Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sərdar Cəlaloğlu: “Qarabağın həlli variantı yalnız müharibədən keçir”

 Mənbizim Qarabağla bağlı apardığımız siyasəti səhv hesab edirəm.Dağlıq Qarabağ münaqişəsi ilə hamımız məşğul olmalıxalqın və müxalifətin bu prosesdə iştirak etməlidirMən hesab edirəm ki, Azərbaycanda qeyri rəsmi könüllü birliklərkönüllü ordupartizan dəstələrinin təşkilinə dair qərar qəbul olunmalıdır. Bir sözləpartizan fəaliyyətinə imkan olmalıdırQanunla bu fəaliyyət növü qadağan edilməməlidirNəzərə almalıyıq ki, Dağlıq Qarabağ probleminin həll yolu yalnız müharibədən keçir.
Yenixeber.org:Məlumata görə, bu sözləri ADP sədri Sərdar Cəlaloğlu bildirib.
Onun sözlərinə görə, danışıqların uzadılmasında məqsəd Dağlıq Qarabağı ilhaq etmək, yəni Azərbaycandan almaqdır: “Rusiya, ABŞ və Fransa konflikti ədalətli həll etmək niyyətində olsa, bunu dərhal edərlər. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinad edib qərar verər və işğalçını yerində oturdarlar. Amma deyirlər ki, problemi siyasi yolla həll edin. Yəni hüquq yolunu da demirlər. Hüquqla olsa Dağlıq Qarabağın beynəlxalq hüquq çərçivəsində hansı ölkəyə məxsus olduğunu asanlıqla müəyyən etmək olar. Ancaq siyasi yol deyirlər. Siyasi yol da tərəflərin vasitəçilərin təklifi ilə razılaşdırılması deməkdir.

Qarabağın dinc yolla həlli ərazinin dinc yolla ermənilərə verilməsi deməkdir. Bunun başqa adı yoxdur. Yox, sən Qarabağı qaytarmaq istəyirsənsə müharibə etməlisən. Azərbaycan xalqının buna potensialı var, beynəlxalq şərtlər buna imkan yarada bilər”. Teleqraf.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam