Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Subsidiyalar artırılır, ancaq məhsuldarlıq aşağı düşür...

 

Ölkə üzrə kənd təsərrüfatına yararlı torpaq sahələrindən istifadə olunmayan sahələrin həcmi 2019-cu ildə 366267,0 hektar təşkil etdiyi halda, 2020-ci ildə 475952,0 hektara, 2021-ci ildə isə 436010,0 hektara bərabər olub. 

Yenixeber.org: Kənd təsərrüfatına yararlı ümumi torpaq sahələrinin, müvafiq olaraq 7,7%, 10,0% və 9,1%-ni təşkil etmişdir ki, bu da 2020-ci ildən tətbiq edilən yeni subsidiya mexanizminin və bu mexanizm çərçivəsində xərclənmiş vəsaitlərin iki illik müddət ərzində bitkiçilik sahəsində fəaliyyətin cəlbediciyinə makrosəviyyədə hələ ki ciddi töhfə vermədiyini göstərib.  

Yeni subsidiyalaşdırma mexanizmində əvvəlki mexanizmdən fərqli olaraq subsidiyanın pambığın həm əkininə, həm də məhsul satışına görə müəyyənləşdirildiyi şəraitdə pambıqçılıq sahəsi üzrə ümumilikdə ödənilmiş subsidiyanın məbləğinin 2019-cu ilə nisbətən 2020-ci ildə 59,7% artaraq 47,1 mln. manatadək, 2021-ci ildə 82,0% artaraq 53,7 mln. manatadək yüksəlməsinə baxmayaraq, pambığın məhsuldarlığı 2021-ci ildə 28,5 sentner/hektar olmaqla əvvəlki iki ilin müvafiq göstəriciləri ilə (2019-cu il üzrə 29,5 sentner/hektar, 2020-ci il üzrə 33,5 sentner/hektar) müqayisədə, müvafiq olaraq 3,4% və 14,9%, eyni zamanda pambığın ölkə üzrə istehsal həcmi 2021-ci ildə 287,0 min ton olmaqla əvvəlki iki ilin müvafiq göstəricilərinə nisbətən (2019-cu il üzrə 295,3 min ton, 2020-ci il üzrə 336,8 min ton), müvafiq olaraq 2,8% və 14,8% azalıb ki, bu da bu sahəyə yönələn resurslarla nəticəliliyin qeyri-adekvat inkişaf etdiyini göstərib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam