Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

SINMIŞ, ÇÜRÜMÜŞ, MƏĞLUB OLMUŞ XƏSTƏ QƏBİLƏ... - Düşmənin Şanlı Ordumuzun təpikləri altında əzilib yox olacağı gün yaxındır!

 

Ermənistan və qondarma rejim rəhbərliyinin qaldırdığı pozğun qadının şüvənini xatırladan hay-küyü, iniltisi də məhz düşmənin fəlakətli sonunun yaxınlaşdığını anladığını göstərir

Yenixeber.org: Dünya kinomotoqrafiyasında kiməsə, nəyəsə güvənən cılız, ancaq özündən razı bir cinayətkarın, narkomanın, əyyaşın cüssəli, sağlam idmançıya meydan oxuması, üstünə silah çıxarması, hədələməsi səhnələri olan bəlkə də miyonlarla film var. Bu səhnələrin demək olar hamısı sonda cinayətkarın layiqli cəzasını alması, kötəklənməsi, qanına qəltan edilməsilə nəticələnir. Dağlıq Qarabağ münaqişəsi ətrafında uzun illərdir davam edən proses də bugünkü gedişiylə həmin səhnələri xatırladır.

Azərbaycan uzun illərdir onun üstünə “xoruzlanan” xəstə təfəkkürlü, nə iqtisadi, nə hərbi, nə də mənəvi gücü olmayan cinayətkar dövlətlə, toplumla üz-üzə qalıb. Uzun illər məlum səbəblərdən onun tərbiyəsiz, yekəbaş, bütün əndazələri aşan davranışlarına, torpaqlarımızı işğalda saxlamasına səbrlə dözüb.

Ancaq zaman yetişdi, bu yekəbaş və ədabaz dövlətin, toplumun, qəbilənin çoxdan bəri yumruq istəyən başının əzilməsi vaxtı çatdı. İndi Azərbaycanın Şanlı Ordusu xeyli vaxtdır “qaşınan” həmin başı əzir və erməni dövlətinə, cəmiyyətinə kimin kim olduğunu ahəstə-ahəstə anladır...

 

  

İstənilən ölkənin uzun, yaxud orta müddətli savaş aparması üçün bir neçə istiqamətdən etibarlı dayağı, əsası olmalıdır. Bunlara siyasi, hüquqi, iqtisadi, hərbi, mənəvi dayaqlar və insan resursları potensialı da daxil olmaqla çoxsaylı aspektləri aid etmək olar. Sadaladığımız bütün bu aspektlər üzrə Ermənistan Azərbaycanla müqayisədə olduqca cılız, miskin təəssürat bağışlayır.

Ermənistan və qondarma rejim rəhbərliyinin qaldırdığı pozğun qadının şüvənini xatırladan hay-küyü, çığırtısı, iniltisi də məhz bu fərqi gec də olsa anlamasındandır.

İlk olaraq, Ermənistan bu müharibə öncəsi güclü beynəlxalq siyasi dəstəyə ümid edirdi və Paşinyanın özündənrazılığı da bundan irəli gəlirdi. Lakin aktiv hərbi əməliyyatlar başlar-başlamaz Ermənistanın baş nazirinin dünya ölkələri liderlərinə və beynəlxalq qurumlara ünvanlanan zəng və bəyanatları nəticəsiz qaldı.

 

  

Ermənistanın hər zaman kölə kimi əlinə baxdığı Rusiyanın mövqeyi isə İrəvan üçün ölüm hökmündən betər oldu. Belə ki, Vladimir Putin müharibənin ilk günlərində “döyüşlər Ermənistan ərazisində getmir”, son dəfə isə Valdaydakı çıxışında “Azərbaycan torpaqlarının itirilməsilə daimi olaraq razılaşa bilməz” kimi fikirləri ilə qurbağa gölünə daş atdı.

Putinin Sumqayıt və s. barədə dedikləri isə “peşəsinin çətinliyindən” şikayət edən fahişənin göz yaşlarını silməkdən başqa bir şey deyildi...

Eyni vəziyyət ATƏT-in Minsk Qrupunun digər həmsədrləri olan Fransa və ABŞ-ın münaqişəyə münasibətinə də aid edilə bilər.

Fransa ilk öncə açıq ermənipərəst mövqe nümayiş etdirsə də, sonradan durmalı olduğu yerə çəkildi. ABŞ isə həmişəki nisbi neytrallığını saxladı.

Nəhayət, Türkiyənin ilbəil nəinki regionda, dünyada söz sahibi olan dövlətlərdən birinə çevrilməsi və Azərbaycana hərtərəfli açıq siyasi və mənəvi dəstək verməsi Ermənistanın siaysi tabutuna vurulan son mıx effektini verdi. Bir sözlə, ermənilər beynəlxalq aləmdə heç vaxt ağıllarına belə gətirmədikləri siyasi fiaskoya uğradılar.

 

  

Məsələnin hüquqi tərəfindən isə bəlkə də heç danışmağa dəymir. Çünki ermənilərin uzun illər mikroskop altında axtarmalarına rəğmən, beynəlxalq hüquqda Qarabağın işğalını haqlı çıxaracaq bircə maddə belə yoxdur. Əksinə, ortada bütün dünya ölkələrinin Dağlıq Qarabağ da daxil olmaqla tanıdığı Azərbaycanın suveren əraziləri, heç kimin, hətta Ermənistanın da tanımadığı qondarma rejim və BMT-nin məlum dörd qətnaməsi var ki, bu qətnamələri də 27 ildir nə ATƏT-in Minsk Qrupu, nə də beynlxalq birlik icra edə bilmədiyindən Azərbaycan əsgəri özü cəbhədə icra etməkdədir. Demək istədiyimiz odur ki, Ermənistanın bu müharibədə istinad edə biləcəyi beynəlxalq hüququn heç bir bəndi, söykənəcəyi dayaq nöqtəsi yoxdur.

Münaqişənin iqtisadi tərəfinə baxsaq, iki ölkənin iqtisadi imkanları və regiondakı rollarıyla bağlı tamamilə fərqli mənzərə görərik. Azərbaycandan fərqli olaraq, Ermənistan bütün dünya üçün böyük geopolitik əhəmiyyətli enerji, nəqliyyat qovşağı olan Cənubi Qafqaz regionunun boğazında kal armuda dönüb.

İran istisna olmaqla bütün qonşularıyla öz cığallığı və sərsəm iddiaları səbəbindən böyük problemləri olan Ermənistan özünün səfaləti və dilənçi görkəmi ilə regionun üz qarasına çevrilməklə yanaşı, qonşuların da inkişafına, çiçəklənməsinə əngəl yaratmaqla məşğuldur. Bu da azmış kimi, cari ilin iyulunda Tovuzda törətdiyi təxribatla nəinki region ölkələri, burada iri enerji layihələri icra edən böyük dünya dövlətləri üçün də təhlükə mənbəyi olduğunu göstərdi.

Azərbaycanla nəinki uzunmüddətli, hətta bir neçə aylıq müharibə aparmaq imkanlarından çox-çox uzaq olan Ermənistan iqtisadiyyatı hələ hərbi əməliyyatlardan əvvəl iflas xəttinə yaxınlaşmağa başlamışdı. Onun valyuta rezervləri(2.6 milyard dollar) təqribən 6 milyard dollara yaxın olan xarici borcundan iki dəfədən də çox azdır. Müharibə isə onun onsuz da ölü rezervlərinin olan-qalanını da əritməkdədir. Əksər iqtisadçılar bu gedişlə Ermənistanın ilin sonunadək faktiki defolt yaşayacağını proqnozlaşdırırlar.

 

  

Bunun üzərinə Qarabağda işğal onunan ərazilərdən qaçan ermənilərin Ermənistana köçünü də gəlmək lazımdır. Özlərinin bildirdiyinə görə, Ermənistana qayıdanların sayı 90 minə yaxındır. Əlbəttə ki, bu rəqəm şişirdilib, çünki orada heç bu sayda erməni yaşamırdı. Ancaq bu sayın yarısı belə həqiqətdirsə, Ermənistanın bu sayda ermənini yerləşdirmək, sosial, səhiyyə, yayşayış xərclərini ödəmək imkanı yoxdur.

Hələ onları evlə təmin etməsindən isə heç söhbət gedə bilməz. Bu da onsuz da çətin durumda olan Ermənistan iqtisadiyyatını tamam çıxılmaz vəziyyətə salacaq. Müharibədə 1.5 milyard dollardan çox dəyəri olan hərbi texnika itirən, əlavə olaraq bu müddətdə hərbiyə ən azı o qədər də vəsait xərcləyən Ermənistanın iqtisadiyyatını qaçqınların saxlanması üçün tələb olunan əlavə xərclər daha da pis duruma sala bilər.

Azərbaycanın valyuta rezervləri işğalçı ölkənin ehtiyatlarından 20 dəfə çoxdur, hərbi büdcəsi (2.3 milyard dollar) isə Ermənistanın hərbi xərclərindən (630 milyon dollar) az qala dörd dəfə artıqdır. Bir sözlə, iqtisadi imkanlar müqayisəolunmaz dərəcədə fərqlidir və Azərbaycanın xeyrinədir.

Həmin üstünlük bu gün Azərbaycan Ordusunun cəbhədəki uğurlarında özünü bariz şəkildə göstərir. Azərbaycanın ən müasir texnologiyalara əsaslanan və Ermənistanın heç yuxusuna da gəlməyəcək qədər böyük məbləğlər xərcləyərək aldığı silahlar bu gün işğalçının başına od ələyir. Artıq bütün aparıcı hərbi ekspertlər Azərbycan ordusunun Ermənistandan qat-qat üstün olduğunu və regionun ən müasir ordusuna çevrildiyini, ordumuzun əməliyyatlarının isə ən yeni hərb tarixinə düşəcəyini bildirirlər. Bir sözlə, Azərbaycanla Ermənistanı iqtisadi və hərbi güc baxımından da müqayisə etmək mümkünsüzdür və hadisələrin gedişatı göstərir ki, işğalçının bu iqtisadi imkanlarla hər nə qədər xaricdən dilənsə də, uzun müddət müharibə aparması mümkünsüzdür.

Nəhayət, bu müharibənin insan resursları və bir də mənəvi tərəfi var. Azərbaycanın insan resursları həm kəmiyyət, həm də keyfiyyət sarıdan işğalçının imkanlarını qat-qat üstələyir. 10 milyonluq əhalisi və 100 minlik ordusu ilə Azərbaycan Ermənistanla müqayisə olunmayacaq qədər güclüdür və ermənilərin, eləcə də onların havadarlarının guya Azərbaycana haradansa muzdluların gətirildiyi barədə cəfəngiyyatı da bu gücə kölgə salmaq cəhdindən başqa bir şey deyil.

Azərbaycan əsgəri cəbhədə sözün əsl mənasında canavar kimi döyüşür. Çünki 30 ildir işğal altında qalan və həsrətində olduğu, namus məsələsi saydığı torpaqlar uğrunda savaşır. Özü də bu savaşda qalib gələn sadəcə Azərbaycan ordusunun müasir hərbi texnikası yox, məhz Azərbaycan əsgəridir.

 

  

Ölkə başçısı da Fransanın “Figaro” qəzetinə bu barədə danışarkən deyib: “Ərazilər dronlar vasitəsilə işğaldan azad edilmir. Ərazilər əsgərlər, orada öz vəzifəsini yerinə yetirən insanlar tərəfindən azad edilir.” Bəli, ruh yüksəkliyi və mənəvi cəhətdən də Azərbaycan erməni tərəfini üstələyir. Onsuz da Qarabağ ermənilərinin yaratdığı və ölkəni uzun müddət idarə edən klan Ermənistanı cəhalətə və səfalətə sürükləməklə ölkə əhalisində Dağlıq Qarabağdakı ermənilərə qarşı az qala potoloji nifrət yaradıb. Az-çox ağlı başında olan ermənilər bu savaşın onlar üçün mənasız, məğlubiyyətə məhkum və lazımsız bir akt olduğunu anlayırlar. Elə Paşinyanın bütün çığır-bağırlarına, çağırışlarına baxmayaraq, heç cür erməniləri səfərbər edib cəbhəyə göndərə bilməməsi də bunu isbat edir. Ona görə son günlər ermənilərin təqdim etdikləri Qarbağda həlak olanlar siyahısında yaşı 60-ı haqlamış “döyüşçülərin” adlarına tez-tez rast gəlinir. Ermənistanın Müdafiə Nazirliyinin sözçüsü isə erməniləri heç olmasa “erməni qadınları qədər qeyrətli olmağa” çağırır.

Bütün bunlar Ermənistanın dövlət olaraq, siyasi, iqtisadi, hərbi, insan resursları baxımından, erməni cəmiyyətinin isə mənəvi cəhətdən çökmüş durumda olduğunu göstərir.

Lakin tayfa-qəbilə təfəkkürlü bu toplum belə davam etdikcə, bütövlükdə öz mövcudluğunu sual altında qoyduğunu anlamır. İndi ermənilərin uzun illər dəm vurduqları “Böyük Ermənistan” öz varlığı ilə sınmış, əzilmiş, məğlub edilmiş tayfadan, qəbilədən başqa bir şey deyil.

Azərbaycan tərəfinə, onun Şanlı Ordusuna isə başlatdığı zəfər yürüşünü sona çatdırmaqdan və getdikcə dövlətdən, cəmiyyətdən qəbiləyə çevrilən bu toplumu dəmir yumruqla qandırmaqdan başqa çıxış yolu qalmır... Zatən bir az gec təslim olsalar hamısı Ordumuzun təpikləri altında əzilib yox olacaqlar!(azpolitika)

Cəlal Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam