Redaktor seçimi
Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – Uşaq ayaqqabısı ilə başlayan biznesin izi ilə/
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
Günün xəbəri

“2016-2017-ci illərdə neftin bahalaşması gözlənilmir”

bp“2017-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından neft hasilatının həcmi həllə müəyyən olunmayıb”.

Xeberinfo.com:  “Turan” İnformasiya Agentliyinin xəbərinə görə, bu gün  jurnalistlərə açıqlamasında BP Azərbaycanın prezidenti Qordon Birrell belə deyib.

Prezidentin sözlərinə görə, konsorsiumun əsas vəzifəsi hazırkı həcmin qorunmasıdır.

“2017-ci ildə AÇG-dən neft hasilatı həcmi həllə müəyyən olunmayıb. Bu məsələ üzrə Azərbaycan hökuməti ilə müzakirələr aparılır”, – deyə o qeyd edib.

Prezidentin bildirməsinə görə, 2016-2017-ci illərdə neftin qiymətlərinin qalxması gözlənilmir. Şirkət çalışır ki, “indiki qiymətlərdə də hasilat effektli olsun”.

ВР 2016-cı ilin birinci yarısında AÇG-dən sutkada 655 min barrel neft çıxarıb. Ötən ilin eyni dövründə hasilat 641 min barrel olub.

Bu ilin dekabrına hasilatın sutkada 640-635 min barrelə düşəcəyi proqnozlaşdırılır.

AÇG bloku üzrə saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. Layihəyə qatılanlar bunlardır: BP (35.78%), Chevron – 11.27%, ExxonMobil (8.0006%), ONGC Videsh Limited (2.72%), Inpex (10.96%), Itochu (4.3%), SOCAR (11.65%), Statoil (8.56%), TPAO (6.75%).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam