Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Mənzil bazarında qiymətlər artmayacaq”

 

Bir neçə gündür insanların narahatlığına səbəb olan, çaşqınlıq yaradan dolların bahalaşması ilə manatın devalvasiyaya uğramasının daşınmaz əmlak bazarına təsirsiz ötüşmədiyi iddia olunur

 

"Xeberinfo.com":  Məlumata görə, bəziləri hətta mənzil və torpaq bazarında kəskin bahalaşma baş verdiyini deyir. Əslində real vəziyyət necədir? Bunu öyrənmək üçün suallarımızı “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimova ünvanladıq.
Ekspertin sözlərinə görə, devalvasiyanın daşınmaz əmlak bazarına təsiri haqqında danışmaq hələ tezdir: “Lakin birmənalı demək olar ki, hazırda bazarda qeyri-müəyyənlikdir. Satıcı və alıcı kənara çəkilərək hadisələrin hansı istiqamətdə cərəyan edəcəyini gözləyir. Yəqin ki, bu vəziyyət 2-3 həftə çəkəcək”.
Bu sahədə bahalaşmadan söhbət düşərkən baş direktor bunu cəfəngiyyat adlandırıb: “Bunlar cəfəngiyyatdır. Yeni qiymətlər bazarda yoxdur. Ümumiyyətlə, bazarda qiyməti alıcı formalaşdırır. Qiymət alıcının cibindəki pula uyğun dəyişir. Bir sözlə, satılan əmlaka alıcı nə qədər pul ödəməyə hazırdırsa, qiymət də bundan asılı olaraq müəyyənləşir. İndiki halda isə alıcının ödəmə qabiliyyətində artım yoxdur, əksinə azalma var. Yəni yaxın müddətdə qiymətlərin artacağı cəfəngiyyatdır”.
Torpaq bazarındakı vəziyyətə gəldikdə, Nüsrət İbrahimov burda da bahalaşma olduğunu birmənalı şəkildə rədd edir: “Ümumiyyətlə, qısa müddətdə bahalaşmadan danışmaq mümkün deyil. Bu, uzunmüddətli prosesdir. Yəni bazarda qiymətlərin artımı daxildə potensial alıcıların gəlirlərinin artımı, eləcə də ətraf region ölkələrdə gedən proseslərlə bağlıdır.
İnvestorlar isə bu bazara yalnız qiymətlər uzunmüddətli artanda vəsait yatırırlar. Bu gün qiymət artımı üçün münbit şəraitdən hələlik çox uzaqdayıq. Onu da yaddan çıxarmayaq ki, Mərkəzi Bank sığortalanan depozitlərin faiz dərəcəsini 12 faizə qaldırdı.
Deməli, hələlik (manatın məzənnəsində ehtimal olunan azalmalar nəzərə alınmasa) bank depozitləri daha cəlbedici görünür. Bu isə o deməkdir ki, yaxın gələcəkdə depozitləri banklarda qalan əhali pullarını banklardan çıxarıb daşınmaz əmlaka yatırmaqda ehtiyatlı olacaqlar”.
Ekspert manatın məzənnəsində artım olmayacağından investorların bir qisminin daşınmaz əmlaka vəsait yatırmaqda maraqlı olacağını da istisna etmədi:
“Digər tərəfdən, 2015-2016-cı illərdə neft birjalarında qiymətin və manatın məzənnəsinin artacağı ehtimalı çox azdır. Bu baxımdan ehtiyatlı investorlar əllərində qalan pul kütləsinin bir hissəsini daşınmaz əmlak bazarına yatırmaqda maraqlı olacaqlar. Çox güman ki, bu yatırım əsasən ilkin mənzil və kommersiya obyektləri bazarına olacaq. Deməli, təkrar mənzil bazarında uzunmüddətli dövrdə (2015 və 2016-cı ilin I yarısında) qiymətlərin azalma ehtimalı daha böyükdür. İlkin bazarda isə qısa müddətli dövrdə qiymətlərin stabil qalması daha inandırıcıdır, 2016-cı ilin II yarısında isə növbəti qiymət artımını gözləmək olar.
“Tikinti materiallarının qiymətinin də bahalaşması torpaq bazarına təsir edibmi” sualına cavab olaraq mütəxəssis qeyd edib ki, hələlik bizim bazada yeni qiymətlər yoxdur və satıcılar çaşqın vəziyyətdə hadisələrin axarını gözləyirlər.(modern.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam