Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Diplomatiyadakı radikal dizaynlar davam edərkən

 

Yenixeber.org: Türkiyənin diplomatiya sistemi güclü dövlətlərinkiylə eyni idi;yəni,hərbi sistemin eynisi. Ən aşağı pillədən başlanan kariyerdə kadrların bəlkə 30%-i ən tez 20 ildən sonra səfir rütbəsi ala bilir, çoxluq isə səfir rütbəsi ala bilmədən pensiyaya çıxırdı. Nazirliyin icra aparatının rəhbəri 10 il əvvəldən təxminən müəyyənləşdirilirdi, böyük dövlətlərin paytaxtlarına səfir göndəriləcək diplomatlar isə əvvəlcə nazirlikdə idarə rəisi və ya icra aparatı rəhbərinin müavini  olurdular.

BMT-dəki daimi nümayəndəlik və ya  Vaşinqton, London, Paris, Moskva, Pekin səfirlikləri əksər vaxt diplomatların pensiyaya çıxmazdan əvvəlki son dayanacaqları olurdu.

AKP hökuməti 2011-ci ildə bu ənənədən kənara çıxaraq Yüksək Təhsil Qurumunun sədri professor Yusuf Ziya Özcanı Varşavaya səfir göndərəndə təkcə nazirlik yox, ictimaiyyət də bunu təəccüblə qarşılamışdı. 2016-cı ildən sonra isə vəziyyət kökündən dəyişdi və xarici işlər nazirliyi sistemində heç bir fəaliyyət təcrübəsi olmayan iqtidar partiyasının siyasətçiləri mühüm paytaxtlara səfir göndərildilər: keçmiş millət vəkilləri Merve Kavakçı - Kuala Lumpura, Murat Mercan - Tokioya, Şaban Dişli - Amsterdama göndərildilər (siyahı kifayət qədər uzundur) İki həftə əvvəl isə hökumət daha radikal addım ataraq Cümhuryyət tarixinin ən geniş əhatəli `Səfirlər qərarı`nı açıqladı: 66 səfirin bir qismi ilk dəfə xaricə vəzifəyə gedəcək,bir qisminin isə yeri dəyişdirildi.

Cavabını hamının maraqla gözlədiyi `Vaşinqtonda səfir kim olacaq?`- sualına hökumət ən böyük sürprizlə cavab verdi. Bəli, siz də düz tapdınız: Tokioya göndərilməsi böyük sürprizə səbəb olan Murat Mercan bu dəfə Vaşinqtona təyiniylə sürpriz yaratdı. Bunun bir çox səbəbi müzakirə edildi, `Bidenın gəlməsindən sonra dövlət başçısı Erdoğanın ciddi manevrlər etdiyini`ndən tutmuş `bir vaxtlar FETÖ ilə yaxın münasibəti olduğuna görə, ABŞ-da o struktura qarşı daha təsirli mübarizə apara bilməyə` qədər xeyli variant gündəmə gətirildi.

Murat Mercan bir vaxtlar keçmiş prezident Abdullah Gülə də  yaxın olmuşdu, onun Vaşinqtona səfir göndərilməsi `Erdoğan bir vaxtlar ən yaxın mübarizə yoldaşıyla münasbətlərini yenidən yaxşılaşdırmaq istəyir`- versiyasının səsləndiriliməsinə də səbəb oldu.

Əlbəttə,bütün bu sual və iddialara diplomatiya təcrübəsini Tokioda qazanmış Mercanın Vaşinqtonda nümayiş etdirəcəyi (və ya etdirə bilməyəcəyi) məharət cavab verəcək. Mən isə hörmətli Mercanın 2002-2007-ci illər arasında Avropa Şurası Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin başçısı ikən fəaliyyətinin bəzi nüanslarını xatırlatmaqla Vaşinqtondakı diplomatik  fəaliyyətinə dair proqnozu oxucunun ixtiyarına buraxıram.

 

2004-cü ildə Şimali Kipr Türk Cümhuriyyətiylə bağlı Parlamentar Assambleyadakı səsvermədə Azərbaycan nümayəndə heyətinin  iştirak etməməsi Ankaranı möhkəm hiddətləndirəndə Murat Mercana zəng edib `Səməd Seyidovla biraraya gəlməsini və beləliklə buzların əridilməsini` təklif etmişdim.

Hörmətli Mercan təklifimi qətiyyətlə rədd edərək `Mən bir daha Səməd bəylə adımın eyni yerdə çəkilməsini istəmirəm`- demişdi.

28 iyun 2004-də Bakıdan ilk dəfə Nikosiyaya birbaşa təyyarə uçandan sonra Türkiyənin hiddəti getmiş, Murat Mercanın mövqeyi dəyişmişdi. 2006-cı ilin yanvarında AŞPA, Azərbaycan nümayəndə heyətinin mandatını ləğv etmə mərhələsinə yaxınlaşanda reportyor Andreas Gross istefa verərək `Türkiyə,Gürcüstan və Rusiya nümayəndə heyətlərini pul almaqla` suçlayanda Murat Mercanı Strasburqda tapmış, orada nələr baş verdiyini soruşmuşdum.

Cavabını olduğum kimi yazıram: `AŞPA-dakı bəzi qara əllər Azərbaycanın mandatına uzanmaq istəyirdi. Biz Azərbaycanlı qardaşlarımızla gecə-gündüz birgə çalışaraq qardaşlarımızın mandatlarına uzanmış qara əllərin qabağını ala bildik. Qardaşlarımızla sıx əməkdaşlığımız bundan sonra da davam edəcək`.

 

Aktiv siyasətdən ayrılandan bir müddət sonra enerji və təbii ehtiyatlar naziri Berat Albayrakın müavini təyin edilən Murat Mercanı Azərbaycana qarşı daha böyük səmimiyyət içində görmüşdüm.Ona görə şəxsən mən Murat Mercanın Vaşinqtona səfir təyin edilməsini Bakının nöqteyi-nəzərindən dəyərləndirib hamını dərindən nəfəs almağa çağırıram.

`Qara əllər` Vaşinqtonda da kəsiləcəkdir…

Mayis Əlizadə


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam