Azərbaycan neftinin qiyməti -64 dollardan aşağı düşüb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,45 ABŞ dolları və yaxud 3,7% azalıb.
Yenixeber.org: “Azeri Light” markalı neftin bir barelinin qiyməti 63,72 dollar təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.