Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Koçaryan Moskvaya, Araik isə pensiyaya gedir

 

Yenixeber.org: Dekabrın 31-də Ermənistanın baş naziri Nikol Paşinyan istefa verdiyini və növbədənkənar parlament seçkiləri keçiriləcəyini elan edəcək, bu barədə "Joxovurd" qəzeti məlumat yayıb.

Bir gün əvvəl Qarabağ separatçılarının lideri Araik Arutyunyan da tezliklə istefa verəcəyini bəyan edib.

Ermənistan KİV-lərinin məlumatına görə, o, hakimiyyəti "Qarabağ Təhlükəsizlik Şurasının" hazırki sədri Vitali Balasanyana təhvil vermək niyyətindədir. Eyni zamanda, bütün yerli rəhbərlərin istefa verəcəyi və "müvəqqəti hökumət" formalaşdırılacağı gözlənilir. "Müvəqqəti hökumət"də əsas vəzifələri daşnakların tərəfdarları tutacaq.

 

Bu fonda Ermənistanın sabiq prezidenti Robert Koçaryan Moskvaya "üç günlük şəxsi səfərə" gedib. Göründüyü qədər, Koçaryan Qarabağın və Ermənistan hökumətinin gələcəyi ilə bağlı məsələləri həll etməyə çalışacaq.

Son vaxtlar Ermənistanda Rusiyanın Qarabağ üzərində protektoratı ideyasının tərəfdarı olanlar xeyli fəallaşıb. Belə qüvvələr ən çox Qarabağın özündədir və onlar Qarabağ ermənilərinə Rusiya vətəndaşlığı verilməsi planlarını gizlətmirlər. Onların fikrincə, bu, onların müdafiəsinə zəmanət verir və Qarabağın Azərbaycanın tərkibinə qaytarılması mümkünlüyünü istisna edir.(turan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam