Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Əmlak bazarında qiymətlər qalxacaq

 

72856_res_01

   Hazırda ölkənin daşınmaz əmlak bazarında durğunluq yaşanır. Baş verən durğunluğun yaranmasının səbəbi ilə bağlı müxtəlif fikirlər irəli sürülür.

    "Xeberinfo.com": Bəzi ekspertlər bunun Rusiya amili, bəziləri, dünya bazarında neftin qiymətinin aşağı düşməsi, bəziləri isə paytaxta söküntü işləri ilə əlaqədar olduğunu söyləyiblər.

“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin icraçı direktor Elnur Əsədov ANS PRESS-ə bildirib ki, əmlak bazarındakı durğunluğun səbəblərindən biri neftin dünya bazarındakı qiymətinin düşməsi ilə bağlıdır. Digər səbəblərdən biri isə bazarda alıcı qüvvəsinin kifayət qədər olmamasıdır. Alıcı qüvvəsinin əksəriyyəti isə ipotekayla ev almağa üstünlük verənlərdir. Bazarda təklifin çox olmasına baxmayaraq, qiymətlərin yüksəkliyi əmlakın əlçatmazlığına gətirib çıxarır.

Onun sözlərinə görə, orta müddətli dövr üçün əmlak bazarında həm bazarın həcmi, həm də qiymətlər baxımından proqnozlar vermək çətindir. Amma 2015-ci ilin ortalarında əmlak bazarında bazarın həcmində genişlənmələr, həm də qiymətlərin 4-6% artacağı gözlənilir. Həmin dövrədək ucuzlaşma qeydə alınacağı real görünmür.

O, qeyri-yaşayış təyinatlı əmlakın icarə əqdlərinin sayındakı və qiymətindəki vəziyyətdən söz açıaraq vurğulayıb ki, qeyri-yaşayış sahələrindəki icarə haqlarının qiyməti demək olarki yüksəkdir. İcarə haqları yüksək olduğu üçün mənfəət götürmək qabiliyyəti olmayan icarədarların əksəriyyəti çox keçmədən fəaliyyətlərini dayandırırlar. İcarə əqdlərinin sayı isə notariusda qeydiyyata alınır.

Digər ekspertlər əmlak bazarında durğunluğun hökm sürdüyünü, lakin ucuzlaşmanın olmayacağını düşünürlər. Onların fikrincə, 2012-2013-cü ildə aylıq əqdlərin sayı 20-25 ədəd olduğu halda, indi ay ərzində cəmi 4-5 əqd bazara çıxarılır. Hazırda Bakının mərkəzi ərazilərində sökülən evlərlə bağlı əhaliyə nəğd şəkildə ödənilən vəsaitlər, kompensasiyalar hesabına az sayda real alqı-satqı reallaşdırılır. Kompensasiya alan şəxlərin gücü isə paytaxtın mərkəzi hissəsində yox, ancaq şəhərətrafı ərazilərdə ev, ya torpaq almağa çatır.

İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov da deyib ki, indi mənzil bazarında psixoloji təzyiq formalaşıb. Paytaxtda infrastrukturunun genişləndirilməsi ilə bağlı aparılan söküntülər mənzil bazarına böyük həcmdə vəsaitin daxil olmasına gətirib çıxarmır. Kompensasiyaların böyük qismi Bakı ətrafı qəsəbələrdə evlərin və ya torpaqların alınmasına yönəldilir.

Bəzi mütəxəssislər diqqətə çatdırıblar ki, Rusiyada vəziyyətin pisləşməsi ölkədə əmlak bazarına təsir göstərir. Çünki əmlak alan insanların çoxu Rusiyada biznes vasitəsilə pul qazananlar. Əksər vətəndaşlar kreditə, ipotekaya üz tuturlar.

Neftin dünya bazarında ucuzlaşmasına gəlincə, ucuzlaşma əmlak bazarında qiymətləri kəskin aşağı salır. Bir qayda olaraq proseslər göstərdi ki, dövlət pullarının, yəni nisyə xərclərinin artması əmlak bazarına həmişə təsir göstərir. Neft iqtisadiyyatımızın əsasını təşkil etdiyi üçün “qara qızıl”ın ucuzlaşması istənilən sahədən yan keçmir.

Ümumiyyətlə, sosial şəbəklələrdə çıxış yolu kimi irəli sürülür ki, dünya bazarında neftin qiymətindən çox şey asılıdır. Əgər brend markalı neftin qiyməti dünya bazarında 70-80 dollar civarında olarsa, Azərbaycanın əmlak bazarında qiymətlərin aşağı düşməsi prosesi gedəcək. Əgər neft 90 dollardan yuxarı olarsa, o zaman bu durğunluq keçib gedəcək.

Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına görə, yanvar-oktyabr aylarında ölkədə 168 min daşınmaz əmlak qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,4% çoxdur. Azərbaycanda əhalinin torpaq sahələrinə marağı kəskin artıb. Belə ki, ölkədə daşınmaz əmlakla aparılan əməliyyatların yarısı – 79 mini torpaq sahələrinin payına düşür. Ötən ilin eyni dövrü ilə müqayisədə torpaq sahələrinin qeydiyyatı 37% yüksəlib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam