Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Nəhəng kosmetika şirkəti - 2 milyard dollarlıq biznesini satır

İngiltərə-ABŞ kosmetika şirkəti "Avon" Braziliyanın "Natura Cosmeticos" şirkəti ilə biznesinin satışı mövzusunda müzakirələr apardığını təsdiqləyib.

Yenixeber.org:  "Kommersant"a istinadən xəbər verir ki, danışıqlar yaxşı gedir, lakin bu, tərəflərin mütləq razılığa gələcəyi anlamına gəlmir.

Daha əvvəl "Financial Times" müzakirələr prosesinə yaxın olan mənbələrinə istinadən söhbətin birləşmədən getdiyini xəbər vermişdi. Məlumata görə, "Natura" müştərək şirkətin səhmlərinin 76%-nin sahibi olacaq, qalan pay isə "Avon"un mövcud səhmdarlarında qalacaq.

Qeyd edək ki, son illərdə problemlər yaşayan "Avon" yanvarda işçi ştatını 2,7 min azaltmaq məcburiyyətində qalıb. Şirkətin bazar kapitallaşması isə 1,4 milyard dollara qədər aşağı düşüb.

"Financial Times" məlumatına görə, "Natura Cosmeticos" şirkəti "Avon"un biznesini 2 milyard dollar həcmində qiymətləndirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam