata keçirsə belə, yenə onun təxribatlarından qurtula bilməyəcək:

“Onsuz da illərdir biz Rusiya ilə yaxınlaşmağa çalışırıq ki, qarşı tərəfdən ədalətli mövqe nümayişi görək. Amma olmadı. Rusiyalı hərbçilərdən birinin mediaya müsahibəsi vardı, deyir ki, “biz Dağlıq Qarabağa xristianları müdafiə etmək üçün gəlmişik”. Yəni erməniləri müdafiə eləməyə. Tarixdə də belə olub. 80-ci illərin ortalarında Dağlıq Qarabağda erməni separatizmi baş qaldıranda orada onları silahlandıran məhz sovet hərbi bazası olub. Tarix yenə təkrarlanır. Ona görə də biz mütləq Türkiyənin Dağlıq Qarabağda varlığına nail olmalıyıq. Bizim yanlışlığımız idi ki, bu məsələni paralel apara bilmədik”.

Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərə Rusiya pasportlarının paylana biləcəyi barədə iddiaları şərh edən ekspertin sözlərinə görə, bunun baş verməsi gələcəkdə Cənubi Osetiya, Abxaziya ssenarilərinin təkrarlanma ehtimalını artırardı:

“Biz Rusiya sülhməramlılarının təxribatlarının şahidi oluruq. Separatçıların rəhbərləri ilə şəkil çəkdirib, yayırlar. Uşağın əlinə avtomat verirlər. Meşələrdə gizlənən erməni separatçıları silah və ərzaqla necə təmin olunur? Sərhəddə mühafizə necə həyata keçirilir ki, Ermənistanın müdafiə naziri rahat şəkildə gəlib Xankəndidə separatçıların lideri ilə görüşür? Bütün bunlar ciddi suallar doğurur. Orada bizim qanunlar işləməlidir, silahlı separatçılar tərksilah olunmalıdır. Bütün bu məsələləri biz həll etmək məcburiyyətindəyik. Rusiya orada yaşayan ermənilərə gizli və ya açıq şəkildə pasport paylamağa çalışsa, bu, bizim çətinliklərimizi artıracaq. Çünki Rusiya eyni siyasəti Donbasda, Abxaziyada, Osetiyada da həyata keçirib. Ona görə də Ukrayna, Gürcüstan kimi ölkələrin ərazi bütövlüyünü təmin etmək çətinləşib. Ərazi bütövlüyünü təmin etmək istəsələr, Rusiya müdaxilə edəcək, deyəcək ki, sən bizim vətəndaşları özünə tabe etdirə bilməzsən. Bu təhlükə bizi də gözləyə bilər. Onun qarşısını almağa çalışmalıyıq”.

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev isə Rusiyadan Dağlıq Qarabağ məsələsində təxribat gözləmir. O, Rusiya ilə hazırkı münasibətləri normal qiymətləndirir:

“Ruslarla münasibətlər necə var, elə də olmalıdır. Rusiya imkan verdi ki, biz hərbi əməliyyat keçirək. Rusiya bizə problem yaratmır. Bu durum göstərir ki, Rusiya-Azərbaycan münasibətləri yaxşı vəziyyətdədir. Daha da inkişaf etdirmək lazımdır. Hansısa qurumlara inteqrasiyadan çox, ikitərəfli münasibətlərə diqqət yetirilməlidir. Rusiyanın maraqları nəzərə alınmalıdır. Rusiyanın bu gün ən böyük marağı daxili iqtisadi durumu gücləndirmək, böhrandan çıxmaqdır. Rusiya öz məhsullarını xarici bazarlara çıxarmaq, xarici investisiyalar cəlb etmək istəyir. Azərbaycan bu məsələlərdə Rusiya ilə əməkdaşlıq edir. Bu vəziyyətdən istifadə edib, Rusiyanı daha çox layihələrə cəlb eləməliyik. Pandemiyadan sonra iqtisadi dirçəliş olacaq, bu zaman münasibətləri daha da inkişaf etdirməliyik”.

Şərhçi Rusiyanın Azərbaycanda Abxaziya, Cənubi Osetiya ssenarilərini təkrarlamasını istisna edir. Onun fikrincə, həmin hadisələrin baş verdiyi dövrdə Rusiyanın maraqları da fərqli idi:

“İndi Rusiya üçün prioritet iqtisadi əməkdaşlıq, bu xüsusda başqa dövlətlərdən bəhrələnməkdir. Azərbaycanın potensialı var və Rusiya da bizimlə əməkdaşlıqda maraqlıdır. Rusiyaya problem lazım deyil. Azərbaycanın əməkdaşlıq cəhdini də Rusiya qiymətləndirir. Region, coğrafi məkan eyni olsa da, zaman və maraqlar indi başqadır. Rusiyanın Türkiyə ilə münasibətlərini də diqqətdən kənarda qoymaq olmaz. 5-10 il əvvəl onların arasında indiki əməkdaşlıq yox idi. Bu əməkdaşlıq Qarabağ problemində bizim xeyrimizə oldu”.

M.Əliyev yaxın gələcəkdə, hətta Abxaziya və Cənubi Osetiya məsələsində də Rusiyadan müsbət addımlar gözləyir: “Rusiya sərhədlərində stabilliyin bərqərar olmasında maraqlıdır ki, özü də bu vəziyyətdən bəhrələnə bilsin”.(pressklub)

Gülər


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam