Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Günün xəbəri

"Sülhməramlılar Azərbaycana buraxılmamalıdır"

 “İndiki geosiyasi şəraitdə Rusiya qoşunlarının, sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsinə BMT-də razılıq olmayacaq”
Son günlər Rusiya sülməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi ciddi şəkildə müzakirə olunur. Hətta məsələnin BMT-nin müzakirəsinə belə çıxarılması barədə ehtimallar səsləndirilir. Bəs Rusiya sülməramlılarının BMT-nin mandatı ilə Dağlıq Qarabağda yerləşdirilməsi ehtimalı necə dəyərləndirilir?
"Xeberinfo.com":   Məlumata görə, bu məsələni PİA.AZ-ın əməkdaşı “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin sədri, politoloq Ərəstun Orucluyla müzakirə edib. 
Politolaq bildirib ki, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi faktiki olaraq ermənilərin Rusiya tərəfindən himayəsinin açıq şəkildə həyata keçirilməsi demək olacaq:
“Birincisi ümid edirəm ki, bu hadisə baş verməyəcək. Çünki indiki geosiyasi şəraitdə Rusiya qoşunlarının, sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsinə BMT-dən Rusiya razılıq ala bilməyəcək. İkincisi, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi faktiki olaraq ermənilərin Rusiya tərəfindən himayəsinin açıq şəkildə həyata keçirilməsi demək olacaq. Çünki Rusiya Ermənistanın hərbi müttəfiqidir və Rusiya sülhməramlıları orada yerləşdirilərsə, bu ancaq Qarabağdakı separatçı rejimi qorumağa xidmət edəcək. Bu cür nümunələr də var. 
Deyək ki, Cənubi Osetiyanın qondarma rejimi və yaxud da Abxaziyanın qondarma rejimi  və Dnestryanıda qondarma rejim. Bunların hamısı separat fəaliyyyətlərini Rusiya sülhməramlılarının dəstəyi ilə reallaşdırıblar. himayəsi altında fəaliyyət göstəriblər. Yəni Rusiya onları sülhməramlı adı altında qoruyub. Nəhayət Azərbaycan ərazisində istənilən sülhməramlıların yerləşdirilməsini Azərbaycanın milli maraqlarına qəti şəkildə zidd sayıram. Çünki sülhməramlıların yerləşdirilməsi təkcə konfliktin dondurulması deyil, həm də buna bir son verilməsidir. Bu həm də, Azərbaycan ərazisində - Dağlıq Qarabağ Azərbaycan ərazisidir, xarici silahlı qüvvələrin yerləşdirilməsi demək olacaq və bununla da Azərbaycanın suverenliyinə xələl gələcək. Əgər bu proses baş versə Dağlıq Qarabağ münaqişəsinin həlli nəyinki uzanacaq hətta deyərdim ki, Qarabağ ermənilərinin sərbəstliyi artacaq. Ona görə mən hesab edirəm ki, bu yol verilməzdir. Nə Rusiya, nə də başqa sülhməramlılar Azərbaycana buraxılmamalıdır”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam