Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Azərbaycanın -CDMA rabitə operatoru fəaliyyətini dayandırdı

Azərbaycanın CDMA rabitə operatoru fəaliyyətini dayandırdı

Azərbaycanın simsiz CDMA rabitə operatoru olan “Aztrank” fəaliyyəti tam dayandırdı. Bu barədə şirkətdən bildirilib.

Yenixeber.org: Şirkətdən verilən məlumata görə, hazırda “Aztrank”ın CDMA abunəçiləri istifadə etdikləri mövcud nömrələri saxlamaqla “Baktelecom” MMC tərəfindən stasionar rabitəyə qoşulurlar.

“CDMA rabitə xidmətləri üzrə Aztrank”a avans ödəyən abunəçilərə ödədikləri məbləğ onlar tərəfindən edilən müraciətlərə əsasən geri qaytarılır”, - deyə şirkətdən bildiriblər.

“Aztrank”dan həmçinin bildirilib ki, son 3 il ərzində şirkət faktiki olaraq ziyanla fəaliyyət göstərib və ötən müddət ərzində “Baktelecom” qarşısında kifayət qədər borc yaranıb.

“Borc əsasən nömrə tutumlarının icarəsi üzrə yaranıb. Belə ki, əyər əvvəllər hər bir nömrənin icarəsinə “Azrtank” tərəfindən 2,5 manat ödənilirdisə, bu məbləğ artırılaraq 7,5 manata çatdırıldı. Abunəçilərin isə böyük əksəriyyəti 3,8 manatlıq aylıq limitli paketdən istifadə edirdi. Əlbəttə, burada böyük fərq yaranır və bunun nəticəsində şirkət zərərlə üzləşirdi”, - deyə “Aztrank”dan bildiriblər.

Qeyd edək ki, “Aztrank” Bakı, Abşeron və Sumqayıtda “437” indeksi ilə simsiz rabitə xidməti göstərirdi. Operatorun abunə bazası son 3 ildə təqribən 5 dəfə azalaraq təxminən 400-ə yaxın təşkil edirdi.(ona)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam