Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Ermənistanın turizm sektorunu canlandırma planı -uğursuzluğa düçar olub

Ermənistanın turizm sektorunu canlandırma planı uğursuzluğa düçar olub

Dünya Səyahət və Turizm Şurasının (The World Travel & Tourism Council, WTTC) verdiyi ən son məlumatlara əsasən turizm sektoru hazırda Ermənistanının ÜDM-nin 11,8%-ni formalaşdırır və ölkə üzrə mövcud işçi qüvvəsinin 12,5%-i məhz bu sektorda çalışır.

Yenixeber.org: Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Rəşad Hüseynovun şərhində bildirilir.

Onun sözlərinə görə, iqtisadiyyatın turizm sektorunun ümumi ixracdakı payı nəzərə çarpacaq dərəcədə böyükdür. Ən son statistik məlumatlara görə təxminən 1,3 milyard ABŞ dolları ixrac göstərici ilə, turizm sektorunun ümumi ixracdakı payı 24%-ə bərabərdir. Bu onu deməyə əsas verir ki, ixrac edilmiş məhsul və xidmətlərdən daxil olan hər 100 ABŞ dollarının, təxminən, 1/4-i məhz turizm sektorunun hesabına formalaşır. Ermənistanda turizm sektorunun inkişafı əsasən xaricdən gələn turistlərdən asılıdır. 2019-cu ildə Ermənistanı 1,9 milyon turist ziyarət edib və bu turistlər də əsasən Rusiya, Avropa İttifaqı, İran və ABŞ-dan gələn turistlər olub. Bu ölkəyə, son iki ildə Rusiyadan hər il təxminən 500 mindən çox turist gəlib. Ümumlikdə isə, Ermənistanı ziyarət edən turistlərin böyük əksəriyyəti xaricdə yaşayan erməni əsilli şəxslər olub.

2020-ci il ərzində isə yeni növ koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyətə görə Ermənistanın turizm sektoru ciddi zərər edib. Belə ki, keçən il ilə müqayisədə Ermənistanın turizm sektorunun dövriyyəsi 2020-ci ilin ilk altı ayı ərzində 90%-dən çox azalıb. Təkçə bu ilin birinci rübündə bu sektorda 135 milyon ABŞ dolları civarında itkilər qeydə alınıb. Ermənistan hökuməti bu ilin payız mövsümündə turizm sektorunun nisbətən canlanacağını proqnozlaşdırıdı. Bu səbəbdən də bu ilin sentyabr ayından ölkə turizm xidmətləri göstərən sahələrin yenidən beynəlxalq turistlər üçün açıldığını elan etmişdi. Lakin Ermənistanın sentyabr ayının 27-də Azərbaycana qarşı hücuma keçməsi və ordumuzun əks-həmləyə başlaması işğalçı ölkənin turizm sektorunun inkişafı ilə bağlı planlarını alt-üst etdi. Son məlumatların təhlili göstərir ki, Azərbaycan ordusunun uğurlu zərbələrindən sonra hələ uzun müddət ərzində Ermənistanın turizm sektoru özünə gələ bilməyəcək. Çünki Ermənistan artıq beynəlxalq turistlər üçün çox riskli ölkəyə çevrilib. Hazırda bu ölkəyə turist adı altında ancaq muzdlu döyüşçülər gələ bilər.

Yuxarıda da qeyd etdiyimiz kimi, Ermənistanda turizm sektorunun çöküşü bu ölkənin xarici ticarət balansının formalaşmasına da mənfi yöndə ciddi təsir edəcək. Bu sahədə davam edən geriləmə onu deməyə əsas verir ki, yaxın gələcəkdə işğalçı ölkənin milli valyutasına - drama təzyiqlər artacaq. Nəticədə dramın digər valyutalar qarşısında dəyərinin azalması və milli valyutaya inamsızlığın artması müşahidə olunacaq. Turizmin geriləməsi həm də bu sektorda çalışan 125 min nəfərin böyük hissəsinin iş yerini itirməsi riskini ciddi şəkildə artırır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam