Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

İran mətbuatı atəşkəs razılaşmasını necə dəyərləndirib? –"BU, AZƏRBAYCAN ÜÇÜN BÖYÜK BİR UĞURDUR"

 

Dağlıq Qarabağda hərbi əməliyyatların bitməsi İran mətbuatının bugünkü səhifələrində manşet mövzusuna çevrilib.

Yenixeber.org: “Mərdom-e salari” qəzetinin “Dağlıq Qarabağda qəfil atəşkəs” məqaləsində qeyd olunur: “Ermənistan və Azərbaycan Rusiyanın vasitəçiliyi ilə Dağlıq Qarabağda atəşkəs barədə yeni bir razılığa gəlib və bu razılaşmanın davamlılığı ilə bağlı şübhələrə, habelə erməni cəmiyyətində etirazlara səbəb olub”.

Razılaşmanın şərtlərini açıqlayan qəzet əvvəlki atəşkəs səylərinin pozulduğunu da xatırladıb. “Ermənistanla Azərbaycan arasında yeni atəşkəs sazişinin elan edilməsi Dağlıq Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılmasına ümidləri, eyni zamanda, erməni cəmiyyətindəki qeyri-sabitliklə bağlı narahatlıqları artırıb”.

“Ermənistan təslim oldu, qəzəbli insanlar parlamentə və Baş nazir dəftərxanasına basqın etdi” – nüfuzlu “Keyhan” qəzetinin başlığıdır.

“Baş nazir Nikol Paşinyan bildirib: “Bu qərarı özüm və bu vəziyyəti daha yaxşı bilən insanlarla dərindən təhlil etdikdən sonra verdim… Məğlub olduğunuzu etiraf etməyincə qədər məğlubiyyət olmayacaq. Heç vaxt itirdiyimizi etiraf etməyəcəyik və bu, milli birlik və dirçəliş dövrümüzün başlanğıcı olmalıdır… Sülh müqaviləsi imzalamaqdan başqa çarəmiz yox idi, insan resurslarımız və hərbi texnika çox məhdud idi. Müharibəni davam etdirsəydik, daha çox itki verər və bütün Dağlıq Qarabağı itirərdik”, – deyə “Keyhan” Ermənistan baş nazirindən sitat gətirib.

Qəzet Ermənistan prezidenti Armen Sarkisyan da sitat gətirib: “Təəssüf ki, Prezident olaraq mənimlə bu sənəd haqqında heç bir məsləhətləşmə və ya söhbət olmayıb”.

“Cəvan” qəzeti də iki paytaxtdakı fərqli əhval-ruhiyyəyə diqqət çəkib. Onun müharibənin bitməsi ilə bağlı məqaləsi “Bakıda coşqu, İrəvanda qəzəb” adlanır.

“Dağlıq Qarabağ bölgəsində Ermənistan və Azərbaycan Respublikası arasında 30 illik gərginlik yarasına, nəhayət, sülh məlhəmi qoyulub. Rusiyanın son həftələrdə Bakı ilə İrəvan arasındakı toqquşmaları dayandırmaq üçün apardığı diplomatik səylər nəticə verib və hər iki tərəf qalıcı atəşkəsə razılaşıb”.

“Bakı indiyə qədər Ermənistan ordusunu məğlub edə bildi”, – yazan qəzetin təhlilçisi əlavə edib: “Azərbaycan prezidenti Dağlıq Qarabağ bölgəsində müharibəyə son qoyulması barədə müqavilənin imzalanmasından sonra ilk çıxışında bildirib: “Bu gün Azərbaycan xalqı üçün tarixi bir gündür və bu qələbədən qürur duyuram”.

“Cəvan” qonşu dövlətlərin, ilk növbədə, Türkiyə və İranın atəşkəs razılaşmasına münasibətini də qeyd edib. “Azərbaycan Respublikasının döyüş meydanında və danışıqlar masasında zəfərini təbrik edirəm”, – deyə Mövlud Çavuşoğlunun təbriki məqalədə yer alıb. “İran ümid edir ki, razılaşma Qafqazda davamlı bir sülh üçün son sazişlərə gətirib çıxaracaq”.

Məqalənin sonunda deyilir: “Dağlıq Qarabağa dair sülh müqaviləsi Rusiyanın İran və Türkiyənin köməyi ilə əsas rol oynadığı və son 28 ildə münaqişəyə son qoymaq üçün heç bir müsbət addım atmayan Minsk qrupu olmadan baş tutub. Astana prosesi kimi, bu dəfə də bölgədə qərblilərin iştirakı olmadan razılaşma imzalanıb”.

Mövzu ilə əlaqədar “İran” qzəetinin məqaləsi “Dağlıq Qarabağda dacamlı sülh ümidi ilə” adlanır.

“Atəşkəsin davamlı olacağına ümid edilir, ancaq Rusiyanın təşəbbüsü ilə Dağlıq Qarabağ cəbhəsində atəşkəs elan edildikdən sonra bu dəfə Ermənistanda ermənilərlə hökumət arasında müharibə başladı və Paşinyan kabineti çökdü. Çünki Dağlıq Qarabağ iki ölkə arasında bir prestij məsələsinə çevrilmişdi.

1994-cü ildə ATƏT-in Minsk qrupu tərəfindən atəşkəs elan edildikdən sonra Azərbaycan Respublikasının iqtisadi vəziyyətini tənzimləmək üçün bir fürsət yarandı. Qərb investorlarını dəvət etməklə Heydər Əliyev neft və qaz yataqlarının işlənməsini təşkil edə bildi və o,  investorlarının varlığının bölgədə sülhə və Ermənistanın işğal olunmuş ərazilərinin geri alınmasına səbəb olacağına inanırdı. Amma Qərb sərmayəçiləri, Avropa və Amerika hökumətləri məsələni həll etmək istəmirdilər. ABŞ və Fransanın Dağlıq Qarabağ məsələsində lider olaraq Rusiya ilə yanaşı Minsk Qrupuna üzv olmasına baxmayaraq, qrup sülh prosesində müsbət bir addım atmadı, bunu istəmədi, istəmədi və edə bilmədi. Azərbaycan Respublikası ölkəsinin bir hissəsini işğal etmiş Ermənistana qarşı tək qaldı.

Həm Fransa, həm də Rusiya Ermənistanla sıx əlaqələrə malikdir və onu dəstəkləyir, ABŞ isə bölgədə Rusiya ilə işləmək istəmirdi. Azərbaycan Respublikası nə hərb / nə  sülh fürsətindən istifadə etdi və “münaqişənin diplomatik kanallarla həll edilməsi” barədə rəsmi mövqeyini elan edərək müharibədən çəkindi. O, Ermənistanın bacarmadığı milli ordu quruculuğu ilə məşğul oldu… Azərbaycan Respublikasının işğal olunmuş bölgəyə güclü  hücumu Ermənistanı təəccübləndirdi. Onun Vətənin işğal olunmuş ərazilərini müasir və ən müasir texnika ilə geri alması, Ermənistan ordusu üzərində üstünlük qazana bilməsi təbii idi. Ermənistan ordusu texnika və canlı qüvvə itkisi ilə geri çəkilməyə məcbur oldu”.

“Ettelaat”, Ebtekar” və “Etemad” qəzetləri də mövzunu ilk səhifələrinə çıxarıblar.

Gündəlik “Aftab-e Yəzd” nəşri yazıb: “Əlbəttə, Rusiya bölgədəki təsirini qoruyur. Türkiyə də Qafqaz bölgəsində nüfuz sahibi olmaq. Buna görə də, bu müharibə vəkillərin müharibəsidir (vasitəçilərin müharibəsidir); bu həqiqi güc və təsir müharibəsidir”.

Məqalənin davamında bildirilir: “Azərbaycan, və Rusiya və arasında üçtərəfli müqavilə, – müddəalarına diqqətlə baxdıqda, bəzi anlaşılmaz məqamlara baxmayaraq, – Azərbaycan tərəfi üçün böyük bir nailiyyət hesab olunur”.

Rusiyanın münaqişə və hərbi əməliyyatlara baxışı, “Aftab” müəllifinin fikrincə, çarəsizlikdən irəli gəlir. “Rusiya bu məsələdə tarazlıq yaratmaq və ya bu böhranı münaqişə sahəsində həll etmək istəyir. Rusiyanın özünün Ukraynada və Krım yarımadasında, eləcə də Gürcüstanda kifayət qədər problemi var. Buna görə də, yeni bir baş ağrısı istəmir.

…Bəlkə də Rusiyanın hesablamaları belədir ki, Dağlıq Qarabağ münaqişəsi minimuma endirilib həll edilsə, Azərbaycanda rəqiblərin mövcudluğu ehtimalı yox olacaq, Türkiyənin, ABŞ-ınvə NATO-nun Azərbaycanda uzunmüddətli bazanın qurulması üçün zəmin azalacaq. Rusiyanın uzunmüddətli maraqları baxımından Dağlıq Qarabağın külləri altındakı yanan közün qalması azərilərin ziyanınadir və bu da Azərbaycan sabitliyi pozan mənbəyə çevrilərsə, Rusiya üçün uzunmüddətli itki olacaq”.

Türkiyənin 44 günlük müharibədəki rolunu qiymətləndirən “Aftab-e Yəzd” qəzeti rəsmi Ankaraya Avropa Birliyinin qapılarını bağladıqdan sonra Şərqə daha çox baxdığına diqqət çəkir. “Bu baxış Afrikadan Ərəb dünyasına və Qafqaza, hətta Orta Asiya və uyğurların yaşadığı məkanı əhatə edir”.

(Strateq)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam